Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-924/2021 15.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020ci il tarixdə vəfat etmiş X2 ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Ərizəçi tələbin dəqiqləşməsi barədə ərizə təqdim edərək xx.xx.2020-ci il tarixində vəfat etmiş X6 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizədə qeyd olunan dəlilləri müdafiə edərək bildirmişdir ki, onun həyat yoldaşı X8 xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən nömrəsiz mənzildə qəflətən vəfat etmişdir. Həyat yoldaşı vəfat edən zaman Təcili Tibbi yardım çağırılmış və onlar onun vəfat etməsini təsdiqləmişlər. X7 Suraxanı qəbiristanlığında dəfn etmişlər. X8 üçün ölüm haqqında şəhadətnaməni almaq üçün Bakı şəhəri Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş, lakin ölüm haqqında şəhadətnaməni ala bilməmişdir. Ona verilən pensiyanın kəsilməsi üçün ölüm haqqında şəhadətnamənin verilməsi zərurəti yaranmışdır. Bu əsasla da məhkəməyə hazırkı ərizə ilə müraciət etmək zərurəti yaranmışdır. Odur ki, qeyd edilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində göstərmişdir ki, mərhum X8 15 ildir ki, onun anası ilə qeyri-rəsmi nikahla ailə quraraq yaşamışlar. 15 ildir ki, X3 ata kimi qayğısına qalıb və onu saxlamışdır. X5 təzyiqi xəstəliyindən əziyyət çəkirdi. O xx.xx.2020-ci il tarixdə özünü pis hiss etmiş və təcili tibbi yardım çağırılsa da, lakin təcili tibbi yardım gələndə artıq keçinmişdir. O, Əmircan qəsəbəsi Rus-tatar qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərmişdir ki, mərhum X7 uzun müddətdir ki tanımışdır. Belə ki, o Suraxanı rayonu, Qala qəsəbəsində ailəsi ilə birlikdə kirayə yaşayırdı. Mərhumun oğlu ilə onun oğlu bir sinifdə oxuyurdular. Mərhum X8 təzyiqdən əziyyət çəkirmiş, təcili tibbi yardım gələndə artıq keçinmişdir. O, Əmircan qəsəbəsi Rus-tatar qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Maraqlı şəxs tərəfindən xx.xx.2020-ci il tarixli Ərizəçi ünvanladığı məktubdan görünür ki, X6 “Vətəndaşlıq vəziyyəti aktları” X1 Sisteminə xx.xx.2020-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş İİİ-ЖГ № 421068 saylı nikah bağlanması haqqında şəhadətnaməsinin surətindən görünür ki, X8 ilə Ərizəçi nikah haqqında xx.xx.1984-cü il tarixində 862 №-li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Usenko, arvada Usenko soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyası ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X8 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhər Suraxanı rayonu, Əmircan Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, xx.xx.1961-ci il təvəllüdlü X8 xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Mərhumu Əmircan qəsəbəsində yerləşən Rus-tatar qəbristalığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, X6 xx.xx.2020-ci il tarixdə vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1961-ci il təvəllüdlü X6 xx.xx.2020-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. xx.xx.1961-ci il təvəllüdlü X6 xx.xx.2020-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-924/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-924/2021
15.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver