Məhkəmə qərarları › İş №2(011)-1569/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1569/2024

19.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1569/2024 19.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi’’ barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi İddiaçı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1964-cü il təvəllüdlü atası X1 xx.xx.2023-cü il tarixdə ölməsi faktının müəyyən olunması barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin atası X3 xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında dünyasını dəyişmişdir. Belə ki, atası dünyasını dəyişmədən öncə, yəni vəziyyəti ağırlaşdıqda dərhal təcili yardım çağırılmış, xəstənin vəziyyəti barədə xəbər verilmişdir. Lakin təcili yardım gəldikdə atası dünyasım dəyişmişdi. Buna görə də Təcili və X6 Stansiyasının 21 saylı təcili yardım briqadası tərəfindən atası X1 xx.xx.2023-cü u tarixində ölməsinə dair ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. O, yaxın qohumları ilə birlikdə mərhum atası X2 xx.xx.2023-cü il tarixində Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn etmişdir. Onun dəfn mərasimindən sonra isə ölüm haqqında şəhadətnaməsinin alınması üçün aidiyyəti üzrə müvafiq orqanlara müraciət etmək qərarına gəlmişdir. Buna görə də “Bakı şəhər Baş Səhiyyə Mərkəzi’" X16 4 nömrəli şəhər poliklinikasına müraciət etsə də, xx.xx.2023-cü il tarixli, 219 saylı cavaba əsasən, mərhum atası X1 xəstəliklə əlaqədar 4 nömrəli: şəhər poliklinikasına müraciət etmədiyi və tibbi qeydiyyatı olmadığı üçün xx.xx.1964-cü il təvəllüdlü mərhum atası X1 ölümü haqqında sənəd (Forma 106) verilməsi mümkün olmamışdır. Bundan sonra, mərhum atası dünyasını dəyişdikdən sonra buna dair ölüm haqqında şəhadətnamənin verilməsi üçün 6 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat Şöbəsinə rəsmi ərizə ilə müraciət etdi. Lakin xx.xx.2023-cü il tarixli, 3-16-5/8- 18-2243/2023 saylı cavaba əsasən, qeydiyyat şöbəsi ona ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. İmtina məktubunda sözügedən ölüm haqqında şəhadətnamənin verilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Mərhum atası X1 ölüm haqqında şəhadətnaməsi olmadan qanunvericiliklə müəyyənləşdirilmiş bir sıra prosessual hərəkətlərin həyata keçirilməsi mümkün deyildir. Belə ki, sənədləşdirmə işləri aparılması zamanı, sözü gedən hüquqmüəyyənedici sənəd tələb edilir. Odur ki, yuxarıda qeyd olunanları əsas götürərək, ərizəçi xx.xx.2023-cü il tarixində atası X1 ölməsi faktının müəyyən edilməsi üçün ədalət mühakiməsini həyat keçirən məhkəməyə müraciət etmişdir. Ərizəçi İddiaçı məhkəmə iclasında ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs 6 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubda işə nümayəndənin iştirakı olmadan baxılması xahiş edilmişdir. İş üzrə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, ərizəçinin qonşusudur. O, ərizəçinin atası Kamandar Qurbanovun 21 noyabr 2023-cü ildə rəhmətə getdiyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, ərizəçinin qohumudur. O, ərizəçinin atası Kamandar Qurbanovun 21 noyabr 2023-cü ildə vəfat etdiyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, ərizəçinin qonşusudur. O, ərizəçinin atası Kamandar Qurbanovun 21 noyabr 2023-cü ildə vəfat etməsini bildirmişdir. O, dəfn mərasimində iştirak etmişdir. İş üzrə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, ərizəçinin qonşusudur. O, ərizəçinin atası Kamandar Qurbanovun 21 noyabr 2023-cü ildə vəfat etməsini bildirmişdir. O, dəfn mərasimində iştirak etmişdir. İş üzrə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, ərizəçinin qonşusudur. O, ərizəçinin atası Kamandar Qurbanovun 21 noyabr 2023-cü ildə vəfat etməsini bildirmişdir. O, dəfndə iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini və iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan “6 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış 08 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X17 “Bakı şəhər Baş Sahiyyə Mərkəzi” X17 4 nömrəli şəhər poliklinikasının 29 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, X3 hər hansı xəstəliklə 4 nömrəli şəhər poliklinikasına müraciət etmədiyindən və tibbi qeydiyyatda olmadığından onun adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün deyil. İş materiallarında olan Azərbaycan Respublikası “Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Tresti” tərəfindən verilmiş arayışdan görünür ki, X3 xx.xx.2023-cü il tarixdə Sabunçu rayonu, Zabrat 1 qəbiristanlığında dəfn olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçi İddiaçı atası X1 xx.xx.2023-cü il tarixdə vəfat etməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və iş üzrə təqdim edilən sənədlərlə sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilən Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd edilən Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1964-cü il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizə təmin edilsin. xx.xx.1964-cü il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi ölümün qeydə alınması üçün qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar