Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-148/2022 24.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı ASC-si cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, 2015-ci il 14 aprel tarixli Əsas kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “5 saylı” filialından 60 ay müddətinə 50000 manat və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində kredit limiti ayrılmışdır. 2015-ci il 14 aprel tarixli Əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 21 %-lə 24 ay müddətinə 25000 ABŞ dolları məbləğində kredit götürmüşdür. 16 may 2016-cı il tarixli Əlavə sazişə əsasən kreditin müddəti 16 may 2018-ci il tarixədək müəyyən edilir. Borcun təminatı olaraq, Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsində yerləşən 3 otaqlı 67.05 kv.m ümumi, 37.58 kv.m yaşayış, 29.47 kv.m yardımçı sahədən ibarət 42 saylı evin 27 saylı mənzili 2015-ci il 14 aprel tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il 14 aprel tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 10.2-ci bəndinə əsasən vaxtında ödənilməmiş faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilmiş gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin 0.5 faizi miqdarda cərimə hesablayıb borcludan tələb edir. 2021-ci ilin mayın 31-dək Cavabdeh1 2015-ci il 14 aprel tarixli kredit müqaviləsi üzrə banka 6072.59 ABŞ dolları faiz, 318.50 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 6391.09 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317, 442, 445.1, 445.2.1, 449.4 və 465.2-ci maddələri və “İpoteka haqqında Azərbaycan Respublikası” Qanunun 34.1.1 və 34.1.3-cü maddələri ilə əsaslandıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 14 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 6072.59 ABŞ dolları faiz, 318.50 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5(beş) faizlə hesablanmış 82.20 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 6473.29 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsində yerləşən 3 otaqlı 67.05 kv.m ümumi, 37.58 kv.m yaşayış, 29.47 kv.m yardımçı sahədən ibarət 42 saylı evin 27 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsində yerləşən 3 otaqlı 67.05 kv.m ümumi, 37.58 kv.m yaşayış, 29.47 kv.m yardımçı sahədən ibarət 42 saylı evin 27 saylı mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kiyafət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsində yerləşən 3 otaqlı 67.05 kv.m ümumi, 37.58 kv.m yaşayış, 29.47 kv.m yardımçı sahədən ibarət 42 saylı evin 27 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və digər şəxslərin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsində yerləşən 3 otaqlı 67.05 kv.m ümumi, 37.58 kv.m yaşayış, 29.47 kv.m yardımçı sahədən ibarət 42 saylı evin 27 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 və digər şəxslərin həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, onun təmin edilməsinə dair qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada dəfələrlə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin çıxışını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin “5 saylı” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ASC-si tərəfindən 60 ay müddətinə 50000 manat və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində kredit limiti ayrılmışdır. 2015-ci il 14 aprel tarixli Əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 21 %-lə 24 ay müddətinə 25000 ABŞ dolları məbləğində kredit verilmişdir. 16 may 2016-cı il tarixli Əlavə sazişə əsasən kreditin müddəti 16 may 2018-ci il tarixədək müəyyən edilmişdir. İş materialında olan İddiaçı ASC-nin “5 saylı” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsində yerləşən 3 otaqlı 67.05 kv.m ümumi, 37.58 kv.m yaşayış, 29.47 kv.m yardımçı sahədən ibarət 42 saylı evin 27 saylı mənzili bank qarşısında kreditin qaytarılmasını təmin etmək üçün ipoteka ilə yüklü edilmişdir və ipoteka ilə yüklü edilmiş əmlak 50000 manat məbləğində qiymətləndirilmişdir. İş materialında olan İddiaçı ASC-si tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə 6072.59 ABŞ dolları faiz, 318.50 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5(beş) faizlə hesablanmış 82.20 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 6473.29 ABŞ dolları borcu vardır. İş materiallarında olan İddiaçı ASC-si tərəfindən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış ərizədən görünür ki, ipoteka predmetinə tutumanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ərizə ipoteka qoyana göndərilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin cavabdehlərə ünvanladığı xəbərdarlığa əsasən məlum olur ki, bank, cavabdehlərə borcun ödənilməsini təklif etmiş, borc ödənilməsə qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görüləcəyi barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan "xxxx" MMC-si tərəfindən verilmiş 01 dekabr 2021-ci il tarixli hesabatdan görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsində yerləşən 3 otaqlı 67.05 kv.m ümumi, 37.58 kv.m yaşayış, 29.47 kv.m yardımçı sahədən ibarət 42 saylı evin 27 saylı mənzilinin likvid qiyməti 43000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.(maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir. (maddə 427.3) Əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. (maddə 429.1.3) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür.(maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.(maddə 448.1) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1) Özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. (maddə 449.4) Özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. (maddə 449.1) Əgər müqavilənin iştrakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonuna ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. (maddə 741) "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə uyğun olaraq, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi maddələrinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanunun 36.2.4-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası barədə məlumatlar əks olunmalıdır. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o, satıldıqda ipoteka qoyan və onun birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Həmin Qanunun 59.4-cü maddəsinin tələbinə görə isə nəzərdə tutulmuş 1 ay müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri ilə və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, Cavabdeh1 6072.59 ABŞ dolları faiz borcu, həmçinin gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 82.20 ABŞ dolları tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan hesablanmış əsas borc məbləğinin 10%-dək azaldılaraq cavabdehlərdən kredit müqaviləsi üzrə 32 ABŞ dolları məbləğində cərimə tutulmalıdır. Həmçinin tələb Cavabdeh2 məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsində yerləşən 3 otaqlı 67.05 kv.m ümumi, 37.58 kv.m yaşayış, 29.47 kv.m yardımçı sahədən ibarət 42 saylı evin 27 saylı mənzilinə yönəldilməli, həmin mənzil ilkin qiyməti (likvid dəyər) 43000 manat olmaqla açıq hərracda satılmalı və satışdan əldə olunacaq məbləğ cavabdehin İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilməlidir. Mənzil satıldıqdan sonra ipoteka qoyan Cavabdeh2 və digər şəxslər yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər mənzildən məcburi qaydada çıxarılmalı və mənzil boşaldılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 və digər şəxslərin mübahisəli mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və həmin mənzilin Banka təhvil verilməsi hissəsində təmin edilməməlidir. Belə ki, mülki qanunvericiliyə görə həmin tələbləri qaldırmaq hüququ mülkiyyətçiyə məxsus olan hüquq olduğundan, həmin mənzil hələ ki, bankın mülkiyyətində olmadığından, iddiaçının həmin tələbləri qaldırmaqla bağlı subyektiv hüququ mövcud deyil. Eyni zamanda qətnamə ilə tutulacaq məbləğ və ipoteka predmetinin satış qiyməti nəzərə alınaraq, məhkəmə hesab edir ki, iddia tələbi “satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kiyafət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi” hissəsində də təmin edilməməlidir. MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1 kredit müqaviləsi üzrə 6072.59 ABŞ dolları faiz borcu, 32 ABŞ dolları cərimə borcu, həmçinin gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 82.20 ABŞ dolları olmaqla, cəmi 6186.79 ABŞ dolları (Ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) İddiaçı ASC-nin xeyrinə tutulsun. Tələb Cavabdeh2 məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsində yerləşən 3 otaqlı 67.05 kv.m ümumi, 37.58 kv.m yaşayış, 29.47 kv.m yardımçı sahədən ibarət 42 saylı evin 27 saylı mənzilinə yönəldilsin. Həmin mənzil likvid qiyməti 43000 manat olmaqla açıq hərracdan satılsın, satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh1 İddiaçı ASC-yə olan borcu ödənilsin. İpotekaya qoyulmuş Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsində yerləşən 3 otaqlı 67.05 kv.m ümumi, 37.58 kv.m yaşayış, 29.47 kv.m yardımçı sahədən ibarət 42 saylı evin 27 saylı mənzilinə tutma yönəldikdən sonra əmlak satıldıqda ən geci 1 ay ərzində mənzildə qeydiyyatda olan Cavabdeh2 və digər şəxslər mənzildən çıxarılsınlar və həmin mənzil onlar tərəfindən boşaldılsın. İddia qalan hissələrdə, yəni “satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kiyafət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi” və “Cavabdeh2 və digər şəxslərin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və həmin mənzilin Banka təhvil verilməsi” hissələrində təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-148/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-148/2022
24.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver