Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-1597/2024 04.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 18 saylı Dövlət Notariat Kontoruna, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə və Cavabdeh3 qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsinə dair xx.xx.2019-cu il tarixli 544 nömrəli icra qeydinin ləğv edilməsi” barədə iddiasına açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Bakı şəhəri 18 saylı Dövlət Notariat Kontoruna, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə və Cavabdeh3 qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsinə dair xx.xx.2019-cu il tarixli 544 nömrəli icra qeydinin ləğv edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdır, lakin o məhkəmə iclasına gəlməmişdir və işə iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin mahiyyəti üzrə baxılmasını tələb etməmişdir və iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etməmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı məhkəmənin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli hazırlıq iclaslarında və xx.xx.2024-cü il tarixli baxış iclasında iştirak etməmişdir və işə iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəməyə gəlmədiyindən, habelə cavabdeh tərəf işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 163, 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Bakı şəhəri 18 saylı Dövlət Notariat Kontoruna, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə və Cavabdeh3 qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsinə dair xx.xx.2019-cu il tarixli 544 nömrəli icra qeydinin ləğv edilməsi” barədə iddia ərizəsi baxılmamış saxlansın. İddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-1597/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-1597/2024
04.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver