Məhkəmə qərarları › İş №2(011)-157/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-157/2025

30.06.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-157/2025 30.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs cəlb etməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi və məcburi icraya yönəldilməsinə dair” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, tərəflərindən xx.xx.2023-cü il tarixli 9 saylı Mediasiya təşkilatında bağlanılmış “Barışıq Sazişinin” təsdiq edilərək, məcburi icraya yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli 9 saylı Mediasiya təşkilatında bağlanılmış “Barışıq Sazişinin” təsdiq edilərək məcburi icraya yönəldilməsi tələbinə dair Ərizəçi iş üzrə borclu Maraqlı şəxs ilə xx.xx.2019-cu il tarixində nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Rəsmi nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X2 adlı bir nəfər uşaqları anadan olmuşdur. İlk vaxtlarda münasibətləri normal olsa da sonradan Maraqlı şəxs ona qarşı aşkar şəkildə bir neçə şəxslə xəyanət etməsi (whatsapp yazılmaları, danışıqlar, şəkillər, görütntülər ərizəyə əlavə edilir) səbəbindən aralarında olan nikahın pozulması qərarına gəldilər. Bu məqsədlə tərəflərindən borclu Maraqlı şəxs Mediasiyaya müraciət etmək və aralarında olan münasibətlərin həll edilməsini təklif etmişdir. Qarşılıqlı razılıq əsasında Bakı şəhər 9 saylı Mediasiya təşkilatına müraciət etmişlər. xx.xx.2023-cü il tarixli 9 saylı Mediasiya təşkilatında “BARİŞİQ SAZİŞİ” imzalandı. xx.xx.2023-cü il tarixli 9 saylı Mediasiya təşkilatında bağlanılmış “BARİŞİQ SAZİŞİNƏ” əsasən aşağıdakı razılığa gəldilər: “1.Tərəflər Ərizəçi (Bundan sonra Birinci Tərəf) və Maraqlı şəxs (Bundan sonra ikinci Tərəf) aşağıda göstərilən şərtlər əsasında razılaşdılar: 1.1 Tərəflər arasında 26 aprel 2019-cu il tarixində 5 saylı Bakı “ Asan Xidmət “ mərkəzinin Qeydiyyat Şöbəsində 1394 nömrəsi ilə qeydə alınmış nikaha xitam verilsin və bu məqsədlə tərəflərdən hər hansı birisi müvafiq rayon məhkəməsinə müraciət etsin. Belə halda digər tərəf nikahın pozulması ilə bağlı iddia tələbini qəbul edir. 1.2 Tərəflər razılaşdılar ki, birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Birinci Tərəfin (Atanın) himayəsinə verilsin. 1.3 Tərəflər razılaşdılar ki, Birinci Tərəf 2023-cü ilin oktyabr ayının 1-indən başlayaraq hər növbəti ayın 1-indən 5-inə qədər İkinci Tərəfə 10 000 (on min) manat (artan və azala bilən) məbləğində alimenti maddi imkanları daxilində İkinci Tərəfə ödəyəcək. 1.4 Birinci Tərəf öhdəsinə götürür ki, İkinci Tərəfin mülkiyyətində olan 90VG098 Dövlət nömrə nişanlı Mercedes Benz GLA 250 minlik markalı avtomaşını İkinci Tərəfin mülkiyyətində qalır. 1.5 Tərəflərin öncədən razılaşdırılması ilə İkinci Tərəf hər həftənin cümə günü (beşinci gün) övladı ilə saat fərqi olmadan (gecə qalmamaq şərti ilə) göruşə və ünsiyyət yarada bilər. Tərəflərin razılığı ilə görüş günü dəyişdirilə bilər. 1.6 Tərəflər razılaşdılar ki, Birinci Tərəf birgə nikahdan dünyaya gəlmiş övladı xx.xx.2020-ci il təvəllüdlü X2 ilə Azərbaycan Respublikası hüdudlarından xaricə çıxa bilər. 2. İkinci Tərəf öhdəsinə götürür ki, Ərizəçi xüsusi mülkiyyətində olan Bakı Şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1791 saylı bağ sahəsi; Bakı Şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 1209-cu məhəllə, ev 27A, mənzil 175 (Yeni qaydalarla: AZ1025, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 71, M17, mənzil 2) ünvan 1 ünvanında yerləşən mənzillərdən; xx.xx.2023-cü il tarixli LMN nömrəli 7xx-xx-2023 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə əldə edilmiş 10AC999 Dövlət nömrə nişanlı Lamborghini Urus universal minik avtomobili; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan avtomaşınların (90AG999 Dövlət nömrə nişanlı Mercedes Benz S450 Minik markalı, 90AF999 Dövlət qeydiyyat nişanlı Audi6 markalı minik maşını, 90AK999 Dövlət nömrə nişanlı Mercedes Benz G63 minik markalı nəqliyyat vasitələri) Birinci Tərəfin mülkiyyətində qalmasına razılıq verir. 3. Tərəflər razılaşdılar ki, Barışıq Sazişinin imzalandığı andan etibarən yəni, xx.xx.2023-cü il tarixindən etibarlıdır və Tərəflər indi və gələcəkdə Barışıq Sazişində qeyd olunanmaddələr üzrə bir-birilərinə qarşı tələb və istəkləri olmayacaq. 4. Tərəflər öhdəliklərinə götürür ki, Barışıq Sazişində razılaşdıqları maddələr üzrə gələcəkdə məhkəməyə müraciət etməyəcəklər”. - Tərəfindən üzərinə düşən öhdəliklər icra edilmiş və tərəflərindən 2023-cü ilin oktyabr ayının 1-indən başlayaraq hər növbəti ayın 1- indən 5-inə qədər Maraqlı şəxs 10 000(on min) manat (artan və azala bilən) məbləğində alimenti ödəmişdir (qəbz ərizəyə əlavə edilir), - Maraqlı şəxs mülkiyyətində olan 90VG098 Dövlət nömrə nişanlı Mercedes Benz GLA 250 minlik markalı avtomaşının Maraqlı şəxs mülkiyyətində qalmış, - hər həftənin cümə günü (beşinci gün) Maraqlı şəxs övladı ilə saat fərqi olmadan (gecə qalmamaq şərti ilə) göruş və ünsiyyət yaradılmışdır. Lakin buna baxmayaraq borclu Maraqlı şəxs Barışıq Sazışının 1.5ci bəndinin tələblərini kobud şəkildə pozaraq xx.xx.2020-ci il təvəllüdlü X2 adlı bir nəfər uşaqları görüş və ünsiyyət adı ilə apararaq geri gətirməmişdir. Bu hal ərizəçidə ciddi narazılıq yaratmış və uşağının talehi onu narahat edir. Belə ki, Maraqlı şəxs onunla nikahda olduğu müddətdə aşkar xəyanəti tam sübut olunmuş və uşağının gələcəyi üçün təhlükədir. O, uşağı istismar etməklə onun gələcəyinə ciddi fəsadlar verə bilər. Ərizəçi valideyindir və uşağının hüquqlarını müdafiə edir. Göründüyü kimi Borclu Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 9 saylı Mediasiya təşkilatında bağlanılmış “BARİŞİQ SAZİŞİNİN” tələblərini pozmuşdur. Onun bu davranışları gələcəkdə Barışıq Sazinin icra edilməsində ciddi problemlər yaradacaqdır. Ərizəçi məhkəmə iclasında ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan tərəflər Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023cü il tarixli, MŞB/9/2023-01949 saylı, 9 saylı mediasiya təşkilatında bağlanmış barışıq sazişindən görünür ki: 1.Tərəflər Ərizəçi (Bundan sonra Birinci Tərəf) və Maraqlı şəxs (Bundan sonra ikinci Tərəf) aşağıda göstərilən şərtlər əsasında razılaşdılar: 1.1 Tərəflər arasında 26 aprel 2019-cu il tarixində 5 saylı Bakı “ Asan Xidmət “ mərkəzinin Qeydiyyat Şöbəsində 1394 nömrəsi ilə qeydə alınmış nikaha xitam verilsin və bu məqsədlə tərəflərdən hər hansı birisi müvafiq rayon məhkəməsinə müraciət etsin. Belə halda digər tərəf nikahın pozulması ilə bağlı iddia tələbini qəbul edir. 1.2 Tərəflər razılaşdılar ki, birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Birinci Tərəfin (Atanın) himayəsinə verilsin. 1.3 Tərəflər razılaşdılar ki, Birinci Tərəf 2023-cü ilin oktyabr ayının 1-indən başlayaraq hər növbəti ayın 1-indən 5-inə qədər İkinci Tərəfə 10 000 (on min) manat (artan və azala bilən) məbləğində alimenti maddi imkanları daxilində İkinci Tərəfə ödəyəcək. 1.4 Birinci Tərəf öhdəsinə götürür ki, İkinci Tərəfin mülkiyyətində olan 90VG098 Dövlət nömrə nişanlı Mercedes Benz GLA 250 minlik markalı avtomaşını İkinci Tərəfin mülkiyyətində qalır. 1.5 Tərəflərin öncədən razılaşdırılması ilə İkinci Tərəf hər həftənin cümə günü (beşinci gün) övladı ilə saat fərqi olmadan (gecə qalmamaq şərti ilə) göruşə və ünsiyyət yarada bilər. Tərəflərin razılığı ilə görüş günü dəyişdirilə bilər. 1.6 Tərəflər razılaşdılar ki, Birinci Tərəf birgə nikahdan dünyaya gəlmiş övladı xx.xx.2020-ci il təvəllüdlü X2 ilə Azərbaycan Respublikası hüdudlarından xaricə çıxa bilər. 2. İkinci Tərəf öhdəsinə götürür ki, Ərizəçi xüsusi mülkiyyətində olan Bakı Şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1791 saylı bağ sahəsi; Bakı Şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 1209-cu məhəllə, ev 27A, mənzil 175 (Yeni qaydalarla: AZ1025, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 71, M17, mənzil 2) ünvan 1 ünvanında yerləşən mənzillərdən; xx.xx.2023-cü il tarixli LMN nömrəli 7xx-xx-2023 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə əldə edilmiş 10AC999 Dövlət nömrə nişanlı Lamborghini Urus universal minik avtomobili; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan avtomaşınların (90AG999 Dövlət nömrə nişanlı Mercedes Benz S450 Minik markalı, 90AF999 Dövlət qeydiyyat nişanlı Audi6 markalı minik maşını, 90AK999 Dövlət nömrə nişanlı Mercedes Benz G63 minik markalı nəqliyyat vasitələri) Birinci Tərəfin mülkiyyətində qalmasına razılıq verir. 3. Tərəflər razılaşdılar ki, Barışıq Sazişinin imzalandığı andan etibarən yəni, xx.xx.2023-cü il tarixindən etibarlıdır və Tərəflər indi və gələcəkdə Barışıq Sazişində qeyd olunanmaddələr üzrə bir-birilərinə qarşı tələb və istəkləri olmayacaq. 4. Tərəflər öhdəliklərinə götürür ki, Barışıq Sazişində razılaşdıqları maddələr üzrə gələcəkdə məhkəməyə müraciət etməyəcəklər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4067/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Ərizəçi “xx.xx.2023-cü il tarixli 9 saylı Mediasiya təşkilatında bağlanılmış “Barışıq Sazişinin” təsdiq edilərək, məcburi icraya yönəldilməsi“ tələbinə dair mülki iş üzrə icraat Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)- 3823/2024 saylı mülki işi üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alınanadək dayandırılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-157/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhər Xətai Rayon Məhkəməsinin e-2(011)-3823/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi xx.xx.2025-ci il tarixdə qanuni qüvvəsini aldığından iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasmdan imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qeyd edilən Məcəllənin 355-26-cı maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3 və 34.4-cü maddələrinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq və işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin müddəalarını təhlil edərək belə qənaətə gəlir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Belə olan halda, Maraqlı şəxs barışıq sazişi üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, sazişin məcburi icrasının təmin edilməsi məqsədilə barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ərizəçinin dövlət rüsumunun maraqlı şəxsdən tutularaq ödənilməsi ilə bağlı tələbi olmadığından iddia ərizəsinin verilməsinə görə ödənilmiş məhkəmə xərcləri ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi Bədirov Ərizəçi Fidan Fariz qızı arasında xx.xx.2023-cü il tarixdə 9 saylı mediasiya təşkilatında bağlanmış Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:

1. Tərəflər Ərizəçi (Bundan sonra Birinci Tərəf) və Maraqlı şəxs (Bundan sonra ikinci Tərəf) aşağıda göstərilən şərtlər əsasında razılaşdılar: 1.2. Tərəflər razılaşdılar ki, birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Birinci Tərəfin (Atanın) himayəsinə verilsin. 1.3. Tərəflər razılaşdılar ki, Birinci Tərəf 2023-cü ilin oktyabr ayının 1-indən başlayaraq hər növbəti ayın 1-indən 5-inə qədər İkinci Tərəfə 10000 (on min) manat (artan və azala bilən) məbləğində alimenti maddi imkanları daxilində İkinci Tərəfə ödəyəcək. 1.4. Birinci Tərəf öhdəsinə götürür ki, İkinci Tərəfin mülkiyyətində olan 90VG098 Dövlət nömrə nişanlı Mercedes Benz GLA 250 minlik markalı avtomaşını İkinci Tərəfin mülkiyyətində qalır. 1.5. Tərəflərin öncədən razılaşdırılması ilə İkinci Tərəf hər həftənin cümə günü (beşinci gün) övladı ilə saat fərqi olmadan (gecə qalmamaq şərti ilə) görüşə və ünsiyyət yarada bilər. Tərəflərin razılığı ilə görüş günü dəyişdirilə bilər. 1.6. Tərəflər razılaşdılar ki, Birinci Tərəf birgə nikahdan dünyaya gəlmiş övladı xx.xx.2020-ci il təvəllüdlü X2 ilə Azərbaycan Respublikası hüdudlarından xaricə çıxa bilər.

2. İkinci Tərəf öhdəsinə götürür ki, Ərizəçi xüsusi mülkiyyətində olan Bakı Şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1791 saylı bağ sahəsi; Bakı Şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 1209-cu məhəllə, ev 27A, mənzil 175 (Yeni qaydalarla: AZ1025, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 71, M17, mənzil 2) ünvan 1 ünvanında yerləşən mənzillərdən; xx.xx.2023-cü il tarixli LMN nömrəli 7xx-xx-2023 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə əldə edilmiş 10AC999 Dövlət nömrə nişanlı Lamborghini Urus universal minik avtomobili; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan avtomaşınların (90AG999 Dövlət nömrə nişanlı Mercedes Benz S450 Minik markalı, 90AF999 Dövlət qeydiyyat nişanlı Audi6 markalı minik maşını, 90AK999 Dövlət nömrə nişanlı Mercedes Benz G63 minik markalı nəqliyyat vasitələri) Birinci Tərəfin mülkiyyətində qalmasına razılıq verir.

3. Tərəflər razılaşdılar ki, Barışıq Sazişinin imzalandığı andan etibarən yəni, xx.xx.2023-cü il tarixindən etibarlıdır və Tərəflər indi və gələcəkdə Barışıq Sazişində qeyd olunan maddələr üzrə bir-birilərinə qarşı tələb və istəkləri olmayacaq.

4. Tərəflər öhdəliklərinə götürür ki, Barışıq Sazişində razılaşdıqları maddələr üzrə gələcəkdə məhkəməyə müraciət etməyəcəklər. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar