Məhkəmə qərarları › İş №2(010)-997/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-997/2025

21.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-997/2025 21.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlak bölgüsü tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı əmlak bölgüsü tələbinə dair məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tərəflər arasında uşaqların mənafeyini nəzərə alınmaqla bölünməsi, 1/3 hissəsinin cavabdehin, 2/3 hissəsinin İddiaçı payının tanınması, ünvan 2 ünvanında yerləşən 3 otaqlı evin tərəflər arasında uşaqların mənafeyini nəzərə alınmaqla bölünməsi, 1/3 hissəsinin cavabdehin, 2/3 hissəsinin İddiaçı payının tanınması, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsində yerləşən 20 kv metrdən ibarət qarajın tərəflər arasında bərabər hissədə bölünməsi, iddiaçıya məxsus qızılların (boyunbağı,sırğa,qolbaq və üzük daxil komplekt qızıl, əlavə ağ qızıl qaşsız sadə boyunbağı və bilərzik dəsti, boyunbağı və sırqa halqa şəkilli ağ qızıl dəsti və 3 ədəd qızıl boyunbağı, 4 ədəd qızıl uşaq bilərziyi) cavabdehdən alınaraq iddiaçıya verilməsi, birgə nikah dövründə alınmış əşyaların (2 qapılı soyuducu, paltaryuyan, qabyuyan, mikrodalğa və soba, mətbəx mebeli,uşaq mebeli,yataq dəsti) iddiaçı və cavabdeh arasında bərabar hissədə bölünməsi, bu mümkün olmadıqda isə dəyərinin müəyyənləşdirilərək bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 bildirdi ki, tərəflər arasında razılıq əldə edilib, təqdim edilmiş barışıq sazişinin təsdiq edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, təqdim olunmuş ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməklə iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Barışıq Sazişi”ndən görünür ki, tərəflər (Birinci Tərəf – İddiaçı və İkinci Tərəf – Cavabdeh) qeyd olunan şərtlərlə barışıq sazişi imzalamışlar: 2.1. Birgə nikah dövründə əldə edilmiş əmlaklar, yəni: 2.1.1. Birinci tərəf birgə nikah dövründə alınmış ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində öz payından İkinci tərəfin xeyrinə imtina etməyi, həmin əmlakı İkinci tərəfin tam mülkiyyətinə keçirməyi öhdəsinə götürür. 2.1.2. İkinci tərəf birgə nikah dövründə alınmış ünvan 2 ünvanında yerləşən 3 otaqlı evin üzərində öz payından Birinci tərəfin xeyrinə imtina etməyi, həmin əmlakı Birinci tərəfin tam mülkiyyətinə keçirməyi öhdəsinə götürür. 2.1.3. İkinci tərəf Birinci tərəfə məxsus olan qızıl-zinyət əşyalarını (boyunbağı, sırğa, qolbaq və üzük daxil komplekt qızıl, əlavə ağ qızıl qaşsız sadə boyunbağı və bilərzik dəsti, boyunbağı və sırqa halqa şəkilli ağ qızıl dəsti və 3 ədəd qızıl boyunbağı) Birinci tərəfə qaytarmışdır, Birinci tərəfin qızıl-zinyət əşyaları ilə bağlı hər hansı tələbi yoxdur. 2.1.4. İkinci tərəf birgə nikah dövründə yaranmış borcları tam ödəməyi öhdəsinə götürür. 2.1.5. Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsində yerləşən 20 kv metrdən ibarət qarajın tərəflərin ümumi istifadəsində qalmasını Birinci tərəf və İkinci tərəf təsdiq edir. 2.2. Tərəflər bu Sazişi imzalanmaqla razılaşırlar ki, tərəflər arasında birgə nikah dövründə əldə edilmiş əmlaklarla bağlı bütün mübahisəli məsələlər həll edilmişdir, gələcəkdə mübahisə yaradacaq hər hansı bir hal qalmamışdır. 2.3. Tərəflər bu Sazişi imzalamaqla razılaşırlar ki, Sazişin bağlandığı və məhkəmə qaydasında təsdiq edildiyi vaxtdan sonra, Tərəflərin hər biri əldə edəcəkləri başqa daşınar və daşınmaz əmlak üzərində tam mülkiyyət hüququna sahib olacaqdır, tərəflərin həmin əmlaklarla bağlı gələcəkdə bir-birlərinə qarşı heç bir iddia və ya tələbi olmayacaqdır. 2.4. İkinci tərəf bu sazişin 2.1-ci bəndinin Birinci tərəfin icra etməsi gedişində eyni zamanda Birinci tərəfin 2.1-ci bənddə qeyd edilmiş əmlaklar istisna olmaqla birgə nikah dövründə əldə edilmiş istənilən əmlak və əmlak hüquqlarının satılması, hər hansı şəkildə özgəninkiləşdirilməsi, müstəqil sərəncam verilməsi, bağışlanması, girov qoyulması və istənilən hərəkətin edilməsinə etiraz etməməsi barədə notarial razılıq ərizəsinin verilməsini öhdəsinə götürür. 2.5. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 2.6. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.7. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 2.8. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.1 Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.2 Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar Sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər və ya Sazişi imzalamaqla bu hüquqlarından imtina edirlər. Tərəflər həmçinin təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.3 Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanunazidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. Tərəflər əldə edilmiş hər hansı bir məlumatı və ya sənədləri məxfi saxlamaq və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bunu heç kimə açıqlamamaq vəzifələrini bir daha təsdiqləyirlər. 3.4 Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.4.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.4.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.4.3. mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 3.4.4. qarşı tərəfin yazılı icazəsi ilə; 3.4.5. yaxın qohumlara; 3.4.6. Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara. 3.5 Bu Sazişin məzmununun Sazişin 3.4.1. və 3.4.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. 3.6 Tərəflər arasında digər razılaşma yoxdursa, “iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi” və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcək. 3.7 Bu Saziş tərəflər arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Bu Saziş bütün tərəflər və ya onların nümayəndələri və mediator tərəfindən imzalanana qədər heç bir tərəf üçün məcburi olmayacaqdır. Bu Saziş son imzanın atıldığı gündən qüvvəyə minir. Məhkəmə hesab edir ki, hazırki barışıq sazişi qanunvericiliyin tələbləri baxımından əsaslı və qanuni olduğundan təsdiq edilməlidir. Barışıq sazişinin təsdiqini əngəlləyən hər hansı bir hal mövcud deyil. AR MPM-nin 52.3-cü maddəsinə görə, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinin tələbinə görə, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı əmlak bölgüsü tələbinə dair mülki iş üzrə bağlanmış barışıq sazişi aşağıda qeyd olunan şərtlərlə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: 2.1 Birgə nikah dövründə əldə edilmiş əmlaklar, yəni: 2.1.1 Birinci tərəf birgə nikah dövründə alınmış ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində öz payından İkinci tərəfin xeyrinə imtina etməyi, həmin əmlakı İkinci tərəfin tam mülkiyyətinə keçirməyi öhdəsinə götürür. 2.1.2 İkinci tərəf birgə nikah dövründə alınmış ünvan 2 ünvanında yerləşən 3 otaqlı evin üzərində öz payından Birinci tərəfin xeyrinə imtina etməyi, həmin əmlakı Birinci tərəfin tam mülkiyyətinə keçirməyi öhdəsinə götürür. 2.1.3 İkinci tərəf Birinci tərəfə məxsus olan qızıl-zinyət əşyalarını (boyunbağı, sırğa, qolbaq və üzük daxil komplekt qızıl, əlavə ağ qızıl qaşsız sadə boyunbağı və bilərzik dəsti, boyunbağı və sırqa halqa şəkilli ağ qızıl dəsti və 3 ədəd qızıl boyunbağı) Birinci tərəfə qaytarmışdır, Birinci tərəfin qızıl-zinyət əşyaları ilə bağlı hər hansı tələbi yoxdur. 2.1.4 İkinci tərəf birgə nikah dövründə yaranmış borcları tam ödəməyi öhdəsinə götürür. 2.1.5 Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsində yerləşən 20 kv metrdən ibarət qarajın tərəflərin ümumi istifadəsində qalmasını Birinci tərəf və İkinci tərəf təsdiq edir. 2.2 Tərəflər bu Sazişi imzalanmaqla razılaşırlar ki, tərəflər arasında birgə nikah dövründə əldə edilmiş əmlaklarla bağlı bütün mübahisəli məsələlər həll edilmişdir, gələcəkdə mübahisə yaradacaq hər hansı bir hal qalmamışdır. 2.3 Tərəflər bu Sazişi imzalamaqla razılaşırlar ki, Sazişin bağlandığı və məhkəmə qaydasında təsdiq edildiyi vaxtdan sonra, Tərəflərin hər biri əldə edəcəkləri başqa daşınar və daşınmaz əmlak üzərində tam mülkiyyət hüququna sahib olacaqdır, tərəflərin həmin əmlaklarla bağlı gələcəkdə bir-birlərinə qarşı heç bir iddia və ya tələbi olmayacaqdır. 2.4 İkinci tərəf bu sazişin 2.1-ci bəndinin Birinci tərəfin icra etməsi gedişində eyni zamanda Birinci tərəfin 2.1-ci bənddə qeyd edilmiş əmlaklar istisna olmaqla birgə nikah dövründə əldə edilmiş istənilən əmlak və əmlak hüquqlarının satılması, hər hansı şəkildə özgəninkiləşdirilməsi, müstəqil sərəncam verilməsi, bağışlanması, girov qoyulması və istənilən hərəkətin edilməsinə etiraz etməməsi barədə notarial razılıq ərizəsinin verilməsini öhdəsinə götürür. 2.5 Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 2.6 Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. -2.7 Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 2.8 Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.1 Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.2 Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar Sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər və ya Sazişi imzalamaqla bu hüquqlarından imtina edirlər. Tərəflər həmçinin təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.3 Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanunazidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. Tərəflər əldə edilmiş hər hansı bir məlumatı və ya sənədləri məxfi saxlamaq və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bunu heç kimə açıqlamamaq vəzifələrini bir daha təsdiqləyirlər. 3.4 Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.4.1 bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.4.2 bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.4.3 mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 3.4.4 qarşı tərəfin yazılı icazəsi ilə; 3.4.5 yaxın qohumlara; 3.4.6 Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara. 3.5 Bu Sazişin məzmununun Sazişin 3.4.1. və 3.4.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. 3.6 Tərəflər arasında digər razılaşma yoxdursa, “iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi” və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcək. 3.7 Bu Saziş tərəflər arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Bu Saziş bütün tərəflər və ya onların nümayəndələri və mediator tərəfindən imzalanana qədər heç bir tərəf üçün məcburi olmayacaqdır. Bu Saziş son imzanın atıldığı gündən qüvvəyə minir. Qərardaddan, onun surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar