Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1872/2021 19.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Məhkəmə iclas katibi X1, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ümumi birgə əmlaka dair payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, 5 otaqlı, 206,48 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin naturada bölünməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddianın predmetinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, 5 otaqlı, 206,48 kv.m ümumi sahəsindən ibarət İddiaçı və Cavabdeh adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış ümumi birgə mülkiyyət üzrə payların ½ hissədə bölünməsinə dair qətnamənin qəbul edilməsini xahiş etdi. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, 5 otaqlı, 206,48 kv.m ümumi sahəsindən ibarət fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ üzrə iddiaçı və cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hal-hazırda iddiaçı və cavabdeh ailə üzvləri ilə birlikdə Xətai rayonu, Əbilov küçəsi 38/1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayırlar. Hər iki yaşayış sahəsinin giriş-çıxışı ayrı olduğu üçün hər kəs mənzilə dair kommunal xərcləri özü ödəyir. İddiaçının fərdi yaşayış sahəsinin Cavabdeh fərdi yaşayış sahəsinə heç bir aidiyyəti yoxdur. İddiaçı hesab edir ki, ümumi birgə əmlakın ona məxsus olan payı digər mülkiyyətçinin payında ayrılmalıdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etdiyini, ümumi birgə mülkiyyətdə olan əmlakın tərəflər arasında bərabər paylara bölünməsinə razı olduğunu bildirdi. Məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutları və tərəflərin izahatlarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MH seriyalı ******* nömrəli Çıxarışın notarial qaydada təsdiq edilmiş sürətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsində istifadədə olan 0,02568 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 10 otaqlı, 245,56 kv.m yaşayış, 115,4 kv.m qeyri-yaşayış, 170,4 kv.m. köməkçi sahədən ibarət 38/1 nömrəli fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı, Cavabdeh adlarında daşınmaz əmlakın dövlət reyestrində 115 nömrəli reyestr kitabının 10466 nömrəli vərəqində qeydiyyat alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur (MM 213.1ci maddə). Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (MM 213.2-ci maddə). Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər (MM 213.5). Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır (MM 214.1-ci maddə). Yuxarıda istinad edilən qanunun normalarını və tərəflərin birgə mülkiyyətində olan daşınmaz əmlaka dair bərabər payların müəyyən edilməsi ilə bağlı tərəflərin qarşılıqlı razılığın nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, sahəsində yerləşən 2 mərtəbəli, 10 otaqlı, 245,56 kv.m yaşayış, 115,4 kv.m qeyri-yaşayış, 170,4 kv.m. köməkçi sahədən ibarət 38/1 nömrəli fərdi yaşayış evin üzərində İddiaçı və Cavabdeh bərabər payları müəyyən edilməklə, ½ payı üzərində İddiaçı, ½ payı üzərində Cavabdeh mülkiyyət hüququ müəyyən edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsində istifadədə olan, 0,02568 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 10 otaqlı, 242,56 kv.m yaşayış, 115,4 kv.m qeyri-yaşayış (yarımzirzəmi, mansard), 170,4 kv.m köməkçi sahədən ibarət 38/1 saylı evin üzərində tərəflərin bərabər payları müəyyən edilməklə, ½ (ikidə bir) payı üzərində İddiaçı, ½ (ikidə bir) payı üzərində Cavabdeh mülkiyyət hüququ tanınsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1872/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1872/2021
19.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver