Məhkəmə qərarları › İş №2(010)-987/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-987/2023

28.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-987/2023 28.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının və cehiz əşyalarının qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, 20 nömrəli evin 82 nömrəli mənzilində yerləşən aşağıdakı cehiz əşyalarının və qızıl-zinət əşyalarının: (Samsung Paltaryuyan maşın (ağ rəngdə)-1 ədəd; İndesit soyuducu (boz rəngdə)-1 ədəd; Skarlet şirəçəkən (boz rəngdə)-1 ədəd; 7 star (ağ rəngdə) ətçəkən-1 ədəd; Tefal (qara rəngdə təzə) ətçəkən-1 ədəd; mikser və blender birlikdə (ağ rəngdə)-1 ədəd; Samsung qaz piltəsi (boz rəngdə təzə işlənməmiş)-1 ədəd; Bosh kofe üyüdən (ağ rəngdə)-1 ədəd; Samsung televizor (qara rəngdə 2018-ci il modeli)-1 ədəd; LG videomaqnitafon (qara rəngdə)-1 ədəd; Eurolux tozsoran (qara rəngdə)-1 ədəd; Tefal ütü-1 ədəd; jurnal masası (ağ rəngdə)-1 ədəd; xalça- 1 ədəd; balaca daroşka-2 ədəd; çilçıraq (yataq+qonaq)-2 ədəd; 3-lü pərdə dəsti (yataq+qonaq)-2 ədəd; süfrə (2 böyük+1 balaca bağlı)-3 ədəd; dəsmal dəstləri (hamam+çay+əl üz); ütü masası-1 ədəd; Bebeco uşaq yataq dəsti-1 ədəd; Madeyra Mirina künc divanı (3 böyük balış+2 balaca balış); 2 divan üstlüyü-1 ədəd; Madeyra Buse qonaq dəstli (komod-güzgü, vitrin 1 qapılı, vitrin 2 qapılı, tv altı); Madeyra inci masa dəsti (stol+6 stul); Madeyra Fiesta yataq dəsti (paltar dolabı 4 qapılı, yataq-komod-güzgü, çarpayı, 2 tumba); 1 meyvə qabı, 2 qənd qabı, 6 şərab bakalı, 6 şampan bakalı-Bohema (içi güllü); 6 xrustal rumka; külqabı xrustal-1 ədəd; 3 mərtəbə+6 nəlbəki+1 böyük boşqab+1 salfetka qabı-(Madonna sersiv); 6 nəlbəki Bohema; 1 göy qarfin; çay dəsti xrustal (yaşıl rəngdə heyvan simvollu: 6 nəlbəki+6 çaşka+6 tort qabı+1 şəkər qabı+1 süd qabı+1 çaynik); yemek dəsti xrustal (yaşıl rəngdə heyvan simvollu: 12 balaca boşqab+12 böyük boşqab+4 böyük boşqab+ 1 yağ qabı+1 duz qabı+1 salfetka qabı+1 salat qabı+1 turşu qabı+1 qazan, 1 qaşıq); 1 çərəz qabı xrustal-(3 gözlü); 1 böyük Bohema güldan (rəngbərəng); 1 böyük xrustal meyvə qabı +2 balaca xrustal çərəz qabı; 2 xrustal qənd qabı; 2 xrustal limon qabı; 6 xrustal stəkan; 6 xrustal armudu stəkan; 1 şirə qabı+6 stəkan (qaşlı); 1 Luminarc çaşka dəsti (ağ rəngdə); 2 çaşka dəsti; 6 stəkan+6 nəlbəki dəsti (bağlı); 3 meyvə qabı (sarı, göy və yaşıl rəngdə); 6 şirə stəkanı (sarı rəngdə); 12 şirə stəkanı; ayaqlı şirniyyat qabı-2 ədəd; ayaqlı qənd qabı-2 ədəd; 2 kofe dəsti; tort qabı-1 ədəd; çörək qabı- 1 ədəd; çörək qabı stolüstü-1 ədəd; podnos dəst-3 ədəd; 1 ədəd plasmas padnos; çaydan+çaynik dəsti-1 ədəd; elektrik çaydan-1 ədəd; 2 ədəd çaynik; qazan dəsti Millerhaus çamadanda-8 ədəd; qazan dəsti (şirli ağ)-5 ədəd; qazança-3 ədəd; 2 ədəd Montella tava; 2 ədəd balaca tava; qaşıq dəsti çamadan; 12 nəfərlik boşqab dəsti; dəst boşqablar 36 ədəd (6 cür); tort boşqab dəsti-1 ədəd; bıçaq dəsti; salat düzəldən-1 ədəd; aşsüzən-1 ədəd; Borcam dəsti-2 ədəd; sürtgəc-1 ədəd; mətbəx tərəzisi bağlı-1 ədəd; 2 yorğan+1 döşək+4 balış (2 tük+2 sinsifon); Blumarine yataq örtüyü işlənməmiş-2 ədəd; hamam səbəti-1 ədəd; 2 uşaq vannası+1 vedrə; uşaq kalyaskası-1 ədəd; xazanok-1 ədəd; 2 ədəd uşaq ədyalı Özdilek; 1 uşaq yorğanı; 1 uşaq balışı; 1 ədəd kravat üstlüyü (çamadanda pakrıval); ədyal Özdilek-1 ədəd; 5 ədəd ədyal; qış paltarları və ayaqqabıları; uşaq üçün sancaq gözmuncuğu-1 ədəd (sarı qızıl); komplekt dəst (boyunbağı, sırğa, qolbaq, üzük) (ağ qızl); nişan üzüyü (onun və oğlanın) (ağ qızıl); boyunbağı (sarı qızıl)-1 ədəd; sırğa (sarı qızıl)-1 ədəd) cehiz əşyalarının və və qızıl-zinət əşyalarının ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, o, Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından xx.xx.2020-ci il tarixdə X2 adlı bir qız övladları anadan olmuşdur. Cavabdehlə ailə həyatı qurduqdan sonra onların ailə münasibətləri normal olmuş, birbirilərinə qarşı hörmət və ehtiram göstərmişlər. Lakin sonradan cavabdehin ona qarşı münasibəti dəyişmiş, aralarında tez-tez ailə münaqişəsi yaranmağa başlamışdır. Bunun nəticəsində ailə münasibətləri pozulmuş və hazırda nikahın pozulması barədə mülki iş Xətai rayon Məhkəməsinin icraatındadır. Belə ki, o, cavabdehlə nikaha daxil olarkən cehiz əşyalarını cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən mənzilə aparmışdır. Həmin əşyalar (Samsung Paltaryuyan maşın (ağ rəngdə)-1 ədəd; İndesit soyuducu (boz rəngdə)- 1 ədəd; Skarlet şirəçəkən (boz rəngdə)-1 ədəd; 7 star (ağ rəngdə) ətçəkən-1 ədəd; Tefal (qara rəngdə təzə) ətçəkən-1 ədəd; mikser və blender birlikdə (ağ rəngdə)-1 ədəd; Samsung qaz piltəsi (boz rəngdə təzə işlənməmiş)-1 ədəd; Bosh kofe üyüdən (ağ rəngdə)-1 ədəd; Samsung televizor (qara rəngdə 2018-ci il modeli)-1 ədəd; LG videomaqnitafon (qara rəngdə)-1 ədəd; Eurolux tozsoran (qara rəngdə)-1 ədəd; Tefal ütü- 1 ədəd; jurnal masası (ağ rəngdə)-1 ədəd; xalça-1 ədəd; balaca daroşka-2 ədəd; çilçıraq (yataq+qonaq)-2 ədəd; 3-lü pərdə dəsti (yataq+qonaq)-2 ədəd; süfrə (2 böyük+1 balaca bağlı)-3 ədəd; dəsmal dəstləri (hamam+çay+əl üz); ütü masası-1 ədəd; Bebeco uşaq yataq dəsti-1 ədəd; Madeyra Mirina künc divanı (3 böyük balış+2 balaca balış); 2 divan üstlüyü-1 ədəd; Madeyra Buse qonaq dəstli (komod-güzgü, vitrin 1 qapılı, vitrin 2 qapılı, tv altı); Madeyra inci masa dəsti (stol+6 stul); Madeyra Fiesta yataq dəsti (paltar dolabı 4 qapılı, yataq-komod-güzgü, çarpayı, 2 tumba); 1 meyvə qabı, 2 qənd qabı, 6 şərab bakalı, 6 şampan bakalı-Bohema (içi güllü); 6 xrustal rumka; külqabı xrustal-1 ədəd; 3 mərtəbə+6 nəlbəki+1 böyük boşqab+1 salfetka qabı-(Madonna sersiv); 6 nəlbəki Bohema; 1 göy qarfin; çay dəsti xrustal (yaşıl rəngdə heyvan simvollu: 6 nəlbəki+6 çaşka+6 tort qabı+1 şəkər qabı+1 süd qabı+1 çaynik); yemek dəsti xrustal (yaşıl rəngdə heyvan simvollu: 12 balaca boşqab+12 böyük boşqab+4 böyük boşqab+ 1 yağ qabı+1 duz qabı+1 salfetka qabı+1 salat qabı+1 turşu qabı+1 qazan, 1 qaşıq); 1 çərəz qabı xrustal-(3 gözlü); 1 böyük Bohema güldan (rəngbərəng); 1 böyük xrustal meyvə qabı +2 balaca xrustal çərəz qabı; 2 xrustal qənd qabı; 2 xrustal limon qabı; 6 xrustal stəkan; 6 xrustal armudu stəkan; 1 şirə qabı+6 stəkan (qaşlı); 1 Luminarc çaşka dəsti (ağ rəngdə); 2 çaşka dəsti; 6 stəkan+6 nəlbəki dəsti (bağlı); 3 meyvə qabı (sarı, göy və yaşıl rəngdə); 6 şirə stəkanı (sarı rəngdə); 12 şirə stəkanı; ayaqlı şirniyyat qabı-2 ədəd; ayaqlı qənd qabı-2 ədəd; 2 kofe dəsti; tort qabı-1 ədəd; çörək qabı-1 ədəd; çörək qabı stolüstü-1 ədəd; podnos dəst-3 ədəd; 1 ədəd plasmas padnos; çaydan+çaynik dəsti-1 ədəd; elektrik çaydan-1 ədəd; 2 ədəd çaynik; qazan dəsti Millerhaus çamadanda-8 ədəd; qazan dəsti (şirli ağ)-5 ədəd; qazança-3 ədəd; 2 ədəd Montella tava; 2 ədəd balaca tava; qaşıq dəsti çamadan; 12 nəfərlik boşqab dəsti; dəst boşqablar 36 ədəd (6 cür); tort boşqab dəsti-1 ədəd; bıçaq dəsti; salat düzəldən-1 ədəd; aşsüzən-1 ədəd; Borcam dəsti-2 ədəd; sürtgəc-1 ədəd; mətbəx tərəzisi bağlı-1 ədəd; 2 yorğan+1 döşək+4 balış (2 tük+2 sinsifon); Blumarine yataq örtüyü işlənməmiş-2 ədəd; hamam səbəti-1 ədəd; 2 uşaq vannası+1 vedrə; uşaq kalyaskası-1 ədəd; xazanok-1 ədəd; 2 ədəd uşaq ədyalı Özdilek; 1 uşaq yorğanı; 1 uşaq balışı; 1 ədəd kravat üstlüyü (çamadanda pakrıval); ədyal Özdilek-1 ədəd; 5 ədəd ədyal; qış paltarları və ayaqqabıları; uşaq üçün sancaq gözmuncuğu-1 ədəd (sarı qızıl); komplekt dəst (boyunbağı, sırğa, qolbaq, üzük) (ağ qızl); nişan üzüyü (onun və oğlanın) (ağ qızıl); boyunbağı (sarı qızıl)-1 ədəd; sırğa (sarı qızıl)-1 ədəd) qızıl-zinət əşyalarından ibarətdir. O, evdən çıxanda həmin qızıl-zinət əşyaları və digər əşyalar həmin evdə qalmışdır. Hazırda cavabdehlər ona məxsus olan həmin qızıl-zinət əşyalarını və cehizlik əşyalarını ona qaytarmaqdan yayınırlar. Cavabdeh tərəfindən təqdim olunmuş etirazda göstərilən 2 cədvəldə göstərilən əşyalar birgə nikah dövründə alınmışdır. Hazırda o cavabdehə bir neçə dəfə müraciət etməsinə baxmayaraq, həmin əşyalarını verməkdən yayındığından və məhkəmə prosesləri uzandığından o yalnız cehiz apardığı əşyaları tələb edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, Cavabdeh İddiaçı ilə xx.xx.2018-ci ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü Atayeva Əzizə adlı qızları dünyaya gəlmişdir. Evliliklərinin ilk dövrlərində ailə münasibətləri normal olsa da, sonradan münasibətləri kəskin şəkildə pisləşmişdir. Belə ki, aralarında yaranan 21 mart 2022-ci il tarixli şiddətli mübahisədən sonra iddiaçı öz atasına zəng edərək onu cavabdehə məxsus evdən aparmasını istəmiş və atası bir saat sonra həmin ünvana gəlmişdir. Həmin anda cavabdeh əsəbi olduğu üçün evdən hava almaq üçün çıxmışdır. Cavabdehin atası isə tərəflərin övladını yəni nəvəsini mübahisəni görməməsi və psixologiyasının pozulmaması üçün digər otağa aparmışdır. İddiaçının atası həmin cavabdehə məxsus evə gələrək iddiaçıya məxsus olduğunu iddia etdikləri əşyaların hamısını yığaraq iddiaçı ilə birlikdə evi tərk etmişdir. Cavabdeh həmin anda həyat yoldaşının əsəbinin soyuyacağını və onun tezliklə geri qayıdacağını düşündüyü üçün və həmin anda gərgin stress altında olduğundan, eyni zamanda mübahisənin tezliklə bitəcəyini və həyat yoldaşının yenidən öz evinə qayıdacağını düşündüyündən onun cavabdehə məxsus əşyaları, o cümlədən nişan üzüyünü aparmasına etiraz etməmişdir. Lakin iddiaçının boşanma fikrində qəti olduğunu cavabdeh daha sonra anlamışdır. Hazırda cavabdehdə olan və İddiaçı tərəfindən ailə həyatı qurarkən cehiz olaraq yaşadıqları evə gətirilən əşyaların ona qaytarılmasına etiraz etmir. Lakin bəzi əşyalar vardır ki, onun tərəfindən verilən etiraz ərizəsində 2-ci cədvəldə öz əksini tapmışdır və həmin əmlaklar birgə nikah dövründə alındığından onlar tərəflərin ümumi mülkiyyətidir. Belə ki, 2-ci cədvəldə qeyd edilən əmlaklar birgə nikah dövründə ümumi vəsait hesabına əldə edildiyindən ümumi qiyməti 2996 AZN olan əşyalar ½ hissədə bölünməlidir. Bundan əlavə qızıl-zinət əşyaları, o cümlədən cavabdehə məxsus nişan üzüyü də iddiaçı tərəfindən aparılmışdır. Qeyd olunanlara iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ilkin Mediasiya Sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, (tərəflər) xx.xx.2022-ci tarixində saat 12:00 radələrində keçirilnən ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin tərəflər mediasiya sessiyasından sonra prosesin davam etdirmək barədə qərar qəbul etməşlər. İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 50 manat ödəmişdir. İş materiallarına əlavə edilmiş Suraxanı rayon İcra Şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda qeyd edilir: ünvan 1 ünvanında cavabdehə məxsus evdə yerləşən İddiaçı məxsus olan əmlaklar yerində aşkar olunmuşdur. Həmin əmlaklardan çaşqa dəstindən 1 ədəd sınıq vəziyyətdə, kofe dəstindən 1 ədəd çaşqa 2 nəlbəki sınıq vəziyyətdə aşkar olunmuşdur. İcra sənədində qeyd edilən qızıl-zinət əşyaları yerində aşkar olunmamışdır. Borclu Cavabdeh bildirmişdir ki, həmin qızıl-zinət əşyaları və geyimlərinin bir hissəsi İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə atası ilə birlikdə aparılmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəlləsinin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ərarvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında Mənzil X1” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarında qeyd olunur ki, ailə qanunvericiliyində ər-arvadın birgə mülkiyyətinin hüquqi statusunun açıqlanmasını zəruri hesab edir. Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Digər tərəfdən, Ailə Məcəlləsinin 34-cü maddəsinin məzmununa görə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında və digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Konstitusiya Məhkəməsi Plenumunun S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə 2017-ci il 12 iyul tarixli Qərarında bununla bağlı qeyd edilmişdir ki, əmlak anlayışı yalnız əşyanı deyil, həmçinin əmlak hüquqlarını, ərin (arvadın) ümumi mülkiyyət üzərində sərəncam verməsi nəticəsində əmələ gələn vəzifələrini də əhatə edir. Ərin (arvadın) ümumi əmlakının qanuni rejiminin tərkibinə ümumi birgə mülkiyyət əsasında onlara məxsus obyektlər, özündə tələb hüququ ilə yanaşı borcları (aktiv və passiv) ehtiva edən ümumi öhdəliklər də daxildir. Qanunverici Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 31 və 32-ci maddələri ilə ərarvadın birgə nikah dövründə qazandığı əmlakın ümumiliyi prezumpsiyasını müəyyən etdiyindən, onların kimin adına olmasından asılı olmayaraq ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əldə etdiyi əmlak xarakterli öhdəliklər də ümumi birgə əmlaka daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Məhz əmlakın ümumiliyi prezumpsiyasından irəli gələrək hər hansı hüququn və ya öhdəliyin ümumi əmlak siyahısından çıxarılması üçün bu hal qanunda birbaşa nəzərdə tutulmalıdır. Ər-arvadın ümumi əmlakına daxil olmayan, hər birinin mülkiyyətini təşkil edən əmlakın dairəsi Mülki Məcəllənin 225.2 və 225.3-cü maddələri, eləcə də Ailə Məcəlləsinin 34-cü maddəsi ilə müəyyən edilmişdir. Qeyd edilən maddələrə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Qeyd olunan qanunvericilik normalarının mənasından çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu G.Həsənzadənin şikayəti üzrə 2015-ci il 20 aprel tarixli Qərarında qeyd etmişdir ki, ərlə arvadın mülkiyyəti iki hüquqi rejimdə mövcud olur: ər-arvadın ümumi birgə mülkiyyəti və onların hər birinin şəxsi mülkiyyəti. Ər-arvadın ümumi birgə mülkiyyətinin əldə edilməsinin əsas şərti kimi nikah münasibətləri çıxış etdiyi halda, onların hər birinin şəxsi mülkiyyətinin yaranması əsaslarından biri isə müvafiq payın qanun və ya vərəsəlik üzrə keçməsidir. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, tərəflər Cavabdeh və İddiaçı ilə xx.xx.2018-ci ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü Atayeva Əzizə adlı qızları dünyaya gəlmişdir. İddiaçı cavabdehə məxsus evə köçərkən bir sıra cehiz əmlakları aparmış və cavabdehə məxsus evdə yerləşdirmişdir. İddiaçı cavabdeh tərəfindən ona qızıl-zinət əşyaları alınmasını qeyd etsə də, qızıl-zinət əşyalarının qrami, çəkisi, əyarı barədə, həmçinin evdən çıxarkən həmin qızıl-zinət əşyalarının onun tərəfindən götürülməməsi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Bundan əlavə iddiaçı cavabdeh tərəfindən təqdim olunmuş etirazda 2 saylı cədvəldə qeyd olunan əşyaların birgə nikah dövründə əldə olunduğunu etiraf etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı və iddiaçıya məxsus cehiz əmlakların bir qismi cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı məxsus olan – Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, 20 nömrəli evin 82 nömrəli mənzilində yerləşən aşağıdakı cehiz əşyaları: İndesit soyuducu (boz rəngdə)-1 ədəd; Skarlet şirəçəkən (boz rəngdə)-1 ədəd; 7 star (ağ rəngdə) ətçəkən-1 ədəd; mikser və blender birlikdə (ağ rəngdə)-1 ədəd; Samsung televizor (qara rəngdə 2018-ci il modeli)-1 ədəd; LG videomaqnitafon (qara rəngdə)-1 ədəd; Eurolux tozsoran (qara rəngdə)-1 ədəd; Tefal ütü-1 ədəd; xalça-1 ədəd; balaca daroşka-2 ədəd; çilçıraq (yataq+qonaq)-2 ədəd; 3-lü pərdə dəsti (yataq+qonaq)-2 ədəd; süfrə (2 böyük+1 balaca bağlı)-3 ədəd; dəsmal dəstləri (hamam+çay+əl üz); Madeyra Mirina künc divanı (3 böyük balış+2 balaca balış); 2 divan üstlüyü-1 ədəd; Madeyra Buse qonaq dəstli (komod-güzgü, vitrin 1 qapılı, vitrin 2 qapılı, tv altı); Madeyra inci masa dəsti (stol+6 stul); Madeyra Fiesta yataq dəsti (paltar dolabı 4 qapılı, yataq-komod-güzgü, çarpayı, 2 tumba); 1 meyvə qabı, 2 qənd qabı, 6 şərab bakalı, 6 şampan bakalı-Bohema (içi güllü); 6 xrustal rumka; külqabı xrustal-1 ədəd; 3 mərtəbə+6 nəlbəki+1 böyük boşqab+1 salfetka qabı-(Madonna sersiv); 6 nəlbəki Bohema; 1 göy qarfin; çay dəsti xrustal (yaşıl rəngdə heyvan simvollu: 6 nəlbəki+6 çaşka+6 tort qabı+1 şəkər qabı+1 süd qabı+1 çaynik); yemek dəsti xrustal (yaşıl rəngdə heyvan simvollu: 12 balaca boşqab+12 böyük boşqab+4 böyük boşqab+ 1 yağ qabı+1 duz qabı+1 salfetka qabı+1 salat qabı+1 turşu qabı+1 qazan, 1 qaşıq); 1 böyük Bohema güldan (rəngbərəng); 1 böyük xrustal meyvə qabı +2 balaca xrustal çərəz qabı; 2 xrustal qənd qabı; 2 xrustal limon qabı; 6 xrustal stəkan; 6 xrustal armudu stəkan; 1 şirə qabı+6 stəkan (qaşlı); 1 Luminarc çaşka dəsti (ağ rəngdə); 2 çaşka dəsti; 6 şirə stəkanı (sarı rəngdə); 12 şirə stəkanı; 2 kofe dəsti; tort qabı-1 ədəd; çörək qabı-1 ədəd; çörək qabı stolüstü-1 ədəd; podnos dəst-3 ədəd; 1 ədəd plasmas padnos; çaydan+çaynik dəsti-1 ədəd; elektrik çaydan-1 ədəd; 2 ədəd çaynik; qazan dəsti Millerhaus çamadanda-8 ədəd; qazan dəsti (şirli ağ)-5 ədəd; qazança-3 ədəd; 2 ədəd balaca tava; qaşıq dəsti çamadan; 12 nəfərlik boşqab dəsti; dəst boşqablar 36 ədəd (6 cür); tort boşqab dəsti-1 ədəd; bıçaq dəsti; salat düzəldən-1 ədəd; aşsüzən-1 ədəd; Borcam dəsti-2 ədəd; sürtgəc-1 ədəd; mətbəx tərəzisi bağlı-1 ədəd; 2 yorğan+1 döşək+4 balış (2 tük+2 sinsifon); Blumarine yataq örtüyü işlənməmiş-2 ədəd; hamam səbəti-1 ədəd; 1 ədəd kravat üstlüyü (çamadanda pakrıval); ədyal Özdilek-1 ədəd; 5 ədəd ədyal; qış paltarları və ayaqqabıları adda olan əmlaklar Cavabdeh alınaraq İddiaçı qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı məxsus olan – Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, 20 nömrəli evin 82 nömrəli mənzilində yerləşən aşağıdakı cehiz əşyaları: İndesit soyuducu (boz rəngdə)-1 ədəd; Skarlet şirəçəkən (boz rəngdə)-1 ədəd; 7 star (ağ rəngdə) ətçəkən-1 ədəd; mikser və blender birlikdə (ağ rəngdə)-1 ədəd; Samsung televizor (qara rəngdə 2018-ci il modeli)-1 ədəd; LG videomaqnitafon (qara rəngdə)-1 ədəd; Eurolux tozsoran (qara rəngdə)-1 ədəd; Tefal ütü-1 ədəd; xalça-1 ədəd; balaca daroşka-2 ədəd; çilçıraq (yataq+qonaq)-2 ədəd; 3-lü pərdə dəsti (yataq+qonaq)-2 ədəd; süfrə (2 böyük+1 balaca bağlı)-3 ədəd; dəsmal dəstləri (hamam+çay+əl üz); Madeyra Mirina künc divanı (3 böyük balış+2 balaca balış); 2 divan üstlüyü-1 ədəd; Madeyra Buse qonaq dəstli (komodgüzgü, vitrin 1 qapılı, vitrin 2 qapılı, tv altı); Madeyra inci masa dəsti (stol+6 stul); Madeyra Fiesta yataq dəsti (paltar dolabı 4 qapılı, yataq-komod-güzgü, çarpayı, 2 tumba); 1 meyvə qabı, 2 qənd qabı, 6 şərab bakalı, 6 şampan bakalı-Bohema (içi güllü); 6 xrustal rumka; külqabı xrustal-1 ədəd; 3 mərtəbə+6 nəlbəki+1 böyük boşqab+1 salfetka qabı-(Madonna sersiv); 6 nəlbəki Bohema; 1 göy qarfin; çay dəsti xrustal (yaşıl rəngdə heyvan simvollu: 6 nəlbəki+6 çaşka+6 tort qabı+1 şəkər qabı+1 süd qabı+1 çaynik); yemek dəsti xrustal (yaşıl rəngdə heyvan simvollu: 12 balaca boşqab+12 böyük boşqab+4 böyük boşqab+ 1 yağ qabı+1 duz qabı+1 salfetka qabı+1 salat qabı+1 turşu qabı+1 qazan, 1 qaşıq); 1 böyük Bohema güldan (rəngbərəng); 1 böyük xrustal meyvə qabı +2 balaca xrustal çərəz qabı; 2 xrustal qənd qabı; 2 xrustal limon qabı; 6 xrustal stəkan; 6 xrustal armudu stəkan; 1 şirə qabı+6 stəkan (qaşlı); 1 Luminarc çaşka dəsti (ağ rəngdə); 2 çaşka dəsti; 6 şirə stəkanı (sarı rəngdə); 12 şirə stəkanı; 2 kofe dəsti; tort qabı-1 ədəd; çörək qabı-1 ədəd; çörək qabı stolüstü-1 ədəd; podnos dəst-3 ədəd; 1 ədəd plasmas padnos; çaydan+çaynik dəsti-1 ədəd; elektrik çaydan-1 ədəd; 2 ədəd çaynik; qazan dəsti Millerhaus çamadanda-8 ədəd; qazan dəsti (şirli ağ)-5 ədəd; qazança-3 ədəd; 2 ədəd balaca tava; qaşıq dəsti çamadan; 12 nəfərlik boşqab dəsti; dəst boşqablar 36 ədəd (6 cür); tort boşqab dəsti-1 ədəd; bıçaq dəsti; salat düzəldən-1 ədəd; aşsüzən-1 ədəd; Borcam dəsti-2 ədəd; sürtgəc-1 ədəd; mətbəx tərəzisi bağlı-1 ədəd; 2 yorğan+1 döşək+4 balış (2 tük+2 sinsifon); Blumarine yataq örtüyü işlənməmiş-2 ədəd; hamam səbəti-1 ədəd; 1 ədəd kravat üstlüyü (çamadanda pakrıval); ədyal Özdilek-1 ədəd; 5 ədəd ədyal; qış paltarları və ayaqqabıları adda olan əmlaklar Cavabdeh alınaraq İddiaçı qaytarılsın. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar