Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1408/2023 10.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzi olmaqla, “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X1 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirdi ki, X4 anasıdır, o pasport qeydiyyatında olmaqla, onunla birlikdə Bakı şəhəri Xətai rayonu, Murad Əmirxanov küçəsi 18 saylı evin 9 saylı mənzilində yaşamışdır, anası xx.xx.2023-cü il tarixdə özünü pis hiss etdiyi üçün evə təcili tibbi yardım çağırmışdırlar, günorta saatlarında təcili yardım həkimləri evə gəlmiş, anasını müayinə etmişdirlər, lakin anası xx.xx.2023-cü il tarixdə səhər saatlarında yenidən özünü pis hiss etdiyindən təcili tibbi yardım çağırmışdırlar, saat 04:35-də təcili yardım həkimləri mənzilə gəlmiş, lakin həkimlər gələnə qədər anası yaşadıqları mənzildə dünyasını dəyişmişdir, səhər saatlarında vəfat etdiyindən anasını elə həmin gün Şamaxı rayonu, 6-cı sovxoza aparmışdırlar, qohumları, yaxınları, tanışlarının iştirakı ilə 6-cı sovxozun qəbirstanlığında dəfn etmişdirlər, dəfn mərasimi ilə məşğul olduqlarından həkimə vaxtında müraciət edə bilməmişdirlər, daha sonra qeydiyyat şöbəsinə müraciət etmiş, lakin şəhadətnamə ala bilməmişdirlər, ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Sonda Ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzinə məlumat verilsə də, o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında xx.xx.1966-cı il təvəllüdlü X7 şahid qismində ifadə verərək bildirmişdir ki, Əşrəfi – yəni ərizəçini tanıyır, onun anasını da tanıyır, ərizəçinin ailəsi Türkmənistanda yaşamış, daha sonra buraya köçümşdür, dəfələrlə evlərində olmuşdur, onların evində bir yerdə çörək kəsmiş, yemək yemişdirlər, mərhumu Şamaxı rayonunun Şəhriyar qəsəbəsində yerləşən “Yeddi Günbəz” qəbirstanlığında dəfn etmişdirlər, Şamaxıdan 3 nəfər gəlmişdirlər, onların xalasıgilə qonşudurlar, ərizəçinin xalası Şamaxıda müəllimədir, dəfndə iştirak etmişdir, fevral ayının 9-u “qırx” mərasimi olmuşdur. xx.xx.1968-ci il təvəllüdlü X5 şahid qismində ifadə verərək bildirmişdir ki, Əşrəfi – yəni ərizəçini tanıyır, xalası onlarla qonşudur, anasını isə tanımamış, 1-2 dəfə görmüşdür, ərizəçinin anası yanvar ayının əvvəlində vəfat etmiş, yanvarın 2-si onu Şamaxı rayonunun Şəhriyar qəsəbəsində yerləşən “Yeddi Günbəz” qəbirstanlığında dəfn etmişdirlər, dəfndə Əşrəfin özü, bacısı da olmuşdur, dəfndə iştirak etmişdir. Məhkəmə iclasında xx.xx.1970-ci il təvəllüdlü X9 şahid qismində ifadə verərək bildirmişdir ki, ərizəçini tanıyır, Şamaxıda onlarla qonşudurlar, ərizəçinin anasını tanıyır, o, Bakı şəhərində rəhmətə getmişdir, bunu sonradan eşitmişdirlər, mərhumu Şamaxı rayonunda, “Yeddi günbəz” qəbirstanlığında dəfn etmişdirlər, dəfndə iştirak etmişdir, xalası ilə qapı qonşusudurlar, o məktəbdə müəllimə işləyir. İş materiallarında olan AZE seriyalı 09078095 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1936-cı ildə Şamaxı şəhərində anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri Təcili və X3 Stansiyasının 6 saylı bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “Arayış”dan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 16:53-də ünvan 1 ünvanına X1 adına gələn həkim A.Hümbətova vətəndaşlara məsləhət vermiş, onlar hospitalizasiyadan imtina etmişdirlər. İş materiallarında olan Bakı şəhəri Təcili və X3 Stansiyasının 6 saylı bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “Arayış”dan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 04:35-də ünvan 2 ünvanına X1 adına gələn həkim Abdullayeva xəstəyə həkiməqədər ölüm diaqnozu qoymuş və qadın cinsli meyid aşkar etmişdir. İş materiallarında olan 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 03 №-li məktubdan görünür ki, xx.xx.1936-cı il təvəllüdlü xx.xx.2023cü il tarixdə vəfat edən X4 32 saylı BŞX-da heç bir xəstəliklə qeydiyyatda olmadığına göə tibbi kartası yoxdur, bu səbəblə diaqnoz qoyula bilmədiyi üçün heç bir əsasla ölüm haqqında tibbi şəhadətnamə yazıla bilmir. İş materiallarında olan AZ-İİ seriyalı 519842 №-li Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi, xx.xx.1964-cü il tarixdə Şamaxı rayonunda anadan olmuşdur, onun atası X6, anası X2r. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 6 saylı Bakı ASAN Xidmət Mərkəzində Qeydiyyat Şöbəsinin 05 yanvar 2023-cü il tarixli, 05/Q-25/15 saylı məktubundan görünür ki, ölümü təsdiq edən sənədin olmaması səbəbindən ölümün qeydə alınması həmin şöbə tərəfindən mümkün olmadığı bildirilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan Şamaxı rayonu Şəhriyar Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “Arayış”dan görünür ki, X4 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir, həmin gün Şamaxı rayonunun Şəhriyar qəsəbəsində yerləşən “Yeddi Günbəz” qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Qəbzdən görünür ki, Ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, xx.xx.1936-cı il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixində Bakı şəhəri Xətai rayonu, Murad Əmirxanov küçəsi 18 saylı evin 9 saylı mənzilində vəfat etmiş, Şamaxı rayonunun Şəhriyar qəsəbəsində yerləşən “Yeddi Günbəz” qəbirstanlığında dəfn olunmuşdur, ərizəçi mərhumun oğludur, o ölüm faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alnmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, xx.xx.1936-cı il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixində Bakı şəhərində ev şəraitində ölüm faktı müəyyən edilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1936-cı il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixində Bakı şəhərində ev şəraitində ölüm faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-1408/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1408/2023
10.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver