Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1248/2024 24.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi, ərizəçinin nümayəndəsi X1 iştirakı ilə Ərizəçi 6 saylı Bakı ASAN Xİdmət X6 maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçinin tələbi və dəlilləri Ərizəçi 05 aprel 1944-cü il təvəllüdlü X2 20 noyabr 2023-cü il tarixində Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin mərhum anası 05 aprel 1944-cü il təvəllüdlü X7 20 noyabr 2023-cü il tarixində qəflətən vəfat etmişdir. Son 3 ay idi ki yataq xəstəsi idi. 20 noyabr 2023-cü il tarixində Zığ qəsəbəsi, Dədə Qorqud qəbiristanlığında dəfn edilmişdir. Ölüm haqqında şəhadətnamə alınması üçün Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün mərhum anamın adına ölüm haqqında şəhadətnamə verilmədi. Bununla yanaşı, ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün poliklinikada dəfələrlə müraciət etməyinə baxmayaraq ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Faktiki olaraq ərizəçinin anasının vəfat etməyinə baxmayaraq, onun ölümü müvafiq dövlət orqanı tərəfindən təsdiq edilməmiş qalmaqdadır. Ərizəçinin nümayəndəsi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxsin ərizəyə dair münasibəti Maraqlı şəxs 6 saylı Bakı ASAN Xİdmət X10 məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılsa da, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları İş materiallarında olan AZE seriyalı 01073406 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1944-cü il tarixində Rusiya Federasiyasının Komi Respublikasında andan olmuşdur. İş materiallarında olan İİ-НP seriyalı 509450 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1969-ci il tarixində doğulmuş, anası X3. İş materiallarında olan Bakı şəhəri Təcili və X11 Stansiyasının xx.xx.2023-cü il tarixli “Ölüm haqqında Xəbərdarlıq Vərəqəsi”ndən görünür ki, 7 saylı bölmənin təcili tibbi yardım briqadası tərəfindən xx.xx.2023-cü il tarixində X2 meyiti aşkar edilmişdir. İş materiallarında olan 06 nömrəli Şəhər Polikklinikasının xx.xx.2023-cü il tarixli 242 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmuş xx.xx.1944-cü il təvəllüdlü X7 6 nömrəli şəhər poliklinikasına xəstəliklə əlaqədar heç bir müraciəti olmaması səbəbindən məhruma ölüm haqqında sənəd verilə bilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı ASAN Xİdmət X4 xx.xx.2023cü il tarixli 3-16-5/7-15-2165/2023 nömrəli məktubundan görünür ki, şöbə tərəfindən X2 ölümünün qeydiyyata alınması barədə xx.xx.2023-cü il tarixli ərizəsinə cavabdeh olaraq bildirilmişdir ki, ölümün təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyildir. Bakı şəhəri Suraxanı rayonu Bələdiyyəsinin 24 noyabr 2023-cu il tarixli 451 nömrəli arayışından görünür ki, X7 20 noyabr 2023-cü il tarixində vəfat etmiş, Zığ qəsəbəsi Dədə Qorqud qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında qeyd etmişdir ki, o, ərizəçinin 45 ildir ki qonşusudur. Mərhum X7 əvvəl yaxşı idi, sonradan xəstələndi, yaddaşı itdi. O, axır vaxtlar yatalaq xəstə idi. O, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 27 ünvanında vəfat etmişdir, vəfat edəndə də birinci qonşular gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 verdiyi izahatında qeyd etmişdir ki, o, Ərizəçi qonşusudur. O, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 27 ünvanında yaşayır. O, X5 idi tanıyırdı. O, uzun müddət yataq xəstəsi idi, tərpənə bilmirdi. Mərhum evdə vəfat edib və Dədə Qorqud qəbiristanlığında dəfn edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin mövqeyi Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək üzrə belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X2 xx.xx.2023cü il tarixində ölməsi tam sübuta yetirilmişdir. Digər tərəfdən ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə ölümü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi ərizəçinin izahatı ilə və işin digər mötəbər sübutlar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1944-cü il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1248/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1248/2024
24.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver