Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1231/2022 17.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçilər Ərizəçi və İsmayılova Gülmirə Sahib qızının iştirakları ilə, Ərizəçilər Ərizəçi və İsmayılova Gülmirə Sahib qızının “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, onun qardaşı 04 sentyabr 1970-ci il təvəllüdlü X4 18 dekabr 2021-ci il tarixdə X1 Xidmətin avtomaşınında dünyasını dəyişmiş, ürək tutmasından vəfat etməsi diaqnozu qoyulmuşdur. Mərhum qardaşının ölüm haqqında şəhadətnaməsini almağa vaxtı olmamışdır. Qardaşının vəfatı ilə əlaqədar Səhiyyə Nazirliyinin 103 xidmətinə müraciət etmişlər və onlar bu barədə arayış vermişlər. Bu səbəbdən də Maraqlı şəxs ölüm haqqında şəhadətnamə verməkdən imtina məktubu vermişdir və məhkəmə qaydasında ölüm faktının müəyyən edilməsini onlara tövsiyyə etmişdir. Ərizəçi göstərilənləri nəzərə alaraq, mərhum qardaşı 04 sentyabr 1970-ci il təvəllüdlü X3 18 dekabr 2021-ci il tarixdə Bakı şəhərində ölməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etməklə yanaşı, ərizənin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ərizəsində göstərmişdir ki, qardaşı X3 həyat yoldaşı İsmayılova Gülmirə Sahib qızının sosial yardım əldə etmək hüququnun həyata keçirilməsi üçün lazımdır. Göstərilənləri nəzərə alaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İsmayılova Gülmirə Sahib qızı məhkəməyə ərizə ilə müraciət edərək, ərizəçi kimi işə qoşulmasını və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi İsmayılova Gülmirə Sahib qızı 04 sentyabr 1970-ci il təvəllüdlü X3 18 dekabr 2021-ci il tarixdə Bakı şəhərində ölməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məktubla məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, ərizəçilərin izahatlarına və iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazimi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Təcili və X2 Stansiyasının 12 saylı bölməsi tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2021-ci il tarixdə saat 23:45-də ölümün ilkin səbəbi “kəskin miokard infarktı” olmaqla həkim yanında ölüm müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 28 dekabr 2021-ci il tarixli məktubdan görünür ki, X3 ölümünün qeydə alınması ilə bağlı şöbəyə ünvanlanmış müraciətə baxılmış və bildirilmişdir ki, ölüm faktını təsdiq edən həkim şəhadətnaməsinnin olmaması nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. Bu səbəbdən də, məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, 04 sentyabr 1970-ci il təvəllüdlü X3 18 dekabr 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsini (ölümün ilkin səbəbi kəskin miokard infarktı olmaqla) təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçilər düzgün olaraq məhkəməyə müraciət etmişdir və X3 ölüm faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 1970-ci il təvəllüdlü X3 18 dekabr 2021-ci il tarixdə Bakı şəhərində Bakı şəhərində kəskin miokard infarktı səbəbilə vəfat etməsi faktı müəyyən edilsin. X3 adına ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1231/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1231/2022
17.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver