Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1107/2023 07.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi bacısı İvkina Qalinanın “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1938-ci il təvəllüdlü bacısı İvkina Qalinanın xx.xx.2022-ci il tarixində ölməsi faktının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri İddiaçı bildirir ki, xx.xx.1938-ci il təvəllüdlü bacısı İvkina Qalina xx.xx.2022-ci il tarixdə dünyasını dəyişmişdir. Belə ki, bacısı dünyasını dəyişmədən öncə, yəni vəziyyəti ağırlaşdıqda dərhal Təcili və Təxirə salınmaz X7 çağırılmış, xəstənin vəziyyəti barədə xəbərdar edilmişdir. Lakin Təcili və X4 Stansiyası gəldikdə bacısı artıq dünyasını dəyişmişdi. Buna görədə Təcili və Təxriə salınmaz X6 7 saylı təcili yardım briqadası tərəfindən ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Yaxın qohumlarının iştirakı ilə mərhum xx.xx.1938-ci il təvəllüdlü X9 rayonu ərazisində Həzi Aslanov mertosunun yaxınlığında yerləşən rus qəbiristanlığında dəfn edilmişdir. Həmin qəbiristanlıqdan fotoşəkillər ərizəyə əlavə edilmişdir. İvkina Qalinanın dəfn mərasimindən sonra isə ölüm haqqında şəhadətnaməsinin alınması üçün aidiyyatı üzrə müvafiq orqanlara müraciət etmək qərarına gəlmişdir. Belə ki, ilk öncə ölüm haqqında şəhadətnamənin alınması üçün zəruri hesab edilən sənədin, ölüm haqqında tibbi şəhadətnamənin Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X8 Ərazi üzrə X1 “Bakı şəhər Bakı Baş Səhiyyə Mərkəzi” Publik hüquqi şəxs 7 nömrəli şəhər Poliklinkası tərəfindən iddiaçıya təqdim edilməsini xahiş etmişdir. Belə ki, mərhumun tibbi kartası araşdırılmış və mərhumun vəfatının əsaslı səbəbi müəyyən olunmadığından ölüm arayışı (Forma 106) verilməsi mümkün olmamışdır.Bundan başqa, xx.xx.1938-ci il təvəllüdlü İvkina Qalinanın ölüm haqqında şəhadətnaməsinin alınması üçün Bakı şəhər 6 saylı Asan Xidmətində Qeydiyyat Şöbəsi müraciət etmiş, lakin müraciətdən İvkina Qalinanın ölüm haqqında şəhadətnaməsinin verilməsindən xx.xx.2022-ci il tarixli 05/Q-2635/15 saylı məktubla imtina edilmişdir. İmtina məktubunda sözü gedən ölüm haqqında şəhadətnamənin verilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. xx.xx.1938-ci il təvəllüdlü İvkina Qalinanın ölüm haqqında şəhadətnaməsi olmadan qanunvericiliklə müəyyənləşdirilmiş bir sıra prosessual hərəkətlər həyata keçirilməsi mümkün deyildir. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək və izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə maraqlı şəxs 6 saylı Bakı “Asan xidmət” Mərkəzində Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarına əlavə edilmiş: 6 saylı Bakı “Asan xidmət” Mərkəzi Qeydiyyat şöbəsinin Ərizəçi oğluna ünvanladığı xx.xx.2021-ci il tarixli, 05/Q-2635/15 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X10 “Bakı Baş Səhiyyə Mərkəzi” X10 7 Nömrəli Şəhər Poliklinikası tərəfindən 1017 saylı arayışdan görünür ki, İkvina Qalinanın ölüm haqqında tibbi şəhadətnamənin (Forma N106) verilməsi mümkün olmamışdır. Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 13 dekabr 2022-ci il tarixdə, saat 06:25 də Telnov k-si ev 15, m 18 ünvanına İkvina Qalinin adına çağırış olmuş və qadın cinsli meyit aşkar edilmişdir. Rusiya Federasiyası vətəndaşının ********* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İkvina Qalina xx.xx.1938-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. İ-ИЕ seriyalı 287505 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İvkin Boril ilə İkvina Qalina xx.xx.1960-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Bakı Şəhəri Xətai Rayon Xətai Bələdiyyəsi tərəfindən verilmiş 02/16 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Xətai bələdiyyəsinin balansına heç bir qəbiristanlığın olmaması səbəbəbindən X3 dəfni haqqında hər hansı bir məlumat vermək imkan xaricindədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, İvkina Qalina onun nənəsidir. Səhər tezdən sanitar qovşağa getmiş və anası görmüşdür ki, uzun müddət orda qalıb. Daha sonra anası onun oğlunu oyadıb ki, getsin baxsın nə baş verir, görüb ki özünü pis hiss edir. Sonra onları oyadıb və təcili tibbi yardım çağırmışlar. Təcili tibbi yardım briqadası gələndə deyib ki, artıq dünyasını dəyişdi. Mərhum heç vaxt həkimə getməyi xoşlamayıb. Həzi Aslanovda rus qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, İvkina Qalina onun bibisidir. O, səhər saatlarında rəhmətə gedib. Birinci atası sonra özü oraya getmişdir. xx.xx.2022-ci il tarixdə rəhmətə getmişdir. Əhmədlidə rus qəbiristanlığında dəfn olunub. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinin tələbinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci maddəsinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi: İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə İvkina Qalinanın xx.xx.2022-ci il tarixdə ölməsi tam sübuta yetirildi. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, qət etdi: Ərizə təmin edilsin. xx.xx.1938-ci il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-1107/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1107/2023
07.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver