Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-968/2020 31.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Leyla Oruc qızı Talıbovanın sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh4 iştirakları ilə İddiaçı Cavabdeh4 və qeyrilərinə qarşı əmlakın naturada bölünməsi tələbinə dair mülki işə, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyət hüququ ilə ona və cavabdehlərə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” y/s, 13 saylı evin 2 saylı mənzilinin naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” y/s, 13 saylı evin 2 saylı mənzili xüsusi və paylı mülkiyyət hüququ ilə ona və cavabdehlərə məxsusdur. Həmin fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Çıxarış verilmişdir. Eyni zamanda Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1129/2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 qarşı “mülkiyyətçinin dəyişməsi ilə əlaqədar yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia tələbi təmin edilmiş, cavabdehlər X1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 yetkinlik yaşına çatmayan ailə üzvləri X5, X2, X6 və X4 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” y/s, 13 saylı evin 2 saylı mənzilinin onun mülkiyyətində olan 2 otaqlı yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi barədə qətnamə qət edilmişdir. İddiaçı qeyd edir ki, həmin daşınmaz əmlakın paylı mülkiyyətdə olması əmlakdan istifadə etməsini və ona dair sərəncam verməyi çətinləşdirir. Belə ki, əmlakla bağlı istənilən addım atılan zaman digər mülkiyyətçinin razılığı da tələb olunur. Bu səbəbdən də o, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” y/s, 13 saylı evin 2 saylı mənzilinin naturada bölünməsi istəyir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh4 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, iddia tələbini qəbul edir. Belə ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” y/s, 13 saylı evin 2 saylı mənzilinin 5 otaqlı olduğunu və 2 otağını iddiaçıya satdığını bildirmişdir. Hal-hazırda həmin mübahisəli evin bölünməsinə heç bir etirazının olmadığını və məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmələrinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, hər iki tərəfin iddia tələbi ilə bağlı mövqeləri eyni olduğundan aşağıdakılara əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” y/s, 13 saylı evin 2 saylı mənzilinin 1/5 hissəsi Cavabdeh1, 1/5 hissəsi Cavabdeh2, 1/5 hissəsi Cavabdeh3, 2/5 hissəsi Cavabdeh4(3 otaq) və 2 otaq İddiaçı adına dövlət qeydiyyatından keçmişdir. İş materiallarına əlavə edilmiş Suraxanı rayon məhkəməsinin 2(010)-1129/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 qarşı “mülkiyyətçinin dəyişməsi ilə əlaqədar yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia tələbi təmin edilmiş, cavabdehlər X1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 (yetkinlik yaşına çatmayan 2010-cu il təvəllüdlü X5, 2005-ci il təvəllüdlü X2, 2007-ci il təvəllüdlü X6 və 2012-ci il təvəllüdlü X4 ilə birlikdə) Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” y/s, 13 saylı evin 2 saylı mənzilinin yalnız İddiaçı xüsusi mülkiyyətində olan 2 otaqlı yaşayış sahəsinə (2 otağına) olan istifadə hüquqlarının itirilməsi barədə qətnamə qət edilmişdir. İş materiallarına əlavə edilmiş 105 №-li Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi, ev 12 mənzil 37 ünvanında qeydiyyatdadır. Suraxanı rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/358 saylı rəyindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” y/s, 13 saylı evin 2 saylı mənzilinin mövcud faktiki vəziyyəti üzrə real olaraq naturada bölgüsü (iki otaq və üç otaq şəklində bir-birindən təcrid olunmuş qaydada) mümkündür. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qanunun mənasına görə mülkiyyətçi mülkiyyətində olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir və bu hüququn dövlət tərəfindən tanınmaqla yanaşı qorunmasına da təminat verilir. Mülki Məcəllənin 220.1-ci, 220.2-ci və 220.3-cü maddələrinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” y/s, 13 saylı evin 2 saylı mənzilinin 1/5 hissəsi Cavabdeh1, 1/5 hissəsi Cavabdeh2, 1/5 hissəsi Cavabdeh3, 2/5 hissəsi Cavabdeh4(üç otaq) və 2 otaq İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda İddiaçı paylı mülkiyyət hüququ ilə ona və cavabdehlərə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” y/s, 13 saylı evin 2 saylı mənzilinin naturada bölünməsini xahiş edir. Məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və əldə edilmiş xx.xx.2020-ci il tarixli 10/358 saylı ekspert rəyi ilə bölgünün texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/358 saylı rəyi məhkəmədə tədqiq edilərkən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” y/s, 13 saylı evin 2 saylı mənzilinin faktiki vəziyyətdə təcrid mənzillər şəklində bölündüyünə, hər bir mənzilin ayrıca giriş-çıxış qapısı olduğuna və mənzillərin tərkibində olan kommunal xidmətli sahələrinin (mətbəx, dəhliz və s.) ayrı-ayrı olduğuna görə İnşaat Norma və Qaydaları 2.08.01.89-nun 1.1, 2.2, 2.4, 2.9 bəndlərinin və metodik əsasların tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Belə olan halda məhkəmə ekspert rəyinə uyğun olaraq qeyd edir ki, hazırda iddiaçının iddiası təmin edilməlidir. Belə ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” y/s, 13 saylı evin 2 saylı mənzilinin faktiki mövcud vəziyyətə uyğun olaraq İddiaçı məxsus 2(iki) otaq şəklində və Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 məxsus 3(üç) otaq şəklində bir-birindən təcrid olunmuş qaydada faktiki mövcud vəziyyətə uyğun olaraq naturada bölünməsi texniki cəhətdən mümkündür. Odur ki, məhkəmə hesab edir ki, iddia ekspert rəyinə uyğun olaraq təmin edilməlidir. Bundan başqa, iddia tələbi tam təmin edildiyinə görə, aparılmış ekspertiza xərci 50 manat İddiaçı və cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 müştərək qaydada dövlət nəfinə tutulmalıdır. Beləliklə məhkəmə təqdim edilmiş və məhkəmə zamanı əldə edilmiş bütün sübutların mötəbərliyini əsas götürərək iddianın tam təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” y/s, 13 saylı evin 2 saylı mənzili İddiaçı məxsus 2 (iki) otaq şəklində və Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 məxsus 3 (üç) otaq şəklində bir-birindən təcrid olunmuş qaydada faktiki mövcud vəziyyətə uyğun olaraq naturada bölünsün. Aparılmış ekspertiza tədqiqatının dəyəri-50 (əlli) manat İddiaçı və cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 müştərək qaydada tutularaq dövlət xeyrinə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən bir ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-968/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-968/2020
31.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver