Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-10052/2024 27.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair” ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçi ilə Maraqlı şəxs ilə arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/13/2023-01412 saylı barışıq sazişinin “...birgə nikadan anadan olan xx.xx.2014-cü il təvəllüdlü X1, xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X3 ataları 2-ci tərəf Ərizəçi ilə hər həftə, həftədə 1 dəfə 5 saat olmaq şərti ilə görüşməsinə 1-ci tərəf Maraqlı şəxs şərait yaradır..” hissəsində təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, ərizəçi Maraqlı şəxs ilə 26 avqust 2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Bakı Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)- 313/2024 saylı qətnaməsi ilə nikah məhkəmə qaydasında pozulmuş və birgə nikahdan doğulmuş uşaqları anaları Maraqlı şəxs yanında qalmaları qət edilmişdir. Məhkəmədən öncə Maraqlı şəxs ilə aralarında olan ailə münasibətlərindən irəli gələn məsələlərin həll edilməsi üçün Mediasiya Təşkilatına müraciət olunmuşdur. Mediasiya prosessində razılıq əldə olunaraq aralarında xx.xx.2023- cü il tarixli barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən birgə nikahdan doğulmuş uşaqları X5, X6 və X7 anaları Maraqlı şəxs himayəsində saxlanılmaları, xx.xx.2023-cü il tarixindən başlayaraq uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 220 manat olmaqla ümumi 660 manat sabit pul məbləğində aliment tərəfimdən Maraqlı şəxs ödənilməsi razılaşdırılmışdır. Eyni zamanda barışıq sazişinin 5-ci bəndində (uşaqlarla ünsiyyət hüququ) nəzərdə tutumuşdur ki, birgə nikadan anadan olan uşaqları xx.xx.2014-cü il təvəllüdlü X1, xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X3 ərizəçi ilə hər həftə, həftədə 1 dəfə 5 saat olmaq şərti ilə görüşməsinə Maraqlı şəxs şərait yaratmalıdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan tərəflər Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış 13 saylı mediasiya təşkilatında qeydiyyatdan keçmiş mediator X4 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıda qeyd olunan şərtlər barəsində razılaşmışdırlar:
1. Tərəflər 1-ci tərəf Maraqlı şəxs və 2-ci tərəf Ərizəçi ilə qeyd olunan məzmunda razılığa gələrək 26 avqust 2013-cü il tarixində Səadət Sarayı, Bakı nikah evi, 1438 sayı ilə qeydə alman nikahı pozsunlar. Nikahın pozulması tələbi Məhkəmələrin müstəsna səlahiyyətinə aid olduğundan (nikahın pozulması) tələbinin icra edilməsini müvafiq Məhkəmə vasitəsilə iddia qaldırmaqla icra etsinlər.
2. Tərəflər 1-ci tərəf Maraqlı şəxs və 2-ci tərəf Ərizəçi ilə xx.xx.2014-cü İl təvəllüdlü X1, xx.xx.2020-cü il təvəllüdlü X2 və 22.01,2022-cü il təvəllüdlü X3 xx.xx.2023- cü il tarixindən başlayaraq yetkinlik yaşına çatana kimi 1-ci tərəf Maraqlı şəxs himayəsində saxlanılması barədə razılığa gəldilər. 3.Tərəflər 1-ci tərəf Maraqlı şəxs və 2-ci tərəf Ərizəçi ilə birgə nikahdan anadan olan xx.xx.2014-cü il təvəllüdlü X1 , xx.xx.2020-cü il təvəllüdlü X2 və xx.xx.2022-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər uşağa görə 220 (iki yüz iyirmi ) manat olmaqla ümumi 660 (altı yüz altmış) manat sabit pul məbləğində aliment məbləğini 2-ci tərəf Ərizəçi könüllü olaraq 22 oktyabr 2023-cü it tarixindən başlayaraq 1-ci tərəf Maraqlı şəxs aid olan kart hesabina və ya 1-ci tərəfə aid digər hesablara köçürür. 4.Tərəflər 1-ci tərəf Maraqlı şəxs və 2-ci tərəf Ərizəçi ilə birgə nikahdan anadan olan xx.xx.2022-cü İl təvəllüdlü X3 3 yaşına çatana kimi, 2-ci tərəf Ərizəçi könüllü olaraq 22 oktyabr 2023-cü il tarixindən başlayaraq 1-ci tərəf Maraqlı şəxs hər ay 90 (doxsan) manat aliment məbləğinin ödəyir.
5. Tərəflər 1-ci tərəf Maraqlı şəxs və 2-ci tərəf Ərizəçi ilə qeyd olunan məzmunda razılığa gələrək, birgə nikahdan anadan olan xx.xx.2014-cü il təvəllüdlü X1, xx.xx.2020-cü İl təvəllüdlü X2 və xx.xx.2022-cü il təvəllüdlü X3 atalan 2-ci tərəf Ərizəçi ilə hər həftə, həftədə 1 dəfə 5 saat olmaq şərti ilə görüşməsinə 1-ci tərəf Maraqlı şəxs şərait yaradır. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-6708/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ərizə qismən təmin edilərək, ərizəçi Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/13/2023-01412 saylı barışıq sazişi “Tərəflər 1-ci tərəf Maraqlı şəxs və 2-ci tərəf Ərizəçi ilə birgə nikahdan anadan olan xx.xx.2014-cü il təvəllüdlü X1, xx.xx.2020-cü il təvəllüdlü X2 və xx.xx.2022-cü İl təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər uşağa görə 220 (iki yüz iyirmi ) manat olmaqla ümumi 660 (altı yüz altmış) manat sabit pul məbləğində aliment məbləğini 2-ci tərəf Ərizəçi könüllü olaraq 22 oktyabr 2023-cü il tarixindən başlayaraq 1-ci tərəf Maraqlı şəxs aid olan kart hesabina və ya 1-ci tərəfə aid digər hesablara köçürür.” və “Tərəflər 1-ci tərəf Maraqlı şəxs və 2-ci tərəf Ərizəçi ilə birgə nikahdan anadan olan xx.xx.2022-cü İl təvəllüdlü X3 3 yaşına çatana kimi, 2-ci tərəf Ərizəçi könüllü olaraq 22 oktyabr 2023-cü il tarixindən başlayaraq 1-ci tərəf Maraqlı şəxs hər ay 90 (doxsan) manat aliment məbləğinin ödəyir.” hissələrində təsdiq edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı ərizəçinin izahatından müəyyən edilmişdir ki, uşaqlar sazişin imzalanmağından əvvəlki tarixdən cari tarixədək Maraqlı şəxs ilə birlikdə yaşamışdır. Ərizəçi uşaqları ilə ünsiyyətdə olmasına maneələr yaradılır, tərəflər arasında mübahisənin olduğu, bir sözlə sazişin şərtlərinin tam şəkildə yerinə yetirilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasmdan imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qeyd edilən Məcəllənin 355-26-cı maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3 və 34.4-cü maddələrinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq və xx.xx.2023-cü il tarixli barışıq sazişinin müddəalarını təhlil edərək belə qənaətə gəlir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Belə olan halda, tərəflər saziş üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, sazişin məcburi icrasının təmin edilməsi məqsədilə barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir.
Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi:
Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə 13 saylı Mediasiya Təşkilatında bağlanmış Barışıq sazişi aşağıdakı hissədə təsdiq edilsin: 1.Tərəflər 1-ci tərəf Maraqlı şəxs və 2-ci tərəf Ərizəçi ilə qeyd olunan məzmunda razılığa gələrək, birgə nikahdan anadan olan xx.xx.2014-cü il təvəllüdlü X1, xx.xx.2020-cü il təvəllüdlü X2 və xx.xx.2022-cü il təvəllüdlü X3 ataları 2-ci tərəf Ərizəçi ilə hər həftə, həftədə 1 dəfə 5 saat olmaq şərti ilə görüşməsinə 1-ci tərəf Maraqlı şəxs şərait yaradır. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Sahibə Hacıyeva