Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1579/2023 17.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, X1 Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin halları: İşin iddia ərizəsində göstərilən faktiki hallarına görə,ərizəçinin qardaşı X5 xx.xx.1954cü ildə tarixdə Bakı şəhərində anadan olmuşdur. xx.xx.2022-ci il tarixdə Bakı şəhərində yaşadığı mənzildə vəfat etmişdir. Vəfatından sonra növbəti gün Bakı Şəhəri Suraxanı qəbiristanlığında dəfn edilmişdir. Ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün, ərizəçi mərhum qardaşının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Ərizəçinin tələbi: Ərizəçi xx.xx.1954-cü il təvəllüdlü qardaşı X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsini xahiş etmişdir. Maraqlı şəxsin etirazı: Maraqlı şəxs tərəfindən ərizəçinin tələbinə qarşı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi izahat verərək bildirdi ki, xx.xx.1954-cü il təvəllüdlü X2 qardaşıdır. 30 dekabr 2022-ci il tarixdə ərizəçinin oğlu Ruslan dayısı Rafayil Kalaçyova baş çəkməyə getmiş və qapının bağlı olduğunu gördükdən sonra ərizəçini (anasını) həmin ünvana çağırmışdır. Ərizəçidə olan açar vasitəsi ilə qapını açaraq evə daxil olmuşlar. Bu zaman mərhumun hamam otağında öldüyünü aşkar etmişlər. Növbəti gün Bakı Şəhəri Suraxanı rayonu Əmircan qəbiristanlığında mərhumun cənazəsi dəfn edilmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə Maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X7 Ravilyeviç izahat verərək bildirdi ki, mərhum onun dayısıdır. Bir neçə gün idi ki, xəbər ala bilmirlərmiş. Səhər itini gəzdirdikdən sonra dayısına baş çəkməyə getmiş, lakin qapının bağlı olduğunu və qapını döydükdən sonra dayısının qapını açmadığını görmüşdür. Evdən zəif işıq gəlməsinə əsasən dayısının evdə olmasını yəqin etmiş və qonşulardan maraqlanmışdır. Onlar bir neçə gündür ki, mərhumu görmədiklərini bildirmişlər. Bundan sonra o, anasına (ərizəçiyə) zəng edərək mərhumun yaşadığı ünvana çağırmış və qapını açaraq evə daxil olduqda, hamam otağında mərhumun cansız bədəni ilə rastlaşmışlar. X8 Xamidullayeviç izahat verərək bildirdi ki, mərhumun arvadının xalasıoğludur. Ərizəçi və oğlu ona zəng edərək, mərhumun yaşadığı mənzilə çağırmışlar. Arvadı ilə birlikdə həmin mənzilə gəlmişdir. Mərhumun cəsədini hamam otağında görmüşdür. Yas mərasimlərində arvadı ilə birlikdə iştirak etmişdir. X9 Xalidşahovna izahat verərək bildirdi ki, mərhumun arvadının xalasıoğlunun arvadıdır. Mərhumun meyiti tapıldıqda, ərizəçi və oğlu onun ərinə zəng etmişlər. Əri Ənvər ilə birlikdə oraya gəlmişlər. Mərhumun meyitini görməsə də, həyətdə təcili tibbi yardım maşınlarının olduğunu görmüşdür. Yas mərasimində iştirak etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Bakı şəhəri Maraqlı şəxs tərəfindən ərizəçiyə verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən, X5 adına tərtib edilmiş ölüm haqqında həkim şəhadətnaməsi olmadığı üçün ölümün qeyd edilməsinin mümkün olmaması qeyd edilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən, mərhum X5 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və Əmircan qəsəbəsi tatar qəbristanlığında dəfn olunub. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyasının 6 saylı böməsinin №6/209 xx.xx.2022-ci il tarixli sorğuya (ərizəyə) cavabında qeyd edilir ki, xx.xx.2022-ci il 21:46-da ünvan 1 ünvanına X5 adına çağrış daxil olmuş, “həkimə qədər ölüm, kişi cinsli meyit” diaqnozu qoyulmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır.
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”: 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.
Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X4 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və müvafiq qeydiyyat şöbəsinin X4 ölüm haqqında akt qeydinin aparılmasından imtina etməsi nəticəsində Ərizəçi X4 ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X4 xx.xx.2022-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin digər mötəbər sübutları ilə sübuta yetirilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır, buna görə də X4 xx.xx.2022-ci il tarixdə ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir.
Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
Ərizə təmin edilsin. xx.xx.1954-cü il tarixdə Bakı şəhərində anadan olmuş X4 xx.xx.2022-ci il tarixdə ölməsi (vəfat etməsi) barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ərizə verilərkən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Samirə Eyvazova