Məhkəmə qərarları › İş №2(011)-1888/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1888/2022

30.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1888/2022 30.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi, Maraqlı şəxs qismində cəlb etdiyi, 14.02.1959-cu il təvəllüdlü X1 01.12.2021ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X4 14.02.1959-cu ildə Bakı şəhərində anadan olmuşdur, ərizəçinin anasıdır. O, 01.12.2021-ci il tarixdə yaşadıqları ünvan 1 ünvanında qəflətən vəfat etmişdir. Onun vəfatından sonra növbəti gün dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamə alınması üçün ərazi üzrə Maraqlı şəxs müraciət etmişdir. Lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün mərhum anası X1 adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin maraqlı şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan, AZE № 09438154 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 14.02.1959-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan ХV-ЖГ № 264352 saylı, 30.01.1990-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X7, anası X2r. İş materiallarında olan Bakı Şəhəri Təcili və X3 Stansiyasının 7 saylı bölməsinin 01.12.2021-ci il tarixli arayışından müəyyən olunmuşdur ki, 01.12.2021-ci il tarixdə saat 22:50-də ünvan 1 ünvanında yaşayan X1 adına çağırış daxil olmuş, briqada verilən ünvana çatdıqda 14.02.1959-cu il təvəllüdlü X1 meyidi aşkar edilmişdir. Bakı Şəhəri 7 nömrəli Şəhər Poliklinikasının 67 saylı, 03.02.2022-ci il tarixli arayışına əsasən X1 ölümü haqqında tibbi şəhadətnamə verilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri Maraqlı şəxs 4437-05/15 saylı, 21.12.2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq şöbə tərəfindən ölümün qeydə alınmasının mümkün olmaması bildirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında qeyd etmişdir ki, o, mərhum X1 qızıdır. O, müəllimə işlədiyi üçün övladını məktəb hazırlıqlarına həmişə anası mərhum X4 aparırdı. 01.12.2021-ci il tarixdə işdən evə gəldikdə anasının evdə olmadığını görmüş, telefonla əlaqə saxlayaraq anasının qızının müəlliməsigildə olduğunu öyrənmişdir. Lakin daha sonra axşam saat 22:00 radələrində ona qızından zəng gəlmiş, nənəsinin vəziyyətinin pis olduğu bildirilmişdir. Artıq müəlliməgilin evinə getdikdə polislərin orda olduğunu və anasının rəhmətə getdiyini görmüşdür. Lakin, təcili yardım hələ də gəlib çatmamışdı. 02.12.2021-ci il tarixdə mərhum anası X4 Bakı şəhərində yerləşən Qaraçuxur qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında qeyd etmişdir ki, o, mərhum X1 15 illik yaxın dostudur. 01.12.2021-ci il tarixdə ona zəng vurularaq mərhum X1 yolda yıxıldığını və rəhmətə getdiyini bildirmişdirlər. Onun həmişə yüksək təzyiqi olurdu, həm də ürək xəstəsi idi. 02.12.2021-ci il tarixdə Bakı şəhərində yerləşən Qaraçuxur qəbirstanlığında dəfn edilmişdir. Ölüm səbəbi isə yüksək təzyiq və ürək tutması olmuşdur. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X1 01.12.2021ci il tarixdə ölməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X1 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə ölümü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X1 01.12.2021-ci il tarixdə ölməsi ərizəçinin izahatı ilə və işin digər mötəbər sübutlar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 14.02.1959-cu il tarixdə Bakı şəhərində anadan olmuş X1 01.12.2021-ci il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar