Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-185/2021 08.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzre cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı tikilinin sökülməsi və maneələrin aradan qaldırılması tələbinə dair ilkin iddiası, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı – ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin arxasında cavabdeh tərəfindən qanunsuz inşa edilmiş hasar və talvarın sökülməsi, bağlanmış qapının açılması, qeyri-yaşayış sahəsinin istifadəyə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi uzun müddət idi ki, mərhum həyat yoldaşı X4 mülkiyyətində olmuşdur. Həyat yoldaşı rəhmətə getdikdən sonra həmin əmlak vərəsəlik qaydasında iddiaçının mülkiyyətinə keçmiş və iddiaçıya 06.09.3019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin qeyri-yaşayış sahəsi 47 kvadrat metrdən ibarət olmaqla 3 otaqlıdır. Sarayevo küçəsi tərəfdən bir giriş, arxa tərəfdən isə ikinci giriş mövcuddur. 2018-ci ilin əvvəlində qonşu qeyri-yaşayış sahəsinin sahibi Cavabdeh tərəfindən qanunsuz olaraq hasar və talvar tikilmiş, nəticədə iddiaçıya məxsus olan qeyriyaşayış sahəsinin arxa giriş-çıxış qapısı bağlanmışdır. Hazırda iddiaçının mülkiyyətində olan əmlakdan sərbəst istifadə edə bilmir. Bu da onun mülkiyyət hüququnu pozur. Dəfələrlə müxtəlif orqanlara və cavabdehə onun tərəfindən qanunsuz inşa edilmiş hasar və talvarın sökülməsi, iddiaçıya məxsus obyektin arxa giriş və çıxış qapısının açılması, qeyri-yaşayış sahəsindən istifadəyə yaradılan maneələrin aradan qaldırılması barədə müraciət etmiş, lakin heç bir nəticə olmamışdır. Yalnız Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyinin X9 Xidmətinin 3-cü ərazi X9 idarəsi tərəfindən ünvanlanmış 27.08.2018-ci il tarixli məktubdan görünür ki, Sarayevo küçəsi 13A ünvanında yerləşən X5 məxsus qeyri-yaşayış obyektinin arxa giriş-çıxış qapısı qonşu obyektin sahibi tərəfindən qeyri-qanuni olaraq hasar və talvar tikilməsi nəticəsində bağlanmışdır. Aparılan tikinti işlərinin müvafiq icra hakimiyyəti orqanları ilə razılaşma sənədləri təqdim edilməmişdir. Göründüyü kimi, əgər iddiaçıya məxsus qeyri-yaşayış sahəsində hər hansı yanğın baş verərsə, cavabdeh tərəfindən arxa giriş-çıxış qapısı bağlandığına görə yanğınsöndürən avtomaşınlar da ora daxil ola bilməyəcək. Bu da böyük fəlakətə səbəb ola bilər. Beləliklə cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsindən sərbəst şəkildə istifadə etməyinə mane olaraq İddiaçı mülkiyyət hüququnu pozur. Odur ki, Cavabdeh tərəfindən yaradılan maneçilik nəticəsində İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsindən sərbəst şəkildə istifadə edə bilmir. Ona görə də hesab edir ki, ünvan 10 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin arxasında Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş hasar və talvar sökülməli, bağlanmış qapı açılmalı, qeyri-yaşayış sahəsindən istifadəyə yaradılan maneələr aradan qaldırlmalıdır. Daha sonra ilkin iddia üzrə İddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən İddiaçı mülkiyyətindən olan ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin üzərində (yuxarı hissəsində) Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikilinin (hasar, talvar) Cavabdeh hesabına sökülməsi, qeyri-yaşayış sahəsinin arxa tərəfində açılan qapının Cavabdeh hesabına açılması və həmin qapıdan, qapının açıldığı 6 kv.m. ibarət hissədən istifadəyə Cavabdeh Allahverid qızı tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamənin qəbul edilməsini xahiş etdi. Daha sonra ilkin iddia üzrə iddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən İddiaçı mülkiyyətində olan ünvan 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin üzərində (yuxarı hissəsində) Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikilinin (hasar, talvar) Cavabdeh tərəfindən sökülməsi, İddiaçı mülki qızının mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin arxa tərəfinə açılan qapının Cavabdeh hesabına sökülərək çıxarılması, həmin qağının açıldığı yolun 6 kvadrat metrdən ibarət hissəsindən istifadəyə Cavabdeh tərəfindən yaradılan maneələrin qaldırılması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı İddiaçı məxsus köşkün Cavabdeh şəxsi mülkiyyətində olan 0,02104 ha torpaq sahəsinə düşən hissəsində sökülməsi və İddiaçı mülkiyyətində 47 kv.m. qeyri-yaşayış sahəsinə çəkilmiş işıq enerjisi kabellərinin İddiaçı hesabına sökülməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisə olunan sahədə qapılar və onlaraq giriş-çıxış elə ilkin vəziyyətdə olduğu kimi mövcuddur. Yəni həmin obyekt özəlləşdirilərkən hansı vəziyyətdə olmuşdursa indi və eyni vəziyyətdədir, hər hansı bir tikinti işləri aparılmamış, giriş-çıxışa maneə olacaq heç bir tikinti mövcud deyildir. Əksinə, mübahisəli sahə Cavabdeh şəxsi mülkiyyətindədir, yəni iddiaçının mübahisə predmetinə çevirdiyi giriş-çıxış yolunun yerləşdiyi torpaq sahəsi AR ƏMDK DƏDRX tərəfindən verilmiş 064319 saylı Çıxarışa əsasən özəllışdirilmiş 0,1018 ha torpaq sahəsinin içində yerləşir. Bu səbəbdən İddiaçıı həmin sahəyə heç bir iddiası da ola bilməz. İddiaçı Cavabdeh şəxsi mülkiyyətində olan AR ƏMDK DƏDRX tərəfindən verilmiş 11523353 saylı Çıxarışa əsasən özəlləşdirilmiş 0,02104 ha torpaq sahəsində özünə məxsus bir köşk tikmiş və bununla da Cavabdeh təqribən 3 kv.m. torpaq yerini zəbt etmişdir. Bundan əlavə İddiaçı mülkiyyətində olan 47 kv.m. qeyri-yaşayış sahəsinə işıq enerjisi kabellərini də Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin altından keçərək çəkmişdir ki, bu da Cavabdeh məxsus həmin binanın sökülüb yenidən tikilməsi üçün problemlər yaradır. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən İddiaçı mülkiyyətində olan 47 kv.m. qeyriyaşayış sahəsinin qəzalı vəziyyətdə olması faktının müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etdi. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia ərizəsinə dəyişiklik edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən İddiaçı mülkiyyətində olan 47 kv.m. qeyri-yaşayış sahəsinə çəkilmiş işıq enerjisi kabellərinin İddiaçı hesabına sökülməsi, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən qarşılıqlı iddia üzrə iddiaçıya məxsus tikilinin önündə yerləşən taxtadan qanunsuz tikilmiş uzunluğu 2,76 sm, eni 2.20 sm olan köşkün İddiaçı hesabına sökülməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı iddia ərizəsinə dəyişiklik edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində, qarşılıqlı iddia üzrə iddiaçıya məxsus tikilinin önündə yerləşən taxtadan qanunsuz tikilmiş uzunluğu 2,76 sm, eni 2.20 sm olan köşkün İddiaçı hesabına sökülməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən ilkin iddianın təmin edilməsini xahiş etdi. O, qarşılıqlı iddiaya etirazını bildirdi və məhkəmədən qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən qarşılıqlı iddianın təmin edilməsini və ilkin iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə mülki iş üzrə tərəflərin izahatlarını və məhkəməyə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, ilkin iddia qismən əsaslı hesab edilərək qismən təmin edilməli, qarşılıqlı iddia isə əsaslı hesab edilərək tam təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı aşağıda göstərilənlər müəyyən edilmişdir: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 47,0 kvadrat metr olan qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir; - ünvan 4 ünvanında yerləşən 47,0 kvadrat metr olan qeyri-yaşayış sahəsinə aid Texniki Pasportun (05.09.2019 tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş) surətindən görünür ki, qeyri-yaşayış sahəsi 1 mərtəbən ibarətdir. Qeyri-yaşayış sahəsində 34.1 kv.m. olan xidməti sahə və 12,9 kv.m. olan anbardan ibarətdir, qeyri-yaşayış sahəsinin 2 girişçıxış qapısı var. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidməti 3-cü ərazi X9 İdarəsinin 27 avqust 2018-ci il tarixli məktubun surətindən görünür ki, idarə tərəfindən aparılmış araşdırma nəticəsində Sarayevo küçəsi 13A ünvanda yerləşən X5 məxsus qeyri-yaşayış obyektinin arxa qiriş-çıxış qapısı qonşu obyektin sahibi tərəfindən qeyriqanuni olaraq hasar və talvar tikilməsi nəticəsində bağlanmışdır. Aparılan tikinti işlərinin müvafiq icra hakimiyyəti orqanları ilə razılaşma sənədləri təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq tədbir görülməsi məqsədilə Xətai Rayon İcra Hakimiyyətinin rəhbərliyinə 24.08.2018-ci il tarixli 37/34-02023 saylı məktub ünvanlanmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən 257,8 kv.m. olan qeyri-yaşayış sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanından yerləşən 97,0 kv.m. olan qeyri-yaşayış sahəsi Cavabdeh mülkiyyətindədir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 1494,7 kv.m. olan, torpaq sahəsi 0.227090 hektar olan əmlak kompleksi Cavabdeh mülkiyyətindədir. - AR ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi **********90-12301 reyestr nömrəli ünvan 12 ünvanında yerləşən Cavabdeh Allahverdi qızına məxsus əmlak kompleksi kimi müəssisənin Texniki pasportundan görünür ki, həmin əmlak kompleksi 1384,3 kv.metr sahədən, daşla döşənmiş sahə 262,6 kv.metr ərazidən, açıq torpaq sahəsi 624,0 kv.metr ərazidən ibarətdir, ərazinin ümumi torpaq sahəsi 2270,9 kv.metrdir. Texniki pasport 27.07.2021-ci il tarixdə olan vəziyyətə əsasən tərtib olunub. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19.03.2021-ci il tarixli, 10/3426 nömrəli rəyində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən ünvan 8 ünvanında yerləşən İddiaçı mülkiyyətindən olan qeyri-yaşayış sahəsinin naturada ölçüləri texniki pasportun malumatlarına uyğun olduğu və ümumi sahəsi 47,0 kv.m. təşkil etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 12 ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsinin A literli tikilisinin daxilində yerləşən tikililərin faktiki olaraq sökülmüş vəziyyətdə olmasına baxmayaraq xarici divarların yerində olduğu və sahə baxımından naturada ölçüləri texniki pasportun məlumatlarına uyğun olduğu və ümumi sahəsi 1018,0 kv.m. təşkil etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən ünvan 12 ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyətindədir. ünvan 4 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər mülki iş materiallarında olmadığından dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. ünvan 4 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan qeyriyaşayış sahəsinin hər hansı bir hissəsi ünvan 12 ünvanında yerləşən Cavabdeh məxsus torpaq sahəsinin hüdudları daxilində olmadığı müəyyən edilmişdir. Lakin Cavabdeh və eləcə də, İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsindən əlavə çıxış kimi nəzərdə tutulan ümumi istifadə olan yolun bir hissəsi təqribən 6,0 kv.m. sahəsi Cavabdeh istifadəsində olduğu müəyyən edilir. ünvan 12 ünvanında yerləşən Cavabdeh tərəfindən inşa edilmiş tikili (hasar, talvar) İddiaçı Taptıq qızının mülkiyyətində olan ünvan 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin istifadəsi üçün maneələr yaratmadığı müəyyən edilir. Lakin İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən qeyriyaşayış sahəsinin arxa tərəfə açılan qapısından istifadəsinə maneə yaratdığı müəyyən edilir. Yəni, həmin qapı ümumi istifadədə olan yola açılır və həmin yolun bir hissəsi təqribən 6,0 kv.m. sahəsi Cavabdeh istifadəsindədir. ünvan 12 ünvanında yerləşən Cavabdeh tərəfindən mülkiyyətində olan qeyri-yaşayış sahəsinin üzərinə dəmir konstruksiyadan talvarın (dam) quraşıdırlmasına dair müvafiq icra hakimiyyəti orqanlarından icazə sənədləri olmadığından, talvar tikilisinin quraşdırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırma Qaydaları”nın 4.1 və 4.2-ci bəndlərində uyğun inşa olunmadığından tikinti norma və qaydalarına uyğun olunmadığı müəyyən edilir. Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 13 A ünvanında yerləşən İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinə çəkilmiş işıq enerjisi kabelləri ünvan 12 ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsinin torpaq sahəsinin (yer altı) hüdudların daxilindən keçdiyi müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01.10.2021-ci il tarixli, 10/2698 nömrəli rəyində müəyyən edilir ki, ünvan 10 ünvanında yerləşən, uzunluğu 2,76 sm., eni 2.20 sm. olan taxtadan inşa edilmiş tikilinin torpaq sahəsinə dair hüquq müəyyənedici və texniki sənədlərin mövcud deyil, ünvan 10 ünvanında yerləşən, uzunluğu 2,76 sm., eni 2.20 sm. olan taxtadan inşa edilmiş tikilinin quraşdırılmasına dair müvafiq icra hakimiyyəti orqanlarında icazə sənədləri olmadığından, talvar tikilisinin quraşdırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının” 4.1. və 4.2.-ci bəndlərinə uyğun inşa olunmadığı müəyyən edilmişdir. ünvan 10 ünvanında yerləşən uzunluğu 2.76 sm, eni 2.20. sm olan taxtadan inşa edilmiş (köşk) 0.50m hissəsi ünvan 9 ünvanında yerləşən Cavabdeh məxsus daşınmaz əmlakın (torpaq sahəsi) hüdudları daxilində yerləşdiyi və həmin torpaq sahəsinə düşən hissənin sahəsinin 1,1 kv.m (2,20x0,50) təşkil etdiyi müəyyən edilir. Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 13 A ünvanında yerləşən uzunluğu 2,76 sm, eni 2,20m olan taxtadan inşa edilmiş (köşk) qeyriyaşayış sahələrinə yaxın məsafədə (20-30 sm ara məsafəsində) quraşdırıldığından hər hansı bir yanğın hadisəsi baş verərsə yanğından mühafizə tədbirlərin həyata keçirilməsi üçün qismən maneə yaratdığı müəyyən edilir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 12 ünvanında yerləşən 1494,7 kv.m. olan qeyri-yaşayış sahəsi Cavabdeh mülkiyyətindədir; Məhkəmə tərəfindən mütəxəssis Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Daşınmaz əmlakın texniki inventarlaşdırılması şöbəsinin Texniki inventarlaşdırma işləri sektorunun yerquruluşu üzrə mühəndisi X2 iştirakı ilə keçirilmiş yerində müayinə zamanı aşağıdakılar aşkar edilmişdir: - ünvan 10 ünvanında yerləşən İddiaçı məxsus 47,0 kvadrat metr olan qeyri-yaşayış sahəsi bir 21,6 kv.m., 12.5 kv.m. və 12.9 kv.m. olan sahədən ibarətdir. Qeyri yaşayış sahəsinin giriş qapısı Sarayevo küçəsinə, digər qapısı isə, qeyri-yaşayış sahəsinin arxa divarında Cavabdeh mülkiyyətində olan ünvan 11 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ərazisinə çıxır. Həmin qapı açılan tərəfdə 6 kv.m. sahəsi daş hasara alınmış və orada da əlavə qapı nəzərdə tutulmuşdur. - Cavabdeh mülkiyyətində olan 1494,7 kv.m. sahəni əhatə edən əmlak kompleksi daş hasara alınmış və üzəri metal konstruksiyalı talvar ilə örtülüb. Həmin hasarın və talvarın bir hissəsi İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin arxa divarının üzərində inşa edilib. - Cavabdeh tərəfindən ona məxsus olan əmlak kompleksinin Sarayevo küçəsinə olan çıxışında, mülkiyyətində olan torpaq sahəsinin hüdudlarından kənarda dəmir konstruksiyalı qapı qoyulub. - İddiaçı məxsus qeyri-yaşayış sahəsinin yan tərəfində və Cavabdeh mülkiyyətində olan əmlak kompleksinin Sarayevo küçəsinə olan çıxışında eni, təxminən 70 sm olan və tərəflərin mülkiyyətində olmayan keçid yaranıb ki, həmin keçiddən istifadə üçün hər hansı maneələr aşkar edilməmişdir. Mülki mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İİİ-cü və İV-cü hissələrinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 157.4-cu maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 173.1-ci maddəsinə əsasən başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan əvəz ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 72.1-ci maddəsinə əsasən qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 3-cü hissəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Yuxarıda göstərilənlələrə əsasən məhkəmə ilkin iddiaya İddiaçı mülkiyyətində olan ünvan 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin üzərində (yuxarı hissəsində) Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikilinin (hasar, talvar) Cavabdeh tərəfindən sökülməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, ilkin iddia bu hissədə əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı işin həqiqi halları ilə müəyyən edilmişdir ki, Cavabdeh mülkiyyətində olan ünvan 12 ünvanında yerləşən əmlak kompleksi hasara alınmış və üstü talvar ilə örtülmüşdür. Həmin hasarın bir hissəsi ilkin iddia üzrə İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin arxa divarı üzərində tikilmişdir. Lakin, ilkin iddia üzrə Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin arxa divarının üzərində hasar və talvarın tikilməsi üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına müvafiq olaraq qarşı tərəfdən razılıq almalı olduğu halda bunu etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin hasar və talvarın tikilməsi zamanı qanunvericiliyin tələblərinə əməl edilməyərək ilkin iddia üzrə İddiaçı mülkiyyət hüququ pozulmuşdur. Odur ki, ilkin iddia İddiaçı mülkiyyətində olan və ünvan 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin arxa divarının üzərinə düşən hissədə hasar və talvarın sökülməsi tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə ilkin iddiaya İddiaçı mülki qızının mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin arxa tərəfinə açılan qapının Cavabdeh hesabına sökülərək çıxarılması, həmin qağının açıldığı yolun 6 kv.m. ibarət hissəsindən istifadəyə Cavabdeh tərəfindən yaradılan maneələrin qaldırılması hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, ilkin iddia üzrə İddiaçı mülkiyyətində olan ünvan 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin arxa divarında ilkin iddia üzrə Cavabdeh məxsus əmlak kompleksinə açılan qapı mövcuddur. Həmin divarın önündə Cavabdeh Allaherdi qızının mülkiyyəti olan əmlakın və torpaq sahəsinin hüdudlarında təxminən 6 kvadrat metr olar sahə hasara alınmış və qapı qoyulmuşdur, əmlakın Sarayevo küçəsinə olan girişində isə əlavə bir qapı da qoyulmuşdur. Məhkəmə ilkin olaraq qeyd edir ki, İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin arxa tərəfində açılan qapı, həmin qeyri-yaşayış sahəsinin arxa divarında mövcud olan qapıdır və həmin qapının Cavabdeh tərəfindən sökülməsi tələbi əsassızdır. Məhkəmə ilkin iddianın İddiaçı mülkiyyətində olan ünvan 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin arxa tərəfinə açılan qapının Cavabdeh tərəfindən sökülməsi hissəsində qiymət verərək qeyd edir ki, məhkəmə araşdırması zamanı, İddiaçı Allahverdi qızının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ön tərəfindən Sarayevo küçəsi çıxan bir qapı və qeyri-yaşayış sahəsinin arxa divarında isə Cavabdeh mülkiyyətində olan əmlak kompleksinə açılan arxa qapı mövcuddur. İlkin iddia üzrə İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin arxa tərəfinə açılan qapının Cavabdeh hesabına sökülərək çıxarılması, həmin qapının açıldığı yolun 6 kv.metrdən ibarət hissəsindən istifadəyə Cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması tələbi İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin arxa divarında olan qapıdan istifadənin təmin edilməsinə yönəldilmişdir. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin qapı Cavabdeh mülkiyyətində olan əmlak kompleksi və torpaq sahəsinə çıxır və həmin qapıdan istifadə Cavabdeh mülkiyyət hüququnun məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququnun bu cür məhdudlaşdırılması yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada mümkündür. Lakin, hazırki mülki iş üzrə bu cür hallar mövcud deyildir. Belə ki, ilkin İddiaçı qeyri-yaşayış sahəsindən istifadə edilməsi üçün hər hansı maneənin yaradıldığı müəyyən edilmir. Həmçinin məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı, hər iki qeyri-yaşayış sahəsinin arxa tərəfində yerləşən qapının açarları Cavabdeh tərəfindən ilkin iddia üzrə İddiaçı təklif edilmiş, lakin bu təklif sonuncu tərəfindən qəbul edilməmişdir. Məhkəmə bu halı AR MM-in 152.6-cı maddəsində nəzərdə tutulmuş hüquqdan sui-istifadə kimi qiymətləndirir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia üzrə iddiaçının iddia tələbinin hüquqi əsasını təşkil edən AR MM-in 157.4-cü maddəsinin dispozisiyasında nəzərdə tutulmuş şərtlər hazırki ilkin iddia tələbi üzrə mövcud olmadığına görə ilkin iddia İddiaçı mülkiyyətində olan ünvan 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin arxa tərəfinə açılan qapının Cavabdeh tərəfindən sökülməsi, həmin qapının açıldığı yolun 6 kv.metrdən ibarət hissəsindən istifadəyə Cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması hissəsində təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia hüquqi qiymət verərək belə qənaətə gəlir ki, qarşılıqlı iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, ünvan 10 ünvanında yerləşən, uzunluğu 2,76 sm., eni 2.20 sm. olan taxtadan inşa edilmiş tikilinin 0,50 m hissəsi ünvan 11 ünvanında yerləşən Cavabdeh məxsus daşınmaz əmlakın (torpaq sahəsi) hüdudları daxilində yerləşir və qeyri-yaşayış sahələrinə yaxın məsafədə 20-30 sm ara məsafəsində quraşdırıldığından hər hansı bir yanğın hadisəsi baş verərsə yanğından mühafizə tədbirlərinin keçirmək üçün qismən maneə yaradır. Belə olan halda, məhkəmə hesab edir ki, qarşılıqlı iddia təmin edilərək, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən qanunsuz olaraq tikilmiş köşk qarşılıqlı iddia üzrə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hüdudlarına düşdüyündən və qanunvericiliklə müəyyən edilmiş qeyri-yaşayış sahələrinə yaxın məsafədə (20-30 sm ara məsafəsində) quraşdırıldığından, habelə tikili ilə bağlı qanunvericilikdə nəzərdə tutulan razılaşmalar əldə edilmədiyindən ilkin iddia üzrə cavabdeh İddiaçı vəsaiti hesabına sökülməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə aid olan ekspert rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı, 100 (yüz) manat məbləğində pul vəsaiti isə Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlkin iddia qismən təmin edilsin. ünvan 10 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin arxa divarının üzərinə düşən hissədə Cavabdeh tərəfindən inşa edilmiş tikili (hasar, talvar) Cavabdeh hesabına sökülsün. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. ünvan 10 ünvanında yerləşən, İddiaçı və Cavabdeh məxsus qeyri-yaşayış obyektlərinin önündə İddiaçı tərəfindən tikilmiş uzunluğu 2.76 sm, eni 2.20 sm olan köşk İddiaçı hesabına sökülsün. Məhkəmə xərcləri dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı, 100 (yüz) manat məbləğində pul vəsaiti isə Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-185/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-185/2021
08.12.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver