Məhkəmə qərarları › İş №2(011)-1303/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1303/2022

07.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1303/2022 07.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək, atası, 01.07.1929-cu il təvəllüdlü X2 28.10.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, 01.07.1929-cu il təvəllüdlü atası X4 uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Evə çağırılmış Təcili və təxirəsalınmaz X3 ölüm haqqında Xəbərdarlıq vərəqəsində qeyd olunmuşdur ki, ünvan 1 ünvanında 28.10.2021 -ci il tarixdə saat 00:37-də X2 meyiti aşkarlanmışdır. Ərazi üzrə poliklinikaya tibbi şəhadətnamənin alınması üçün müraciət edilmiş, lakin almaq mümkün olmamışdır. Tibbi şəhadətnamənin olmaması səbəbindən 6 saylı “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsi ölüm faktını qeydə alınmasından imtina etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 və X5 ifadələrində ərizəçinin atası X2 28.10.2021-ci il tarixdə vəfat etdiyini və Ramana qəbiristanlığında dəfn olunduğunu, özlərinin də dəfn mərasimində iştirak etdiklərini göstərdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq da maraqlı şəxs Xətai rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən olunmuş hallar aşağıdakılardan ibarət olmuşdur: Bakı şəhəri Təcili və X1 28.10.2021-ci il tarixli ölüm haqqında Xəbərdarlıq vərəqəsindən göründüyü kimi, 28.10.2021-ci il tarixdə saat 00:37 radələrində X2 adına ünvan 2 ünvanına təcili tibbi yardım stansiyasına çağırış verilmiş, xəstənin yanına həkim briqadası gedəndə evdə kişi cinsli meyid aşkar olunmuşdur. İş materiallarında olan Ramana bələdiyyəsinin 09.12.2021-ci il tarixli arayışından göründüyü kimi, X4 28.10.2021-ci ildə vəfat etmişdir və Ramana qəbristanlığında dəfn olunmuşdur. Bakı şəhər 7 nömrəli Şəhər poliklinikasının 27.11.2021-ci il tarixli arayışından göründüyü kimi, 1929-cü il təvəllüdlü X4 28.10.2021 -ci il tarixdə vəfat etmişdir. Ərizəçi atasının ölüm arayışının verilməsi məqsədilə 7 nömrəli şəhər poliklinikasına müraciət etmiş, lakin mərhum X4 7 nömrəli şəhər poliklinikasına hər hansı bir xəstəliklə bağlı müraciət etmədiyindən və ambulator kartası olmadığından ölüm haqqında tibbi şəhadətnamə (Forma N106) verilməsi mümkün olmamışdır. Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsinin 04.12.2021-ci il tarixli, 05/Q-560/15 saylı məktubundan görünür ki, Ərizəçi atası X2 ölümünün qeydiyyata alınması barədə müraciət etmiş, ölüm haqqında tibbi şəhadətnamənin olmamasına görə ərizənin təmin edilməsinin mümkün olmaması və bu məsələ ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8.-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, Ərizəçi atası X2 28.10.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı sübuta yetirilir. Ona görə də, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 307-311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01.07.1929-cu il təvəllüdlü X2 28.10.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar