Məhkəmə qərarları › İş №2(011)-1755/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1755/2025

13.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1755/2025 13.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, X1, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:

1. Ərizəçi mərhum X8 övladıdır. Vera Yermakova xx.xx.1935-ci il tarixdə Oğuz rayonunun Söyüdlü kəndində doğulmuşdur.

2. Bakı şəhəri Təcili və X5 Stansiyasının 7 saylı bölməsinin təcili tibbi yardım briqadasının həkimi tərəfindən verilmiş “Ölüm haqqında xəbərdarlıq vərəqəsi”nə əsasən xx.xx.2024-cü il tarixdə, saat 20:12 radələrində ünvan 1 ünvanında X8 meyidi aşkar edilmişdir.

3. Ərizəçi anasının ölümü haqqında tibbi şəhadətnamə almaq üçün müraciət etsə də, həm AR TƏBİB “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ 38 nömrəli şəhər Poliklinikası tərəfindən xx.xx.2024-cü il tarixli, 256 saylı arayışla AR Səhiyyə Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 05 nöməli qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası” haqqına Qərarın 4.3 və 4.8-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamənin (106 nömrəli forma) verilməsindən, habelə 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-1524/2024 saylı məktubu ilə AR Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.1, 8.2 və 8.3-cü bəndlərinə əsasən ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir.

Ərizənin və ona etirazın dəlilləri: a) Ərizənin dəlilləri

4. Ərizəçi xx.xx.1935 il tarixində doğulmuş anası X9 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

5. Ərizəçi ərizəsində qeyd etmişdir ki, anası X11 ağır xəstəlikdən əziyyət çəkirdi. O, 29 oktyabr 2024-cü il tarixində yaşadığı mənzildə vəfat etmişdir. Bu barədə Bakı şəhəri Təcili və X6 Stansiyasının məlumat vərəqəsi vardır. Suraxanı rayon Zığ Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli Arayışından da görünür ki, mərhum X11 xx.xx.2024-cü il tarixində vəfat etmiş Dədə Qorqud qəbirisitanlığında dəfn edilmişdir. Lakin şəxsin ölməsi ilə bağlı ölüm şəhadətnaməsi almaq istəsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən mənə 14 dekabr 2024-cü il tarixli imtina verilmişdir və imtinada bildirilmişdir ki, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməlidir.

Maraqlı şəxsin ərizəyə etirazının dəlilləri:

6. Maraqlı şəxsin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

7. Ərizəçi, məhkəmədə ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdi.

8. Maraqlı şəxs Bakı şəhər 2 saylı “ASAN Xidmət” mərkəzi Qeydiyyat Şöbəsinin nümayəndəsi bildirdi ki, ölən şəxsin ölməsi ilə bağlı tibbi şəhadətnamə təqdim edilmədiyindən, ölüm haqqında şəahdətnamənin verilməsindən imtina edilmişdir.

9. Məhkəmə iclasında şahid X7 izahat verərək bildirdi ki, ərizəçi onun yaxın dostudur. 2024-cü ilin təxminən oktyabr-noyabr aylarında ərizəçi ona zəng edərək anasının qəflətən öldüyünü bildirdi. Həmin gün axşam ərizəçinin yanına getmişdi, ancaq dəfndə iştirak etməmişdir.

10. Məhkəmə iclasında şahid X10 izahat verərək bildirdi ki, nənəsi qəflətən ölmüşdür. Daim ürəyindən şikayət edirdi. 2024-cü ilin dekabr ayında vəfat etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

11. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

12. Maddə 307.2.3. Məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.

13. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”

14. Bənd 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.

Məhkəmənin mövqeyi:

15. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.

16. Belə ki, ərizəçinin və şahidlərin izahatı və iş materiallarında olan sübutlar əsasında X8 xx.xx.2024-cü il tarixində ölməsi faktı tam sübuta yetirilir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

18. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X8 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçinin isə anasının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X8 xx.xx.2024-cü il tarixdə ölməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir.

19. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

Ərizə təmin edilsin. X8 xx.xx.2024-cü il tarixində Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar