Məhkəmə qərarları › İş №2(011)-1662/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1662/2022

11.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1662/2022 11.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, mərhum X5 xx.xx.1964-cü il tarixdə İsmayıllı rayonu Mücü kəndində anadan olmuşdur. O, xx.xx.2021-ci il tarixdə qəflətən yaşadığı ünvanda vəfat etmişdir. Onun vəfatından sonra növbəti gün İsmayıllı rayonu Mücü kənd qəbristanlığında dəfn olunmuşdur. Ərizəçi ölüm haqqında şəhadətnamə alınması üçün ərazi üzrə Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün mərhum hayat yoldaşı X2 adına ölüm haqqında şəhadətnamə verilməmişdir. O, icraatda olan işlə əlaqədar ərizəsini müdafiə edir və bu faktın müəyyən edilməsinin ona dəfn pulu almaq üçün lazım olduğunu bildirmişdir. xx.xx.1964-cü il tarixdə anadan olmuş həyat yoldaşı X3 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamənin çıxarılmasını xahiş etmişdir. Ərizəçi göstərilənləri nəzərə alaraq, həyat yoldaşı X3 ölüm faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etməklə yanaşı, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi izahatında bildirmişdir ki, X3 ölümünə səbəb bağırsağın perforasiyası olmuşdur. Belə ki, mərhum Kron xəstəliyindən əziyyət çəkirdi və xx.xx.2021-ci il tarixdə kəskin ağrılarla xəstəxanaya müraciət etmiş, orda ona bağırsaq perforasiyası diaqnozu qoyulmuş, iki gün sonra o, vəfat etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məktubla məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, ərizəçinin izahatına və iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazimi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Təcili və X1 PHŞ Sahə Həkimi tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2021-ci il tarixdə saat 08:44-də “Həkimə qədər ölü” qadın cinsli meyit aşkar olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 11 yanvar 2022-ci il tarixli məktubdan görünür ki, Ərizəçi həyat yoldaşı X2 ölümünün qeydə alınması ilə bağlı şöbəyə ünvanlanmış müraciətə baxılmış və bildirilmişdir ki, ölüm faktını təsdiq edən tibbi şəhadətnamənin olmaması nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. Bu səbəbdən də, məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. İş materiallarında olan İsmayıllı rayonu Tağlabiyan kend Bələdiyyəsi tərəfindən 19 yanvar 2022-ci il tarixli arayışdan görünür ki, arayış verilir Ərizəçi ondan ötrü ki, mərhumə həyat yoldaşı X5 26 dekabr 2021-ci il tarixdə vəfat etmiş, 27 dekabr 2021-ci ildə İsmayıllı rayonu Mücü kənd qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Səhhət” Klinikasının 557 saylı göndərişdən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə həmin klinikada “bağırsaq perforasiyası, kron xəstəliyi” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, 01 aprel 1974-cü il təvəllüdlü X2 26 dekabr 2021-ci il tarixdə Bakı şəhərində “bağırsaq perforasiyası, kron xəstəliyi” səbəbilə vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir və X2 ölüm faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 01 aprel 1964-cü il təvəllüdlü X2 26 dekabr 2021-ci il tarixdə Bakı şəhərində “bağırsaq perforasiyası, kron xəstəliyi” səbəbindən vəfat etməsi faktı müəyyən edilsin. X2 adına ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar