Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-881/2025 17.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, mənzilin iddiaçıya qaytarılması, sahiblik və istifadə hüquqlarının tanınması” tələbinə dair mülki işə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında xx.xx.2020-ci il tarixində bağlanmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “A-B” yaşayış sahəsində inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 93.3 kv.m., 2 otaqlı mənzilin pay kimi verilməsinə dair müqavilənin ləğv edilməsi, mənzilin iddiaçıya geri qaytarılması və sahiblik və istifadə hüquqlarınln tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 ilə aralarında xx.xx.2019-cu il tarixində bağlanmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “A-B” yaşayış sahəsində inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 121.9 kv.m., 3 otaqlı mənzilin pay kimi verilməsinə dair müqavilənin ləğv edilməsi, mənzilin iddiaçıya geri qaytarılması və sahiblik və istifadə hüquqlarınln tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi (vəkil) Vəkil vəsatət təqdim edərək məhkəməyə daxil olmuş hər iki mülki işin bir icraatda birləşdirilməsini xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil vəsatəti onunla əsaslandırılmışdır ki, İddiaçı eyni tələblə hər iki sakinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və işlərdən biri icraatda xx.xx.2024-cü il tarixdə, digəri isə xx.xx.2024-cü il tarixdə götürülmüşdür. Tələblər eynilik təşkil etdiyindən ikinci icraata götürülən mülki işin birinci icraata götürülən mülki işə birləşdirilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü iki mülki iş mövcud olduğundan və həmin işlərin birləşdirilərək bir icraatda baxılması məqsədə müvafiq olduğundan xx.xx.2024-cü il tarixdə daxil olmuş e-2(010)-881/2025 nömrəli mülki iş xx.xx.2024-cü il tarixdə daxil olmuş e-2(010)-884/2025 nömrəli mülki işə birləşdirildirilməlidir. Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, icraatda olan İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, mənzilin iddiaçıya qaytarılması, sahiblik və istifadə hüquqlarının tanınması” tələbinə dair mülki iş və İddiaçı cavabdeh X1 “müqavilənin ləğv edilməsi, mənzilin iddiaçıya qaytarılması, sahiblik və istifadə hüquqlarının tanınması” tələbinə dair mülki işlərin halları eyni olduğu üçün bir icraatda birləşdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 169.3, 263, 264cü maddəsini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, mənzilin iddiaçıya qaytarılması, sahiblik və istifadə hüquqlarının tanınması” tələbinə dair e-2(010)-881/2025 nömrəli mülki iş, İddiaçı cavabdeh X2 qarşı “müqavilənin ləğv edilməsi, mənzilin iddiaçıya qaytarılması, sahiblik və istifadə hüquqlarının tanınması” tələbinə dair mülki e-2(010)-884/2025 nömrəli mülki işə birləşdirilsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin icraatında olan e-2(010)-881/2025 nömrəli mülki iş üzrə icraata xitam verilsin. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-881/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-881/2025
17.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver