Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1608/2023 09.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:
1. X2 xx.xx.1961-cü il tarixdə Yevlax şəhərində doğulmuşdur. Ərizəçi X1 atasıdır.
2. AR TƏBİB Tibb Mərkəzi PHŞ-nin 3 nömrəli şəhər poliklinikasının xx.xx.2023cü il tarixdə 15 nömrəli arayış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Bakı “Asan xidmət” X3 isə xx.xx.2023-cü il tarixli, 05/Q-158/76 saylı məktub əsasında ərizəçinin atasının ölümünün qeydə alınmasından imtina etmişdir.
3. Bakı şəhəri Təcili və X4 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsi ilə müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə, saat 20:55 radələrində M.Muxtarov küçəsi ev 185, mənzil 22 ünvanında X1 meyidinin (həkimə qədər ölüm) aşkar edilməsi qeyd edilmişdir.
4. Bakı şəhəri Yasamal Bələdiyyəsinin xx.xx.2023-cü il tarixdə verdiyi 33 saylı Arayışdan müəyyən olunur ki, X2 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və Dağüstü 1 qəbirstanlığında dəfn olunmuşdur.
5. Ərizənin və ona etirazın dəlilləri:
a) Ərizənin dəlilləri
6. Ərizəçi atası xx.xx.1961-ci il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixdə ağciyər ürəyi sindromundan (tromboemboliya) vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
7. Ərizədə qeyd etmişdir ki, atası xx.xx.1961-ci il tarixdə AR Yevlax rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. Atası ünvan 2 ünvanında yaşamışdır. Atası xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Göstərilənlərlə əlaqədar təcili tibbi yardım xidmətinə məlumat verilmiş, sonuncu da, DİN Yasamal RP-i məlumatlandırmışdır. Atasının ölüm haqqında şəhadətnaməsinin alınması üçün qeydiyyat şöbəsinə müraciət olunmuş, lakin imtina edilərək məhkəmə orqanlarına müraciət etməyi tövsiyyə olunmuşdur.
b) Maraqlı şəxsin ərizəyə etirazının dəlilləri:
8. Maraqlı şəxsin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
9. Məhkəmə iclasında verilən izahatlar:
10. Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdi.
11. Maraqlı şəxs Azərbaycan Respublikası 5 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
12. Məhkəmə iclasında şahid X6 izahat verərək bildirdi ki, ərizəçinin qardaşıdır, restoranda dostları ilə birlikdə əyləşdiyi vaxt binanın komendantı ona atasının narahat olduğunu və tez gəlməsini deyib. Atası kafedə dostları ilə birlikdə oturduğu vaxt dostları hiss edib ki, yaxşı deyil. Sonra məlum olub ki, mikroinfakt keçirib.
13. Məhkəmə iclasında şahid X5 izahat verərək bildirdi ki, ərizəçinin dostudur, xx.xx.2022-ci il tarixdə restoranda oturanda çöldə səs-küy olduğunu eşidib, təcili tibbi yardım gəlib, sonradan bilib ki, ölən ərizəçinin atasıdır.
14. Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
15. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
16. Maddə 307.2.3. Məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.
17. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”
18. 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.
19. İşə baxan məhkəmənin mövqeyi:
20. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir.
21. Belə ki, ərizəçinin atası X1 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi iş materiallarında olan sübutlarla təsdiq edilir. Bu barədə verilmiş Bakı şəhəri Təcili və X4 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsinə görə xx.xx.2022-ci il tarixdə, saat 20:55 radələrində ünvan 3 ünvanında X1 meyidi (həkimə qədər ölüm) aşkar edilmişdir.
22. AR Ədliyyə Nazirliyi 5 saylı Bakı “ASAN Xdimət” X3nin xx.xx.2023-cü il tarixli, 05/Q-158/76 saylı məktubunda isə ölümün qeydə alınmasının mümkün olmaması bildirilmişdir.
23. Beləliklə, ərizəçinin və şahidlərin izahatı və iş materiallarında olan sübutlar əsasında X1 xx.xx.2022-ci il tarixində ölməsi faktı tam sübuta yetirilir.
24. Qeyd edilən müddəalardan göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir (§ 18).
25. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X1 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçinin isə atasının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X1 xx.xx.2022-ci il tarixdə ölməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından ərizə həmin hissədə təmin edilməlidir.
26. Məhkəmə qeydedir ki, ərizə Tapdıq Xəlilovun “ağzciyər ürəy sindromundan vəfat etməsi faktının müəyyən edilməsi hissəsində təmin edilə bilməz Belə ki, AR MPMnin 307.2.3-ci maddəsinin müəyyən etdiyi imperativ qaydaya əsasən məhkəmə yalnız ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. X8 ölümün səsbinin müəyyən edilməsi isə hüquqi əhəmiyyət kəsb edən fakt deyil. Çünki hər hansı şəxsin ölüm səbəbinin müəyyən edilməsi müvafiq tibbi sənədlər, habelə xüsusi bilik tələb etdiyi üçün ekspertiza təyin edilməklə, şəxsin konkret hansı səbəbdən ölməsi barədə rəy əsasında müəyyən edilə bilər.
27. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli Qərarının 9.1-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər.
28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
Ərizə qismən təmin edilsin. xx.xx.1961-ci il tarixdə Yevlax şəhərində doğulmuş X1 xx.xx.2022-ci il tarixində Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı