Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1240/2022 16.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona qaytarılmalı olan 10000 manat verdiyi pulu, 10 aydan çoxdur ki, 1000 manat olmaqla 10000 manat əldə olan gəlirin, ona vurduğu mənəvi ziyana görə 2000 manatın və X3 hesabına ödədiyi 300 manat pul vəsaitinin, ümumilikdə 22300 manat məbləğində pulun ödənilməsi və məhkəmə ödənilmiş dövlət rüsumunun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, qaynı X1 onu tanışı Cavabdeh ilə 2020-ci il tarixdə tanış edərək, iş qurmaq barəsində təklif etmişdir, cavabdeh ona bildirmişdir ki, hərəyə 3000 manat pul qoymaq şərti ilə xarici ölkədən avtomaşın ehtiyyat hissələri gətiriləcəkdir, bu işdən hər ay hərəyə ayda gəlir olaraq, 300 manat pul qalacaqdır, bütün bu işlərin aparılmasını o, öz üzərinə götürmüşdür, gəlirli bir iş olduğunu düşünərək, cavabdehə 2020-ci ilin noyabr ayında onun Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsində-yaşadığı evinin qarşısında ona 3000 manat məbləğində pulu vermiş, iki ay müddətində cavabdeh ona aya 300 manat məbləğində pul verərək, cəmi 600 manat ödəniş etmişdir, 2021-ci ilin fevral ayında cavabdeh ona biznesin yaxşılaşdırılması məqsədi ilə hərəyə əlavə olaraq, 7000 manat qoymaqla ayda hər birinin 1000 manat qazancının olacağını bildirmişdi buna görə bir neçə gün sonra 7000 pul toplayaraq, cavabdehin yaşadığı Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsi evinin qarşısında görüşərək, pulu ona təhvil vermişdir, cavabdehə ümumilikdə 10 000 manat məbləğində pul vermişdir, 2021-ci ilin mart ayından başlayaraq, cavabdeh ona hər ay 1000 manat məbləğində qazanc verməli idi, lakin o, müxtəlif bəhanələr gətirərək, qazanc pulunu verməmişdir, 2021-ci ilin may ayında iddiaçı anlamışdır ki, cavabdeh onu aldadıbmış, dəfələrlə cavabdehdən ödədiyi pulun qaytarılmasını tələb etsə də, onu aldadaraq pulun qaytarılmasından yayınmışdır, iddiaçı da DİN-nin 102 xidmətinə bu barədə öz şikayətini etmiş, şikayət əsasında Xətai RPİ-nin 34-cü PŞ-yə çağırılmışdır, şöbədə 19.07.2021-ci il tarixdə ərizə yazaraq, öz izahatını vermişdir, yazdığı ərizə əsasında cavabdeh 34-cü PŞ-yə dəvət edilmiş və ondan izahat alınmışdır, cavabdeh öz izahatında iddiaçıdan aldığı pul vəsaitini etiraf etmişdir, lakin, Xətai RPİ-nin 34-cü PŞ-nin 19 iyul 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir, qərarda göstərilmişdir ki, müraciət əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi yoxdur və yarana biləcək mübahisə ilə bağlı aidiyyəti üzrə MPM-nin 25-ci maddəsinə uyğun olaraq məhkəməyə müraciət etməyi məqsədə müvafiq hesab edilmiş və qərarın təsviri hissəsində göstərilənlərə əsasən müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir, cavabdeh 10000 manat borcdan 1350 manat ödəniş etmişdir. İddiaçı həmçinin bildirdi ki, cavabdeh ona 10 aydan çoxdur ki, 1000 manat olmaqla, cəmi 10 000 manat əldə olan gəlirdən pul ödəməli idi, onda vurduğu mənəvi ziyana görə 2000 manat, “X3” MMC-nin xidmət göstərilməsinə dair müqaviləsi üzrə cəmiyyətin hesabına ödədiyi 300 manat pul vəsaitini tələb edir. Sonda İddiaçı qeyd etdiklərinin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin İddiaçı 16.03.2022-ci il tarixli məhkəmə iclasında məhkəməyə yazılı ərizə təqdim edərək, tələb etdiyi 10000 manat puldan 1350 manat ona ödəniş edildiyini, hal – hazırda cavabdehin ona olan borcu 8650 manat təşkil etdiyini bildirmiş, qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. 25.02.2022-ci il tarixli məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, iddiaçını Nizami adlı dostu vasitəsi ilə 10 ildir tanıyır, Nizami iddiaçının qaynıdır, bir il iddiaçı ilə iş görmüşdür, iddiaçıdan 10 min manat məbləğində pulu 2 dəfəyə almışdır, birinci dəfə 18.11.2020-ci il tarixdə 3000, ikinci dəfə isə 23.02.2021-ci il tarixdə 7000 manat, aldığı puldan 3 ay 300 manatdan olmaqla ödəniş etmişdir, iddiaçı o pulu ona faiz almaq məqsədi ilə verməmişdir, cavabdeh iş görmək məqsədi ilə pulu alsa da digər iş görüyü adam ona pul vermədiyindən o da pulu Rasimə verə bilməmişdir, ayrı-ayrı vaxtlarda puldan 200-150-100 manat qaytarmışdır, pul olduqca ödənişləri eləyəcəkdir, lakin iddiaçıdan pulu alanda müddət məsələsi müzakirə olunmamışdır. Cavabdeh 16.03.2022-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki iş materiallarında olan İddiaçı tərəfindən Xətai RPİ 34-cü PŞ-nə ünvanlanmış ərizənin surətindən görünür ki, İddiaçı 23.02.2021-ci il tarixdə Cavabdeh xarici ölkədən avtomaşın ehtiyyat hissələri gətirməsi və onunla bu barədə iş qurması məqsədi ilə Xətai rayonu Kənd Əhmədli qəsəbəsi onun yaşadığı evin qarşısından ümumilikdə 10000 manat məbləğində pul vermişdir, lakin Emin vədinə əməl etməyərək pulunu qaytarmamışdır, bu barədə qanuni tədbir görülməsinə göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 19.07.2021-ci il tarixli Qərar ilə vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 02.12.2021-ci il tarixli xidmət göstərilməsinə dair müqavilədən görünür ki, İddiaçı və “X3” arasında borc pul tələbinə dair iddia ərizəsi və hüquqi işlərin görülməsinə dair müqavilə bağlanmışdır. İş materiallarında olan 03.12.2021-ci il tarixli BPM**********07 №-li mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən Suraxanı Hüquq MMC-yə hüquqi xidmətə görə 300 manat ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh müxtəlif vaxtlarda cəmi 10000 manat məbləğində pulu borc olaraq vermişdir, həmin borcdan 1350 manat cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmışdır, hazırda tərəflər arasında mübahisə geriyə qalmış borcun qaytarılması ilə bağlıdır, Xətai Rayon Polis İdarəsi 34-cü Polis Şöbəsinin 19.07.2021-ci il tarixli qərarı ilə İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması əməldə cinayət tərkibi olmadığından rədd edilmişdir, iddiaçı borcunu dəfələrlə cavabdehdən tələb etmişdir, cavabdeh iddiaçıdan 10.000 manat (3000+7000) pul aldığını qəbul edir. Bununla belə, cavabdehin borc öhdəliklərini istisna edən, habelə 8650 manat borc məbləğinin iddiaçıya qaytarılmasını təsdiq edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinin “cavabdehdən 8650 manat pul məbləğinin alınması” hissəsinə münasibətdə qeyd edir ki, cavabdehin iddiaçıdan 10000 manat borc alması, həmin məbləği borc verənə qaytarmağı öhdəsinə götürməsi, lakin öhdəliklərini lazımi qaydada yerinə yetirməməklə iddiaçıya 8650 manat məbləğində borcunun qalması iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməsinə hüquqi əsas yaratmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır və buna görə də təmin edilməlidir. Məhkəmə, iddia tələbinin “10000 manat əldə olan gəlirin və 2000 manat mənəvi zərər ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, bu iddiaçının sübutetmə yükü ilə bağlıdır, iddiaçı bu hallara dair sübutetmə vəzifəsi daşıyır, lakin o, bu hallara dair sübutları məhkəməyə təqdim etməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki. iddia tələbi həmin hissədə əsaslı deyildir və buna görə də təmin oluna bilməz. Məhkəmə, iddia tələbinin “vəkilə ödənilmiş 300 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş pulun əvəzi ağlabatan həddə müəyyən olunmalı, bu zaman iddia tələbinin qiyməti nəzərə alınmaldır. Belə olan halda məhkəmə, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 300 manat pul məbləğini, iddia tələbinə mütənasib hesab etməməklə və həmin hissədə iddia tələbinin təmin olunmasını mümkün saymır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 433.3-cü maddəsinə əsasən öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03.11.2008-ci il tarixli 7 saylı Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası MM-nin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarda daha sonra qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Beləliklə, məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 8650 manat borc alınaraq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi qismən təmin edildiyindən və cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu iddianın təmin edilmiş hissəsində (8650 manat) cavabdehə aid edilməli, dövlət rüsumuna görə ödənilmiş 107 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 8650 (səkkiz min altı yüz əlli) manat məbləğində borc pul və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 107 (yüz yeddi) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində BakışəhəriXətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-1240/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1240/2022
16.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver