Məhkəmə qərarları › İş №2(011)-1010/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1010/2021

22.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1010/2021 22.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “ölüm faktının məyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi, X2 xx.xx.2020-ci il tarixində Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X7 Bakı şəhərində xx.xx.2020-ci il tarixdə vəfat etmiş və Bakı şəhəri Hövsan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Mərhum həyat yoldaşının ölüm haqqında şəhadətnaməni almaq üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, lakin ona bildirmişlər ki, bu məhkəmənin səlahiyyətlərinə aiddir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, X7 xx.xx.1946-cı il tarixdə Göyçay rayonunda anadan olmuşdur (AZE 14144720 nömrəli Şəxsiyyət vəsiqəsi). Bakı şəhəri X6 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən müəyyən olunmuşdur ki, həqiqətən xx.xx.2020-ci il tarixdə saat 15:50-də X3 meyidi aşkar edilmişdir. Bakı şəhəri Baş Səhiyyə İdarəsi 38 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 187 nömrəli arayışa əsasən “Ölüm haqqında tibbi şəhadətnamənin verilməsi qaydasına dair” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2015-ci il tarixli 52 nömrəli əmrinə əsasən, ünvan 1 ünvanında yaşamış X5 ölüm haqqında sənəd verilə bilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 2674-05/15 saylı, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Şöbə tərəfindən ölümün qeydə alınması mümkün deyildir. Nikahın bağlanması haqqında İİİ-ЖГ seriyalı 250494 nömrəli şəhadətnaməyə əsasən X8 və X1 nikahının bağlanması haqqında xx.xx.1982-ci il tarixdə 236 nömrəli akt qeydi tərtib edilmişdir, nikah bağlandıqdan sonra ərə Qasımov, arvada Qasımova soyadı verilmişdir. Mülki iş üzrə şahid qismində dindirilmiş X4 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o, ərizəçinin xalası qızıdır, mərhum X7 həqiqətən də xx.xx.2020-ci il tarixdə yaşadığı evdə vəfat etmişdir. Mərhum xeyli müddət idi xərçəng xəstəliyindən müalicə olunurdu. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X3 xx.xx.2020ci il tarixdə ölməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx xxxxxxx 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X3 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə ölümü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X3 xx.xx.2020-ci il tarixdə ölməsi ərizəçinin izahatı ilə və işin digər mötəbər sübutlar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1946-cı il tarixdə Göyçay rayonunda anadan olmuş X3 xx.xx.2020-ci il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar