Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1688/2025 27.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölməsi faktının müəyyən edilməsinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı xx.xx.1984-cü il təvəllüdlü X8 xx.xx.1985-ci il tarixdə Naxçıvan şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qardaşı xx.xx.1984-cü il təvəllüdlü X12 xx.xx.1985-ci tarixdə vəfat etmişdir. Vəfatından sonra onu Kəngərli rayon Yurtçu kənd qəbristanlığında dəfn etmişlər. Qardaşı 7 aylıq uşaq olduğundan onun ölüma haqqında şəhadətnamə almaq heç kim düşünməmişdir. X5 xx.xx.2000-ci ildə, anası X9 isə xx.xx.2024-cü il tarixdə vəfat etmişlər. Hazırda analarından miras qalmış əmlakı vərəsələri qəbul etmək istəyirlər, bunun üçün qardaşı X8 ölüm haqqında şəhadətnaməsi tələb olunur. Ölüm haqqında şəhadətnamə alınması üçün Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin, mərhumun adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Ölüm faktının təsdiq edilməsi mərhumun ölüm haqqında şəhadətnaməsinin alınması məqsədilə lazımdır. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1984-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X12 barəsində ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi xahiş edilmişdir. Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası X21 xx.xx.2024-cü il tarixli, 111 nömrəli məktubundan görünür ki, xx.xx.1985-ci ildə vəfat etmiş X8 adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsi barədə Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası PHŞ-də məlumat yoxdur. Naxçıvan şəhər Nikah Evi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti üzrə yoxlama aparılmış və X8 ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Kəngərli rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü tarixli arayışından görünür ki, X8 Kəngərli Rayon Qeydiyyat Şöbəsində və Kəngərli Rayon Qeydiyyat Şöbəsinin arxivində ölüm akt qeydi tapılmamışdır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Şərur X18 PHŞ tabeliyində Kəngərli Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il, 40 nömrəli məktubundan görünür ki, Kəngərli Rayon Mərkəzi Xəstəxanasında xx.xx.1984-cü il təvəllüdlü X8 xx.xx.1985-ci il tarixdə ölümü haqqında tibbi şəhadətnamənin verilməsinə dair heç bir məlumat yoxdur. Kəngərli Rayon İcra Hakimiyyəti Başçısının Yurdçu kəndinin inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X1 yaşayan qohumlarının sözünə görə uzun müddət bundan əvvəl rəhmətə getmiş və Yurdçu kənd qəbristanlığında dəfn olunmuşdur, lakin, qəbrin yeri heç kimə dəqiq məlum deyil. Yurdçu kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyində bu barədə rəsmi məlumat yoxdur. AR DİN Baş pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü X8 qeydiyyatı və sənədləşdirilməsi barədə məlumat aşkar edilməmişdir. Naxçıvan şəhər Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü X3 şəhərində yaşamır və onun barəsində axtarış işi olmamışdır. AR Dövlət Sərhəd Xidmətinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü X8 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, Ərizəçi onun mərhum bacısı X6 övladıdır. Ərizəçinin qardaşı, yəni, bacısının oğlu xx.xx.1984-cü ildə doğulmuş X12 1985-ci ildə Naxçıvan şəhərində vəfat etmiş və Kəngərli rayonu Yurdçu kənd qəbiristanlığında da dəfn olunmuşdur. Uşağın temperaturu qalxmış, hətta həkimə də aparmışlar, müalicə də yazılmışdır, lakin müalicənin təsiri olmamış, uşaq ev şəraitində vəfat etmişdir, həmin gün bacısın yanında olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, Ərizəçi onun mərhum baldızı X6 qızıdır. Elnarənin qardaşı X12 xx.xx.1985-ci ildə vəfat etmişdir, uşağın temperaturu qalxmış, yazılmış müalicənin də təsiri olmamışdır, uşağı atası İbrahimin doğulduğu Kəngərli rayonunun Yurdçu kənd qəbiristanlığında dəfn etmişlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının;
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”: 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Məhkəmənin mövqeyi: İş materiallarında olan sənədlərlə və şahid ifadələri ilə xx.xx.1984-cü il təvəllüdlü, Naxçıvan şəhərində anadan olmuş X8 xx.xx.1985-ci il tarixdə Naxçıvan şəhərində ölməsi faktı sübut olunur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X8 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə qardaşının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X8 xx.xx.1985-ci il tarixdə Naxçıvan şəhərində ölməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
Ərizə təmin edilsin. xx.xx.1984-cü il tarixində, Naxçıvan şəhərində anadan olmuş X8 17 aprel 1985-ci il tarixində Naxçıvan şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Leyla Şövkətli-Mənsimli