Məhkəmə qərarları › İş №2(011)-116/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-116/2022

10.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-116/2022 10.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi iştirakı, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil ilə, İddiaçı “Azərbaycan Beynəlxalq Bankı* ASC-nin cavabdehlər Cavabdeh qarşı “borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsinə dair” tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı – Cavabdeh iddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ÄSC-nin xeyrinə xx.xx.2014-Cü il tarixli, 6118 saylı kredit müqaviləsi üzrə 89973.29 (səksən doqquz min doqquz yüz yetmiş üç manat 29 qəpik) manat əsas borc, 1654,15 (bir min altı yüz əlli dörd manat 15 qəpik) manat faiz borcu, cəmi 91627.44 (doxsan bir min altı yüz iyirmi yeddi manat 44 qəpik) manat kredit borcunun, iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, 0,40 (sıfır manat 40 qəpik) manat bank xidmət haqqının, həmçinin, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun, 0.65 (sıfır manat 65 qəpik) manat bank xidmət haqqının, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 30 (otuz) manat xidmət haqqının və 0.77 (sıfır manat 77 qəpik) manat bank xidmət haqqının tutulması, tutmanın Bakı şəhəri, Xətai rayonu, məhəllə 2934, Sadıqcan küçəsi, ev 2A, mənzil 15 ünvanında yerləşən ümumi sahəsi 222,8 kv.m olan 5 otaqlı mənzilə (yüklülük çıxarışı; Seriya RX, № 0608944, qeydiyyat nömrəsi; **********, qeydiyyat tarixi: xx.xx.2015) yönəldilməsi və Cavabdeh qeyd olunan ipoteka predmetindən istifadə hüququna xitam verilməsi, ipoteka predmeti olan mənzilin boşaldılması və ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetinin satışından ətdə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin Cavabdeh tutularaq iddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASC-yə ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərbaycan Beynəlxalq Bankı* ASC-nin “ABB Premyer" Müştəri Xidməti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 6118 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 120 ay müddətinə, illik 12% hesablanmaqla 170430 (bir yüz yetmiş min dörd yüz otuz manat 0 qəpik) manat məbləğində kredit verilmişdir, Kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC itə Cavabdeh arasında ona məxsus Bakı şəhəri, Xətai rayonu, məhəllə 2934, Sadıqcan küçəsi, ev 2A, mənzil 15 ünvanında yerləşən ümumi sahəsi 222.8 kv.m olan 5 otaqlı mənzilin (yüklülük çıxarışı: Seriya RX, № 0608944, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi; 06,03.2015) ipotekaya qoyulması barədə 04,03,2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən müqavilə.şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir, xx.xx.2014-cü il tarixli, 6118 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci İl tarixinə 89973.29 (səksən doqquz min doqquz yüz yetmiş üç manat 29 qəpik) manat əsas, 1654.15 (bir min altı yüz əlli dörd manat 15 qəpik) manat faiz borcu, cəmi 91627.44 {doxsan bir min altı yüz iyirmi yeddi manat 44 qəpik) manat kredit borcu mövcuddur. Müqavilə üzrə öhdəliklər razılaşdınlmış qaydada icra edilmədiyi üçün Cavabdeh hesablanmış kredit borcunun tələb edilməsi, ona məxsus ipoteka predmetinə tutma yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilərək açıq hərrac vasitəsilə satılması və boşaldılması zərurəti yaranmışdır. Cavabdehə göndərilmiş ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş xx.xx.2021-ci il tarixdə AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrı Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyatdan keçirilmişdir. İddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin nümayəndəsi iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli, 6118 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 82754.86 (səksən iki min yeddi yüz əlli dörd manat, səksən altı manat), faiz borcu üzrə 1896.52 (bir min səkkiz yüz doxsan altı manat, əlli iki manat) manat, cəmi 84651.38 (səksən dörd min altı yüz əlli bir manat, otuz səkkiz manat) kredit borcunun, iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, 0,40 (sıftr manat 40 qəpik) manat bank xidmət haqqının, həmçinin, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun, 0.65 (sıfır manat 65 qəpik) manat bank xidmət haqqının, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 30 (otuz) manat xidmət haqqının və 0.77 (sıfır manat 77 qəpik) manat bank xidmət haqqının tutulması, tutmanın Bakı şəhəri, Xətai rayonu, məhəllə 2934, Sadıqcan küçəsi, ev 2A, mənzil 15 ünvanında yerləşən ümumi sahəsi 222,8 kv.m olan 5 otaqlı mənzilə (yüklülük çıxarışı; Seriya RX, № 0608944, qeydiyyat nömrəsi; **********, qeydiyyat tarixi: xx.xx.2015) yönəldilməsi və Cavabdeh qeyd olunan ipoteka predmetindən istifadə hüququna xitam verilməsi, ipoteka predmeti olan mənzilin boşaldılması və ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetinin satışından ətdə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin Cavabdeh tutularaq iddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASC-yə ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı “Azərbaycan Beynəlxalq Bankı* ASC-nin nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli, 6118 saylı kredit müqaviləsi üzrə 82754,86 manat əsas, 11937,45 manat faiz borcu olmaqla, cəmi 94692,31 manat kredit borcunun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının, həmçinin, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumunun, 0,65 manat bank xidmət haqqının, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 30 manat xidmət haqqının və 0,77 manat bank xidmət haqqının tutulması, tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, məhəllə 2934, Sadıqcan küçəsi, ev 2A, mənzil 15 ünvanında yerləşən ümumi sahəsi 222.8 kv.m olan 5 otaqlı mənzilə (Seriya RX, № 0608944, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2015) yönəldilməsi, ipoteka predmetinə ilkin satış qiyməti müəyyən edilməklə, onun açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, həmçinin mənzil satıldıqdan sonra Cavabdeh mənzilə dair istifadə hüquqlarına xitam verilməsi, mənzilin ən geci bir ay ərzində ailə üzvləri ilə birlikdə tərk etməsi, əks təqdirdə mənzildən məcburi qaydada çıxarılmaları, mənzilin boşaldılaraq təhvil verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdeh X1 ümumi qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili iddianı qismən qəbul etdiyini bildirirərək, qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Cavabdeh) ilə "xxxx" ASC arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 6118 nömrəli “Kredit müqaviləsi”-nə əsasən bank borcluya 170430 manat məbləğində kredit xətti illik 12 faizlə 120 ay müddətinə mülkiyyətinə verir, borcalan isə həmin kreditdən şəxsi istifadə məqsədi ilə istifadə etməyi və onu xx.xx.2024-cü il tarixinədək faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan Cavabdeh (borcalan) ilə "xxxx" ASC arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, 031/15 nömrəli “İpoteka müqaviləsi”-nə əsasən Cavabdeh məxsus olan Bakı şəhəri, Xətai rayonu, məhəllə 2934, Sadıqcan küçəsi, ev 2A, mənzil 15 ünvanında yerləşən ümumi sahəsi 222.8 kv.m olan 5 otaqlı mənzil ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 222.8 kv.m olan 5 otaqlı mənzil Cavabdeh mülkiyyətindədir və "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2021-ci il tarixə banka əsas borcu məbləği 89973,29 manat, faiz borcu 1654,15 manat, cəmi borc 91627,44 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2022-ci il tarixə banka əsas borcu məbləği 82754,86 manat, faiz borcu 11937,45 manat, cəmi borc 94692,31 manat təşkil edir. "xxxx" ASC cavabdehə kredit borcunun ödənilməsi tələbi ilə bağlı xəbərdarlıq məktubu göndərmişdir. İşin materiallarından görünür ki, "xxxx" ASC Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildiriş göndərmiş, həmin ərizə Reyestr Xidmətində qeydə alınmışdır. "xxxx" MMC-nin qiymətləndirmə rəyinə əsasən Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, məhəllə 2934, Sadıqcan küçəsi, ev 2A, mənzil 15 ünvanında yerləşən ümumi sahəsi 222.8 kv.m olan 5 otaqlı mənzilin xx.xx.2021-ci il tarixə olan bazar dəyəri 320.000 manat, likvid dəyəri isə 272.000 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 9/2743 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixə əsas borc üzrə 89973,29, faiz borcu üzrə 1584,58 manat, xx.xx.2022-ci il tarixə əsas borc üzrə 82754,86 manat, faiz borcu üzrə 7399,12 manat məbləğində müəyyən olunur. Qeyd edilən ekspertizanın dəyəri 200 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli Plenumunun qərarında göstərilir ki, alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehə borcunu ödəməsini xatırlatmasına baxmayaraq cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin 30 manat dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının, həmçinin, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun, 0.65 manat bank xidmət haqqının, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 30 manat xidmət haqqının və 0.77 manat bank xidmət haqqının tutulması cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddia üzrə cavabdeh bank qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehlərə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə tələbin ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsi və ipotekanın açıq hərracdan satılması və borcun ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin redaksiyasına əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının vaxtında icra edilməməsi; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin banka olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu bank qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş sözügedən mənzilə yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş sözügedən mənzilə yönəldilməsi ipoteka ilə yüklü edilmiş mənzilin açıq hərracdan satışı yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olsa belə, iddiaçı tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi tələbi ilə müraciət edildiyindən, bununla da ipoteka predmetinin ilkin satış qiyməti mübahisələndirildiyindən ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyləri əsasında məhkəmə tərəfindən Bakı şəhəri, Xətai rayonu, məhəllə 2934, Sadıqcan küçəsi, ev 2A, mənzil 15 ünvanında yerləşən ümumi sahəsi 222.8 kv.m olan 5 otaqlı mənzilin ilkin satış qiyməti 272000 (üç yüz iyirmi min) manat məbləğində müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iddianın Cavabdeh məxsus olan Bakı şəhəri, Xətai rayonu, məhəllə 2934, Sadıqcan küçəsi, ev 2A, mənzil 15 ünvanında yerləşən ümumi sahəsi 222.8 kv.m olan 5 otaqlı mənzilə tutma yönəldikdə və onlar satıldıqdan 1 ay sonra Cavabdeh və digər şəxslərin həmin mənzillərə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh və digər şəxslərin həmin mənzillərdən çıxarılmaları, həmin mənzillərin boşaldılması hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia həmin hissədə rədd edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Göründüyü kimi, mübahisəli əmlak(lar)ı ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin həmin mənzili tərk etmək öhdəliyi ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqa əmələ gəlir. Bundan sonra mübahisəli əmlak(lar) ipotela qoyanın mülkiyyətindən çıxaraq əmlakı əldə edən şəxsin mülkiyyətinə daxil olur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzilin mülkiyyətçisi olmadığı halda həmin mənzildə qeydiyyatda olan şəxslərin istifadə hüququnun itirilmiş hesab edilməsi və onların mənzildən çıxaraq, həmin mənzili Banka təhvil verilməsini tələb etmək hüququ yoxdur. Odur ki, ilkin iddia bu hissədə əsassız hesab edilərək rədd edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər – ekspertiza tədqiqatının dəyəri də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh və "xxxx" ASC arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 6118 nömrəli Kredit müqaviləsi” üzrə 82754,86 (səksən iki min yeddi yüz əlli dörd manat, səksən altı qəpik) manat əsas borc, 11937,45 (on bir min doqquz yüz otuz yeddi manat, qırx beş qəpik ) manat faiz borcu, ümumilikdə 94692,31 (doxsan dörd min altı yüz doxsan iki manat, otuz bir qəpik) manat məbləğində borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, 0,40 manat bank xidmət haqqının, həmçinin, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu, 0,65 manat bank xidmət haqqı, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 30 manat xidmət haqqı və 0,77 manat bank xidmət haqqı Cavabdeh alınaraq "xxxx" ASC-yə ödənilsin. Tələb Cavabdeh məxsus olan Bakı şəhəri, Xətai rayonu, məhəllə 2934, Sadıqcan küçəsi, ev 2A, mənzil 15 ünvanında yerləşən ümumi sahəsi 222.8 kv.m olan 5 otaqlı mənzilə yönəldilsin. Bakı şəhəri, Xətai rayonu, məhəllə 2934, Sadıqcan küçəsi, ev 2A, mənzil 15 ünvanında yerləşən ümumi sahəsi 222.8 kv.m olan 5 otaqlı mənziln ilkin satış qiyməti 272000 (iki yüz yetmiş iki min manat) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılsın. Mənzillərin satılmasından əldə edilən vəsaitdən 82754,86 (səksən iki min yeddi yüz əlli dörd manat, səksən altı qəpik) manat əsas borc, 11937,45 (on bir min doqquz yüz otuz yeddi manat, qırx beş qəpik ) manat faiz borcu, ümumilikdə 94692,31 (doxsan dörd min altı yüz doxsan iki manat, otuz bir qəpik) manat məbləğində borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, 0,40 manat bank xidmət haqqının, həmçinin, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu, 0,65 manat bank xidmət haqqı, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 30 (otuz) manat xidmət haqqı və 0,77 manat bank xidmət haqqı "xxxx" ASC-yə ödənilsin. Satışdan əldə olunmuş pul vəsaiti artıq olduqda qalan pul vəsaiti Cavabdeh qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri dəyəri olaraq 200 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar