Məhkəmə qərarları › İş №2(011)-107/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-107/2023

01.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-107/2023 01.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1 Cavabdeh və onun vəkili və nümayəndəsi Baqirov Mircamalİsa oğlunun iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən ümumi sahəsi 480,8 kv.m olan qeyri-yaşayış sahəsinə tikintiyə iddiaçının mülkiyyət hüququnun tanınması və buna dair çıxarışın (şəhadətnamənin) verilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisaiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Reyestr Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən ümumi sahəsi 480.8 kv.m olan 3 mərtəbəli qeyr-yaşayış sahəsinin tikintisi üçün xərclədiyi 471.500 manat pul və əlavə xərclər 128.500 manat məbləğində pul da nəzərə alınmaqla cəmi 600.000 (altı yüz min) manat pulun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1971-ci ildə Xocalı şəhərində anadan olmuş və 1992-ci il tarixdə Xocalı şəhəri mənfur ermənilər tərəfindən işğal edildikdən sonra ailə üzvləriylə birlikdə Bakı şəhərində məskunlaşmışdır. Cavabdeh Laçın rayonundan qaçqın dostu Vəliyev Cəlilin bacısı kimi tanıyır.Cavabdehin həyat yoldaşı X13 isə iddiaçının uşaqlıq dostu olmuşdur. İddiaçı kommersiya və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyirdi ,lakin 2013-cü ildə daxili işlər orqanlarında xidmət etdiyi üçün bu fəaliyyətlə məşğul ola bilmirdi. Bunun üçün o Rusiya Federasiyasının Həştərxan şəhərində yaşayan dostu Hikmət ilə danışmışdır. Hikmət iddiaçıya bildirmişdir ki, arvadı Elnarənin adına daşınmaz əmlak kimi qeyri-yaşayış sahəsi inşa edib icarəyə verib sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Bu məqsədlə Hikmət iddiaçıya 2013-cü ildə 180 min ABŞ dolları (142 min manat ) borc pul göndərmiş və bildirmiş ki, bu pulun müqabilində təminat kimi sənədləşdirməni arvadı Cavabdeh adına etsin. İddiçı da özündə olan 202 min manat pulu və bacısı X18ma məxsus mənzili 50 min 500 manata satıb bu daşınmaz əmlakın tikintisinə sərf etmişdir. Bakı şəhər Xətai rayon İcra hakimiyyətinin 27 dekabr 2013-cü il tarixli 454 saylı sərəncamına və tikintinin eskiz layihəsinə əsasən tikməyə başlamışdır. Bütün sənədləşdirməni aparmaq üçün Cavabdeh iddiaçıya 24 may 2014-cü il tarixə 50 il müddətinə etibarnamə vermişdir. Əlində olan pul vəsaiti kifayət etmədiyi üçün 2015-ci ilin aprel ayında tanışı Ələsgərov Rakivdən 75 min ABŞ dolları ( 59 min manat) və həmin ilin sonunda isə digər tanışı Orucov Möhübbətdən 70 min manat və Qarayeva Aygündən 50 min ABŞ dolları (38 min manat ) borc alıb tikintini tikib başa çatdırmışdır. Lakin tikinti zamanı həmin vəsaitdən başqa mal- materiallar və usta üçün əlavə 52 min manat borcu qalmışdır ki, onu da ödəmişdir. Bundan başqa obyektin 4-cü mərtəbəsində ofis tikib təmir etdirmiş, peneplastrla izolyasiya işləri, dam işlərini gördürmüşdür və istilik sistemi kombi çəkdirmiş, ümumilikdə 128500 manat əlavə xərc çəkmişdir. Ümumilikdə iddiaçı tərəfindən mübahisəli olan Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 34 ünvanında yerləşən ümumi sahəsi 480,8 kvadrat metr olan 3 mərtəbəli qeyri- yaşayış sahəsinin tikintisi üçün 471 min 500 manat pul və əlavə xərclər 128500, cəmi 600 min manat pul xərclənərək bu tikintini tikib qurtarmışdır. Cavabdeh iddiaçıya 24 may 2014-cü il tarixdə 50 illik etibarnamə verdiyi üçün bütün sənədləşməni onun adına etmişdir. Bu tikintini 2015-ci il tarixdə tikib başa çatdırmış, lakin Elnarəriin adına xüsusi mülkiyyəti təsdiq edən çıxarış ala bilməmişdir. Bu tikintini müəyyən fasilələrlə ayr-ayrı sahibkarlara icarəyə vermiş və müəyyən məbləğdə təxminən 40 min manat icarə haqqı almışdır. 2021-ci ildə aralarında müəyyən narazılıqlar yarananda iddiaçı dəfələrlə Elnarəyə və Hikmətə telefonla müraciət edərək məsələni danışıq və qarşılıqlı razılaşma yolu ilə həll etməyi təklif etsə də heç bir müsbət nəticə əldə olunmamışdır. Elnarə və Hikmət həmin qeyri- yaşayış sahəsini-tikintini iddiaçıdan alacaqlarını bildirmişlər. Bundan sonra da iddiaçının telefon zənglərinə cavab verməmişlər və Cavabdeh 17 avqust 2021-ci il tarixli ərizə ilə notariat orqanında iddiaçıya verdiyi 24 may 2014-cü il tarixli etbamaməni də ləğv etmişdir. İddiaçı bundan sonra həmin tikintini icarə verməkdə çətinlik çəkir. Cavabdehin bu hərəkətləri nəticəsində iddiaçının istifadə, sahiblik və sərəncam hüquqları kobud surətdə pozulmuş və o maddi və mənəvi ziyan çəkmişdir. İddiaçı tikintiyə çəkdiyi məsrəfləri və bazar qiymətini müəyyən etmək üçün Azərbaycan Rrespublikası "xxxx" MMC Qiymətləndirimə Şirkətinə müraciət etmiş, müstəqil qiymətləndiricinin MB-15/072 saylı 15 mart 2022-ci il tarixli qiymətləndirmə hesabatına ( rəyinə ) əsasən bütün göstərilənlər nəzərə alınmaqla aparılmış təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 34 ünvanında yerləşən ümumi sahəsi 480,8 kvm.olan zirzəmi -ikimərtəbəli həmin tikintinin,qeyri yaşayış binasına, tikintiyə çəkilmiş tikinti və təmir xərcinin 15 mart 2022-ci il tarixə hesblanmış ümumi bazar dəyəri həmin tarixə 601507 manat təşkil edir. İddiaçı, onun vəkili və nümayəndəsi iddianı müdafiə edərək iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu izahat verib iddianin təmin edilməsini məhkəmədən xahis etmislər. Cavabdeh va onun vəkili və nümayəndəsi iddiaya etiraz edərək rədd edilməsini xahiş etmişlər. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı oglu dəlil gətirir ki, polis əməkdaşı olduğuna görə Cavabdeh adına daşınmaz əmlak kimi qeyri-yaşayış sahəsi inşa edib sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə əri X13 ona 2013-cü ildə 180 min ABŞ dolları borc pul göndərmiş və bildirmişdir ki, bu pulun müqabilində təminat kimi sənədləşdirməni onun adına etsin. İddiaçı da özündə olan 202 min manat pulu və bacısı X18ma məxsus mənzili 50 min 500 manata satıb həmin qeyri-yaşayış sahəsinin tikintisinə sərf etmiş, əlində olan pul vəsaiti kifayət etmədiyi üçün 2015-ci ilin aprel ayında tanışı Ələsgərov Rakifdən 75 min ABŞ dolları, həmin ilin sonunda isə digər tanışı Orucov Möhübbətdən 70 min manat və Qarayeva Aygündən 50 min ABŞ dolları borc alıb tikintini tikib başa çatdırmış, lakin, mal- materiallar və usta üçün əlavə 52 min manat borcu qlmışdır ki, onu da ödəmiş, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 480,8 kvadrat metr olan 3 mərtəbəli qeyri- yaşayış sahəsinin tikintisi üçün 471 min 500 manat pul xərcləyib bu tikintini 2015- ci ildə başa çatdırmışdır. Əri X31 oglu, İddiaçı 2013-cü ildə həqiqətən də 180 min ABŞ dollar pulu borc olaraq deyil, Xətai rayon İcra Hakimiyyətinin 454 nömrəli, xx.xx.2013-cü il tarixli Sərəncamı ilə Gəncə prospekti 34 saylı binanın yaxınlığında mənə tikilməsinə icazə verilmiş qeyri-yaşayış sahəsinin təmir-tikinti işlərinin görülməsi məqsədilə göndərmişdi. İddiaçı oglu tərəfindən iddia tələbinin əsası kimi yuxarıda qeyd edilən digər dəlillər yanlış məlumatlardan ibarət olan uydurma dəlillərdir. İddiaçı yalan vədlər verməklə çoxsaylı insanlardan nəyinki, 400 000-500 000 manat, bu məbləğdən də çox pul borca ala bilərdi. Sözügedən, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 520 kv.m. olan qeyriyaşayış obyektinin sənədləşdirilməsini, bu gün məhkəməyə müraciət etməzdən əvvəl elədiyi kimi, bu qədər borc almaq üçün geniş imkanları və özündə 202.000 manat kifayət qədər pul məbləği varı idisə daha nə ehtiyac varı idi ki, uzaq ölkədə yaşayan şəxsdən, əri X3 borca pul alsın, həmdə qeyri-yaşayış obyektləri Hikmətin arvadının adına sənədləşdirsin. Nə qədər ağlabatan mühakimənin nəticəsi ola bilər ki, uzaq bir ölkədə yaşayan və şəxsi münasibətləri olmayan bir şəxsin, Hikmətin arvadının adına obyektlər tikilib sənədləşdirilsin. Əgər ki, İddiaçı qeyd elədiyi kimi guya özündə 202.000 manat nağd pul varı idisə, həmin məbləğdəki pul ilə çox rahat şəkildə tikinti işlərinə başlaya bilərdi və qeyri-yaşayış obyektlərini də öz ailə üzvlərinin, yaxınlarının (anasının, xanımının, övladlarının, və ya evini satdığı bacısının) adına birbaşa sənədləşdirərdi. Ancaq İddiaçı həmin pulu iddiaçının pul vəsaiti ilə inşa edilən qeyri-yaşayış sahələrinin tikintisinə yox, şəxsi məqsədləri üçün əldə etmiş olardı. X13 ilə cavabdeh mübahisə predmetini təşkil edən qeyri-yaşayış obyektlərinin, sahələrinin tikinti-təmir işlərinin aparılmasını İddiaçı tapşırmışlar və həmin qeyri-yaşayış sahələrinin tikinti-təmir işləri üçün tələb olunan kifayət qədər pul məbləğini İddiaçı biz vermişlər. Bakı şəhəri Xətai rayonu Gəncə prospektində 34 saylı binanın yaxınlığında, içərisində 75 kv.m tikili olan torpaq sahəsini görüb bəyənmişlər. Orada layihəyə əsasən müasir üslubda obyekt tikməyə qərar vermişlər. Odur ki, Cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə müraciət etmiş və onun müraciətinə əsasən Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının 454 nömrəli, xx.xx.2013-cü il tarixli Sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 saylı binanın yaxınlığında mövcud 75 kv.m ölçüdə məntəqənin (tikilinin) iddiaçının adına sənədləşdirilməsini və təqdim etdiyim layihəyə əsasən sökülüb müasir üslubda yenidən tikilməsinə icazə verilməsi Qərara alınmışdır. İş materiallarına əlavə edilmiş ’’Gentechs MMC”-nin Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 34 saylı binanın yaxınlığındakı qeyri-yaşayış obyektinə dair “Mühəndis qurğuları Elektrik işıqlandırma, yanğın siqnalizasiyası İşçi layihəsindən də görünür ki, sözügedən obyektin sifarişçisi Cavabdehdır. Bu obyektimin faktiki ölçüsü 520 kvadrat metr təşkil edir. Onlar İddiaçı etibar edərək 2013-cü ildən başlayaraq 2015-ci ilədək hissə-hissə olmaqla ümumilikdə İddiaçı obyekt tikintisi üçün 360.000 (üç yüz altmış min) ABŞ dolları məbləğində nağd şəkildə pul vermişlər. Həyat yoldaşı X13 ilk olaraq 2013-cü ilin avqust ayında tikinti işləri üçün İddiaçı 118.000 ABŞ dolları vermişdir. İddiaçının adında olan, 939 dövlət nömrə nişanlı “Land Cruiser” markalı avtomobilinin satışından əldə olunan 69.500 ABŞ dolları məbləğindəki pulu və “Nissan Teana” markalı avtomobilin satışından əldə olunan 10.000 ABŞ dolları məbləğindəki pulu da obyektlərin tikintisi üçün İddiaçı vermişlər. İddiaçı ilə əvvəlcədən öz aralarında razılaşmışlar ki, ünvan 2 obyektinin aylıq icarə pulları ilə Bakı şəhəri Xətai rayonu Neapol küçəsi 23-cü binanın qarşısında yerləşən, X21 adına Uşaq baxçasmm 3-5 metr yaxınlığında olan X17 inşa etsin, həmin tapşırıqları icra etməsi ilə əlaqədar Bakı şəhəri Xətai rayonu Gəncə prospektində 34 ünvanında yerləşən obyektlərdən və Xətai rayonu Neapol küçəsi 23-cü binanın qarşısındakı X12- obyektlərin aylıq icarə haqqından gələn gəlirin 1/3 hissəsi İddiaçı, qalan 2\3 hissəsi də cavabdehə aid olsun. Obyektin icarə pulundan 1/3 hissəsini İddiaçı verməyə həm də ona görə razılaşmışlar ki, Xətai rayonu Neapol küçəsi 23-cü binanın qarşısında azyaşlı uşaqların bağçasının 3-5 metr yaxınlığındakı sahədə cavabdehin adına obyektlər inşa etsin. Obyektlərin aylıq icarə pulundan 1/3 hissəsini İddiaçı verməyə yalvarışlarına görə həm də ona görə razılaşmışdırlar ki, onun dediyinə görə 2011-ci ildə 2 nəfərin ölümünə səbəb olmuş avtoqəza hadisəsi törətməsi ilə əlaqədar yaranmış küllü miqdar 100.000 (yüz min) manatdan çox borcunu icarə pullarından hissə-hissə bağlaya bilsin, həbs olunmasın, işdən çıxarılmasın. Bu da onun tikinti işləri aparılmasına nəzarət etməsi ilə bağlı əmək haqqının əvəzi olsun. Odur ki, uzun illər ərzində İddiaçı mübahisənin predmetini təşkil edən qeyriyaşayış sahələrindən əldə olunan aylıq icarə haqlarını tələb etmirdilər. Qeyri-yaşayış sahələrinin iddiaçının adına sənələşdirilməsi üçün İddiaçı xx.xx.2014-cü il tarixdə Bakı şəhəri 18 saylı Notariat Ofisində etibarnamə də vermişdir. Son vaxtlar İddiaçı obyektin tikintisi üçün ona verdikləri 360.000 (üç yüz altmış min) ABŞ dolları məbləğindəki nağd pulun, satdığı maşınlarının pulunu, qeyri-yaşayış obyektlərindən hər ay təqribən əldə olunan 5000 manat aylıq icarə pullarını hara, nə qədər sərf elədiyi barədə hesabat verməsini, həmçinin mübahisənin predmetini təşkil edən qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqlarını təsdiq edən Çıxarış verilməsini, obyektlərini əri ilə ona təhvil verilməsini tələb edəndə o, bu gün, gələn həftə verərəm, edərəm deməklə, xərclər barədə qeydiyyat apardığı dəftəri guya tapa bilmir, onu tapıb hesabat verəcək, obyektləri mülkiyyətinə keçirmək üçün sənədlər toplamağa başlayır və sair müxtəlif bəhanələr gətirməklə işin əsil mahiyyətindən uzaqlaşır, vaxt uzadır, obyektləri, onlara aid olan sənədləri təhvil verməməkdə obyektlərin aylıq icarə haqlarını mənimsəyirdi. Odur ki, İddiaçı verdiyi etibarnaməni onu xəbərdar etməklə ləğv etdirmişdir. Obyektlərin boşaldılması, onlara aid olan sənədlərin geri qaytarılması üçün Piriyev Vəkil Bağman oğluna etibarnamə vermişdir. Obyektləri, onlara aid olan sənədləri geri qaytarması ilə bağlı İddiaçı şifahi və rəsmi xəbərdarlıqlarlar edilmiş, bildirişlər verilmişdir. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında etiraz ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh vəkili və nümayəndəsinin izahat ilə razı olduğunu bildirmişdir və eyni məzmunlu izahat vermişdir. Məhkəmə iddiaçının və onun vəkili və nümayəndəsi Vəkil1, cavabdehin, onun nümayəndəsi və vəkili X4 izahatlarını dinləyərək, şahidləri dindirib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş X14 ifadəsində göstərmisdir ki, Belə ki, o, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən obyekt ilə qonşu obyektin tikintisi aparmış, İddiaçı oradan, təhminən 2014-cü il tarixdən tanıyır. Cavabdeh isə tanımır. Qonşu obyektin tikintisindən sonra, 2014-cü ilin sonu, 2015-ci ilin əvvəllərində İddiaçı ona öz obyektinin tikintisini aparmağı təklif etdi. Tikinti zamanı tikinti proseslərində Eldar ilə birlikdə aparmışdırlar, o, pul verib mal-material almışdır. Obyekt 480-500 kvadrat metr sahədən ibarət idi, zirzəmi, bir mərtəbə və mansarda. Obyekti bünövrədən tikiblər. O, obyektdə beton, hörgü, suvaq, damın vurulması, yerin metlaxının vurulması, içərinin maylar işlərini görmüşdür. Obyektin tikintisi üçün pulları İddiaçı almışdır. Görülmüş işlərin dəyəri o vaxt üçün 500-600 min manat olardı. İddiaçı ilə müqavilə bağlamayıb. İşlər görüldükcə, görülmüş işlərin dəyəri ödənilib. O, X24 Eldarı dostu olaraq tanımışdır. Sonuncu tikinti işlərinə müdaxilə etmirdi. İş üzrə şahid qismində dindirilmis Qarayeva ( Vəliyeva ) Aygün Baxşeyiş qızı ifadəsində göstərmisdir ki, İddiaçı 2014-2015-ci illərdən tanıyır və onunla ailəvi dostdurlar. Cavabdeh isə tanımır. İddiaçı mübahisəli olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 saylı binanın yaxınlığında tikdirdiyi qeyri-yaşayış sahəsinin-obyektin tikintisi və təmiri üçün 2015-ci ilin sonlarında ondan 50000 ABŞ dollari borc alıb həmin tikintiyə xərcləmişdir. İş üzrə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, İddiaçı 1992-ci ildən, bir qonşu kimi tanıyır. Cavabdeh isə tanımır. İddiaçı mübahisəli Bakı şəhəri Xətai rayonu 34saylı binanın yaxınlığında inşa etdiyi qeyri yaşayış –sahəsinin( obyektin ) tikintisi üçün ondan 2015-ci ilin aprel ayında 75000 ABŞ dolları borc almışdır. İş üzrə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, İddiaçı 1992-ci ildən, 28 may metrosunun yaxınlığında ticarət ilə məşğul olduğu vaxtdan tanıyır. Cavabdeh isə tanımır. İddiaçı mübahisəli Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 34 saylı binanın yanında olan qeyri –yaşayış sahəsinin ( obyektin ) tikintisi üçün 2015-ci ilin sonunda ondan 70000 manat borc alib həmin tikintinin təmir və inşaat işlərinə sərf etmişdir. İş üzrə şahid qismində dindirilmiş X19 öz ifadəsində göstərmişdir ki, həm İddiaçı, həm də Cavabdeh bir qohum və Xocalı şəhər sakinləri kimi tanıyır. Mübahisəli qeyriyaşayış sahəsi Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 34 saylı binanın yanında inşa edilmiş mübahisəli obyekt onun yaşadığı binanın yaxınlığında yerləşir və həmin qeyriyaşayış sahəsinin yanında onun 150 kvadrat metr torpaq sahəsi vardır. O,2013-cü ildə İddiaçı həmin yerdə obyekt tikməsini təklif etmişdir. Bu məqsədlə öz torpaq sahəsinin 75 kvadrat metrini İddiaçı vermişdir. Eldar həmin torpaq sahəsinə müvafiq icazə alıb tikinti işlərinə başladı və 75 kv.m. sahədə 1-ci mərtəbəni tikib qurtardı. 2014-cü ildə İddiaçı da öz növbəsində dostu Hikmət Quliyevlə şərik olaraq həmin mübahisəli obyektin 2-ci mərtəbəsinin tikintisinə başlamışdır. Bitmə ərəfəsində 75000 ABŞ dolları söhbəti düşdü. 75000 ABŞ dollarını Quliyev Hikmət göndərməli idi ki, şəriklik baş tutsun. O, pulu göndərmədi, şəriklik də alınmadı. Bilir ki, tikintinin, ustaların, fəhlələrin pulları Eldar verirdi. İş üzrə şahid qismində dindirilmiş X22 ifadəsində göstərmişdir ki, Cavabdeh onun qardaşı X5 arvadıdır. İddiaçı isə qardaşı Hikmətin dostu və Xocalı şəhər sakini kimi uşaqlıqdan tanıyır. Mübahisəli obyekt tikilən vaxtı qardaşı onunla məsləhətləşdi ki, Eldar ilə iş görmək istəyir. O, da buna müsbət münasibət bildirdi. X28 Eldara tapşırdı ki, obyekti tikdirib başa gətirsin. 2014-cü ilin yay aylarında Hikmət Quliyev onun yanında İddiaçı 118000 ( yüz on səkkiz min ) ABS dolları pul vermişdir. Eyni zamanda, qardaşı “Land Cruiser” markalı maşın da almışdır. Həmin maşını 60500 manat satıb, pulu İddiaçı almışdır. Tikintinin pulu onun qardaşı verməli idi. Eşitdiyinə görə tikintiyə 500000 manat pul xərclənib. İddiaçı dediyinə görə, obyektin tikintisini başa çatdırmaq üçün o, İlham adlı şəxsən 75000 manat pul götürmüşdür. İddiaçı deyirdi ki, qardaşım pulu göndərsin, ondan sonra obyekti işlətməyə başlasınlar. İş üzrə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, İddiaçı onun bibisi oğlunun qaynıdır. Cavabdeh isə əmisi oğlunun həyat yoldaşıdır. Əmisi oğlu Quliyev Hikmət ilə İddiaçı birlikdə iş görürdülər. Quliyev Hikmət torpaq almışdır, İddiaçı isə torpağın üzərində obyekt tikdirirdi. Quliyev Hikmətə məxsus olan maşın öz adına qeydiyyatda olduğuna görə, o, “Land Cruiser” marklalı maşının satılması üçün İddiaçı etibarnamə vermişdir. Maşını obyektin tikintisi üçün pul lazım olduğuna görə satmışdırlar. Maşını necəyə satıldığını bilmir. İş üzrə şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, Cavabdeh onun bacısı, İddiaçı isə Xocalı şəhər sakini və yeznəsi Quliyev Hikmətin dostudur. X13 2013-cü ildə ona bildirmişdir ki, birlikdə nə iş görə bilərlər. O da, Quliyev Hikmətə bildirmişdir ki, mənzil alıb, təmir edib sata bilərlər. Bir müddət sonra öyrəndi ki, İddiaçı ilə birlikdə obyekt tikirlər. Onların işinə müdaxilə etmədi. Obyektdə olduğu zaman, İddiaçı ona bildirdi ki, obyektin tikintisinə 160000 manat xərclənib. 3-4 il keçəndən sonra yeznəsi ona bildirdi ki, obyektin kirayə haqqını götürmür, İddiaçı borcu olduğuna görə kirayə haqqını hələ də o götürür. Obyektin tikintisi üçün yeznəsinə məxsus olan bir maşını 10000 manata satmışdırlar. Həmin il Quliyev Hikmətin dediyinə görə, o, Azərbaycan Respublikası 800000 manat pul göndərmişdir. Pulları bacısı oğlu çatdırırdı. X26 məxsus olub, pul qoyan o olub, xərcləyən də o olub. Bu yay İddiaçı ona zəng etmiş, 75000 dollar borcu olduğunu bildirmişdir. O, demişdir ki, Quliyev Hikmət ilə danışsın, obyekti 5000 manat kirayə versin, yarısını İddiaçı, yarısını isə Abbas alsın. Daha sonra məlum oldu ki, həmin borc yoxdur. Belə ki, İddiaçı Tahirə adlı qadında borc aldığını bildirdiyinə baxmayaraq, sonuncu Quliyev Hikmətə zənq etmiş İddiaçı borc vermədiyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş X23 ifadəsində qöstərmişdir ki, Cavabdeh onun xalası, X13 xalasının əridir. İddiaçı isə Quliyev Hikmətin vasitəsi ilə tanımışdır. Eşitdiyinə görə Quliyev Hikmət ilə İddiaçı şərikinə obyekt tikdirdilər. Obyektin tikintisi üçün pulu Quliyev Hikmət göndərirdi, İddiaçı isə tikintiyə rəhbərlik edirdi. Obyektin tikintisinə nə qədər xərcləndiyini bilmir. X36 tərəfindən Rusiyadan gələn pulu o qəbul edirdi və Cavabdeh evə çatdırırdı. 6 dəfə bu proses təkrar olub, 1 dəfə 175000 dollar, bir dəfə 75000 ABŞ dolları, üçüncü dəfə 40000 ABŞ dolları, dördüncü dəfə 30000 ABŞ dolları, beşinci dəfə 28000 ABŞ dolları, 6-cı dəfə isə 22000 ABŞ dolları qəbul etmişdir. Deyilən o idi ki, pullar obyektin tikintisinə gedir. O, İddiaçı şəxsən pul verməyib. İş üzrə şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Cavabdeh onun qardası Hikmət Quliyevin arvadıdır, cavabdeh İddiaçı isə həm qardası Hikmətin dostu, həm də özünün şagirdi olmuşdur. Quliyev Hikmət ilə İddiaçı 2013-cü ildə Rusiya Federasiyasının Həştərxan Vilayətində onun evində obyekt barədə söhbət etmişlər, söhbət obyektin tikintisi, xərclənən pullar ilə bağlı olub. Eşitdiyinə görə, qardaşı Hikmət onun 15000000 (yüz əlli milyon) rus pulu göndərmişdir. Pulu kiçik qardaşı, mərhum əri, digər etibarlı şəxslər vasitəsilə göndərib. İş materiallarında olan Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 34 saylı binanın yaninda yerləşən qeyri-yaşayış sahəsinin 75 kvadrat metr qeyri-yaşayış sahəsi ( obyekt ) tikintisi üçün 2013-cü ildə eskiz layihəsi İddiaçı adına çəkilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 34 saylı binanın yaninda yerləşən qeyri-yaşayış sahəsinin 75 kvadrat metr qeyri-yaşayış sahəsinin 2014-cü ildə eskiz layihəsi Cavabdeh adına çəkilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən vermiş xx.xx.2022-ci il tarixli **********87 saylı məktubda göstərilmişdir ki, Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 34 saylı binanın yaninda yerləşən ümumi sahəsi 480,8 kv.m. qeyri-yasayış sahasinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. İş materiallarında olan 22 iyul 2015-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X16 tərəfindən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 29,09 kvadrat metr yaşayış sahəsi 16,79 kvadrat metr ola 1otaqlı mənzil alıcı X2 30000 (otuz min) manata satılmışdır. İş materiallarında olan 24 may 2014-cü il tarixli etibarnamədən görünür ki, Cavabdeh İddiaçı onu dövlət orqanlarında təmsil etməklə bütün hüquqlardan istifadə etmək üçün səlahiyyətlər verməklə 50 il müddətinə etibarnamə vermişdir. İş materiallarında olan 17 avqust 2021-ci il tarixli ərizənin “Elektron notariat” X1 Çıxarışın surətindən görünür ki, Cavabdeh İddiaçı verdiyi 24 may 2014-cü il tarixli etibarnaməni ləğv etdirmişdir. İş materiallarında olan 09 dekabr 2015-ci il tarixli etibarnamədən görünür ki, X13 İddiaçı onu dövlət orqanlarında təmsil etməklə bütün hüquqlardan istifadə etmək üçün səlahiyyətlər verməklə 50 il müddətinə etibarnamə vermişdir. İş materiallarında olan 23 may 2022-ci il tarixli ərizənin “Elektron notariat” X1 Çıxarışın surətindən görünür ki, X13 İddiaçı verdiyi 09 dekabr 2015-ci il tarixli etibarnaməni ləğv etdirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəis əvəzi Akif Abdullayevin Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin Başçısı cənab Razim Məmmədova ünvanladığı20 avqust 18/03- 8/2317 saylı məktubundan görünür ki, Cavabdeh Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 34 saylı binanın yaxınlığında qeyri-yaşayış obyektinin tikintisinə dair təqdim olunmuş memarlıq- planlaşdırma həlli layihəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müsbət rəyi alınmaqla məktubda göstərilən şərtlərlə razılaşdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" MMC Qiymətləndirmə Şirkətinin Müstəqil Qiymətləndiricisinin MB-15/072 saylı 15 mart 2022-ci il tarixli hesabatına –mütəxəssis rəyinə əsasən hesabatda (rəydə) bütün göstərilənlər nəzərə alınaraq aparılmış təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 34 ünvanında yerləşən ümumi sahəsi 480,8 kvadrat metr olan zirzəmi-ikimərtəbəli həmin tikintinin, qeyri-yaşayış binasına, tikintiyə çəkilmiş tikinti və təmir xərclərinin 15 mart 2022-ci il tarixə hesablanmış ümumi bazar dəyəri həmin tarixə 601507 ( altı yüz bir min beş yüz yeddi) manat təşkil edir. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı Orucov X20 şəhərindən məcburi köçkündür. İş materiallarında olan AR "xxxx" ASC-nin xx.xx.2016-ci il tarixli, 07/182-05 saylı istilik təchizatı üçün texniki şərtdən görünür ki, vətəndaş Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin istilik təchizatı üçün icazə verilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli 454 saylı Sərəncamdan çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 saylı binanın yaxınlığında cizgidə göstərilən ərazidə yerləşən mövcud 75 kv.m ölçüdə məntəqənin vətəndaş Cavabdeh adına sənədləşdirilməsinə və təqdim etdiyi layihəyə əsasən mövcud ölçüdə sökülüb müasir üslubda yenidən tikilməsinə icazə verilmişdir. İş materiallarında olan 09 sentyabr 2014-cü il tarixli razılaşmanın məzmunundan görünür ki, icraçı "xxxx" ASC tərəfindən verilmiş 09 sentyabr 2014-cü il tarixli 005/2/728-tş nömrəli Texniki Şərtin icrası ilə əlaqədar Xətai rayonu, Gəncə prospekti 34 saylı binanın yaxınlığında inşa edilmiş Cavabdeh məxsus qeyri-yaşayış obyektinin su təchizatı (d32 mm) və kanalizasiya (d150) şəbəkələrinə qoşulmasının təmin edilməsi məqsədilə “Sifarişçi”nin vəsaiti hesabına nəzərdə tutulan işlərin yerinə yetirilməsini öhdəsinə götürmüşdür. “Sifarişçi” bu razılaşmanın şərtlərinə əsasən yerinə yetiriləcək işlərin dəyəri olan 303.00 (üç yüz üç) manat (su təchizatı şəbəkəsinə qoşulma işlərinin icrası üçün 105.00 manat, kanalizasiya şəbəkəsinə qoşulma işlərinin icrası üçün 198.00 manat) vəsaitin əvvəlcədən ödənilməsini təmin etməlidir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ona verdiyi 50 illik etibarnamə əsasında Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin tikintisinə icazə alınması, eskiz layihələrin tərtib edilməsi, həmin layihələrin razılaşdırılması ilə bağlı sənədləşmə işlərini həyata keçirmişdir. Eyni zamanda tərəflərin izahatları və məhkəmə iclaslarında dindirilmiş şahid ifadələri ilə mübahisəsiz qaydada müəyyən edilmişdir ki, həmin qeyri-yaşayış sahəsinin tikintisi, tikintiyə nəzarət, materialların alqı-satqısı və tikintini həyata keçirən ustaların xidmət haqları iddiaçı tərəfindən həyata keçirmişdir. "xxxx" MMC Qiymətləndirmə Şirkətinin Müstəqil Qiymətləndiricisinin MB-15/072 saylı 15 mart 2022-ci il tarixli hesabatına – mütəxəssis rəyinə əsasən Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 34 ünvanında yerləşən ümumi sahəsi 480,8 kvadrat metr olan zirzəmi-ikimərtəbəli həmin tikintinin, qeyriyaşayış binasına, tikintiyə çəkilmiş tikinti və təmir xərclərinin 15 mart 2022-ci il tarixə hesablanmış ümumi bazar dəyəri həmin tarixə 601507 ( altı yüz bir min beş yüz yeddi) manat təşkil edir. Bir halda ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin tikintisi üçün zəruri vəsaitlərin İddiaçı tərəfindən ödənildiyi müəyyən edilmişdir, həmin vəsaitlərin Cavabdeh tərəfindən iddiaçıya qaytarıldığını sübut etmək yükü cavabdehin üzərindədir. Cavabdeh isə məhkəməyə bu halı təsdiq edəcək kifayət qədər mötəbər sübut təqdim etməmişdir. Belə ki, cavabdeh, dəlillərinin sübut etmək məqsədi ilə vəsatəti əsasında dindirilmiş şahid ifadələrinə istinad etsə də, həmin şahid ifadələri iddiaçıya göndərilən pul vəsaitinin məbləğini, hansı məqsədlə göndərilməsini müəyyən etmək üçün kifayət deyil. Belə ki, şahidlər mübahisəli obyektin tikintisi uçun ayrı-ayrı vaxtlarda 175.000 ABŞ dolları, 75.00 ABŞ doları, 40.000 ABŞ dolları, 30.000 ABŞ dolları, 28 000 ABŞ dolları, 22 ABŞ dolları məbləğində pul vəsaitin göndərildiyinə dair ifadələr versələr də, həmin pul vəsaitlərinin Rusiya Federasiyasından Azərbaycan Respublikasına göndərilməsinin rəsmiləşdirilməsi ilə əlaqədar məhkəməyə müvafiq sənədlər təqdim edilməmiş, şahidlərin bu ifadələri hər hansı digər sübutlar ilə də təsdiq edilməmişdir. Hazırkı mübahisəsinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (MM 1092.1-ci maddəsi). Göründüyü kimi, əsassız varlanma nəticəsində öhdəlik o halda yaranır ki, şəxs əmlak əldə etsin, həmin əldə etmə başqa şəxsin hesabına olsun və əldə etmənin hər hansı bir qanuni və ya müqavilə əsası olmasın. Hazırkı mülki işin məhkəmə araşdırması zamanı yuxarıda göstərilən hər üç şərtin mövcud olduğu müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin tikintisinə sərf edilmiş 600000 (altı yüz min) manat ("xxxx" MMC Qiymətləndirmə Şirkətinin Müstəqil qiymətləndiricisinin MB-15/072 saylı 15 mart 2022-ci il tarixli hesabatına əsasən) məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 242-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 600000 ( altı yüz min ) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar