Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1808/2025 15.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Fərhadzadə Mehri Polad qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, o, mərhum anası X3 qəyyumu olmuşdur. Belə ki, anası beyin insultu ilə xəstələnəndən sonra onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən, böyük bacısı X1 Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 158 №-li Sərəncamına əsasən anasının qəyyumu təyin edilmişdir. Sonradan Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli 379 №-li Sərəncamı ilə ərizəçi anasının qəyyumu təyin edilmişdir. Həmin vaxtdan anası ərizəçi ilə birgə yaşamış, onun qayğısına ərizəçi qalmışdır. Bütün bu illər ərzində anası hərəkətsiz və nitqsiz olmaqla yataq xəstəsi olmuşdur. Son illərdə isə vəziyyəti daha da ağırlaşmışdır, çünki onda onkoloji xəstəlik də aşkar edilmişdir. 2024-cü ilin noyabr ayının sonunda ərizəçinin anasında nəfəs çatşmazlığı yaranmış və ona oksigen qoşulmalı olmuşdur. Mərhumu xəstəxanaya qoymamışlar, çünki artıq həkimlər heç bir ümidverici söz deməmişlər. Həkimlərə qalsa ərizəçinin anası 2015-ci ildə artıq vəfat edəcəkdi. Ərizəçi bilmişdir ki, anasını xəstəxanaya aparsa, dərhal dünyasını dəyişəcək. Dekabr ayının 18-də ərizəçinin anasının gecə vəziyyəti kritik pisləmişdir. Həmin vaxt bütün yaxınları və ailəsi, yəni onun yanında olmuşdur.18 dekabr 2024-cü il tarixdə, saat 23.48-də ərizəçinin anası Bakı şəhərində rəhmətə getmişdir. Bakı şəhəri TTYS 6 saylı Bölməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli saat 00:50) arayışda qadın cinsi, həkimə qədər ölüm qeyd edilmişdir. Bakı şəhəri Xətai Rayonu 38 Nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 304 №-li məktuba əsasən ərizəçinin anasına ölüm haqqında həkim şəhadətnaməsi verilməsindən imtina edilmiş və Xətai Rayon Məhkəməsinə müraciət edilməsi tövsiyyə edilmişdir. X2 ölən zaman yanında ərizəçi, bacıları, ərizəçinin və bacılarının həyat yoldaşları, xalası və onun da yoldaşı olmuşdur. Bu şəxslər hamısı X3 necə və hınsı şəraitdə ölməsinin şahidi olmuşlar. Beləliklə mərhum - xx.xx.1952-ci il təvəıllüdlü X9 18 dekabr 2024-ci il tarixində Bakı şəhərində vəfat etmişdir. Mərhum 19 dekabr 2024-cü il tarixində Bülbülə qəbirstanlığında dəfn edilmişdir. Ərizəçi göstərilənləri nəzərə alaraq, xx.xx.1952-ci il təvəllüdlü X4 18 dekabr 2024-cü il tarixində Bakı şəhərində ölməsi faktının məhkəmə tərəfindən müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etməklə yanaşı, ölüm faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi bununla yanaşı məhkəməyə ərizə təqdim edərək, ölüm faktının müəyyən edilməsinin sosial müavinətin alınması üçün lazım olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məktubla məhkəməyə müraciət edərək mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, ərizəçinin izahatına və iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı, 02835578 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 31 may 1952-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Xİ-ЖТ seriyalı, 305208 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxx 1985-ci il tarixdə doğulmuşdur, anası X5r. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi verilmiş 23 dekabr 2024-cü il tarixli, 3-16-5/8-15-Y-15-2168 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.1-ci maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi dövlət qeydiyyatına alınır. 8.5-ci maddəsinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərə əsasən, X9 barəsində ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bakı Baş Səhiyyə Mərkəzi” X15 38 nömrəli Şəhər Poliklinikası tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanlanmış 19 dekabr 2024-cü il tarixli, 304 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 31 yanvar 2018-ci il tarixli, 05 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası” haqqında qərarın 4.3 və 4.8-ci bəndinə əsasən X6 ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. İş materiallarında olan 31 dekabr 2024-cü il tarixli Təcili və X7 Stansiyasının 6 saylı bölməsi tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 18 dekabr 2024-cü il tarixdə, saat 23:48-də X9 üçün çağırış edilmiş, 19 dekabr 2024-cü il tarixdə saat 00:50-də qadın cinsli meyit aşkar olunmuş, “Həkimə qədər ölüm” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Məhkəmə hesab edir ki, xx.xx.1952-ci il təvəllüdlü X4 18 dekabr 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar və şahid ifadələri vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir və Ərizəçi ölüm faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1952-ci il təvəllüdlü X4 18 dekabr 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X4 adına ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1808/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1808/2025
15.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver