Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1410/2021 10.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla, “ölümün faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, anası X3 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirdi ki, X6 onun anasıdır, o, xx.xx.1938-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, xx.xx.2020-ci tarixdə qəfil ölmüşdür, Ərizəçi anasının səhhətinin pisləşdiyini görüb X12 müraciət etsələr belə, anası Ş.X.Bayramova onlar gələnədək vəfat etmişdir, onu xx.xx.2020-ci il tarixdə Şəmkir rayonunun Atabəy kənd qəbiristanlığında dəfn etmişlər, onun mərhumun dəfn mərasiminə başı qarışdığına görə faktın təsdiq olunması üçün lazımi sənədləri vaxtında toplaya bilməmiş nəticə etibarilə Maraqlı şəxs ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir, hal-hazırda dəfn xərclərinin alınması üçün DSMF-yə müraciət etsə də, müvafiq qurum ölüm haqqında şəhadətnaməni tələb edir, o, isə ölüm haqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə ala bilmir. Sonda, Ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Ərizəçi xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə verərək, xx.xx.1938-ci il tarixdə doğulmuş X3 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Hövsan qəsəbəsi, Quşçuluq sovxozunda vəfat etməsi ilə əlaqədar ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məlumat verilsə də, o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında xx.xx.1959-cu il təvəllüdlü X7 şahid qismində ifadə verərək bildirmişdir ki, mərhum onun bacısıdır, o, xx.xx.2020 -ci il tarixdə Bakı şəhəri Hövsan qəsəbəsi, Quşçuluq sovxozunda vəfat etmişdir, bu barədə o məlumat aldıqdan dərhal sonra oraya gəlmişdir, sonu onu dəfn etmişlər, onun dəfnində iştirak etmişdir. Məhkəmə iclasında xx.xx.1965-ci il təvəllüdlü X2 şahid qismində ifadə verərək bildirmişdir ki, mərhum onun bacısıdır, mərhum, oğlu ilə birlikdə Bakı şəhəri Hövsan qəsəbəsi, Quşçuluq sovxozunda yaşayırdı, xx.xx.2020 -ci il tarixdə vəfat etmişdir, onun dəfn edilməsində də iştirak etmişdir. İş materiallarında olan Şəmkir rayon İcra hakimiyyəti başçısının Atabəy kənd inzibati ərazi idarəsi üzrə nümayəndəliyinin xx xxxxxx 2020-ci il tarixli, 132 nömrəli arayışına əsasən mərhum X1 rayonu Atabəy kəndində dəfn olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Bakı şəhəri Baş Səhiyyə İdarəsi 38 nömrəli şəhər Poliklinikasının xx.xx.2020-ci il tarixli 215 nömrəli məktubundan görünür ki, “Ölüm haqqında tibbi şəhadətnamə”-in verilməsi qaydasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2015-ci il tarixli 52 nömrəli əmrinə əsasən ünvan 1 ünvanında qeydiyyatda olmuş, Bakı şəhəri, Hövsan Quşçuluq sovxozunda yaşamış xx.xx.1938-ci il təvəllüdlü X4 ölüm haqqında sənəd verilə bilmir. İş materiallarında olan Bakı şəhəri Təcili və X5 Stansiyasının 11 saylı bölməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 806 nömrəli arayışın surətindən görünür ki, həqiqətən də xx.xx.2020-ci il tarixdə, saat 15:35-də Bakı şəhəri Hövsan qəsəbəsi, Quşçuluq sovxozu ünvanına çağırış üzrə gedən 11 saylı bölmənin həkimi S.Məmmədova həkimə qədər ölüm diaqnozu qoymuş və qadın cinsli meyid aşkar etmişdir. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, xx.xx.1938-ci il təvəllüdlü Ərizəçi mərhum X3 oğludur, sonuncu xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Hövsan qəsəbəsi, Quşçuluq sovxozunda vəfat etmişdir, ərizəçi mərhumun ölüm faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alnmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, xx.xx.1938-ci il təvəllüdlü X3 xx.xx.2020-ci il tarixi Bakı şəhəri Hövsan qəsəbəsi, Quşçuluq sovxozunda ölüm faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1938-ci il təvəllüdlü X3 xx.xx.2020-ci il tarixində Bakı şəhərində ölüm faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-1410/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1410/2021
10.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver