Məhkəmə qərarları › İş №2(011)-1893/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1893/2023

24.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1893/2023 24.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, mərhum anası X4 xx.xx.2022-ci il tarixdə yaşadığı ünvan 2-də vəfat etmişdir. Mərhum anasını el qaydasında dəfn etmişdirlər. X4 üçün ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə maraqlı şəxs 4 saylı Poliklinikaya ərizə ilə müraciət edərək ölüm haqqında şəhadətnamənin verilməsini tələb etdikdə maraqlı şəxs 4 saylı Poliklinika cavab olaraq bildirmişdir ki, ərizəçinin anası X2 ölümündən sonra gec müraciət etdikləri üçün ərizəni təmin edə bilmirlər. Ərizəçinin mərhum anası ünvan 2-də vəfat etməsinin qonşular tərəfindən tərtib olunmuş aktda göstərilmişdir. Mərhumun ölümü faktının müəyyən edilməsi onun mirasının müqəddəratının həll edilməsi üçün lazımdır. Ərizəçi göstərilənləri nəzərə alaraq, X2 xx.xx.2022-ci il tarixdə ünvan 2-də ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etməklə yanaşı, ölüm faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, ərizəçinin izahatına və iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazimi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında olan 31 oktyabr 2022-ci il tarixdə tərtib edilmiş, Ağa Neymətulla küçəsi 75 ünvanında yaşayan qonşular – Cəfərov Əlirza, Şükürov Azər, Qulamzadə Murad, Yuxayev Rafik, Talıbzadə Yaşar tərəfindən imzalanmış aktdan görünür ki, mərhum X4 10 iyun 2022-ci il tarixdə yaşadığı Bakı şəhəri Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 75, mənzil 24-də təkbaşına vəfat etmişdir. İş materiallarında olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X8 “Bakı Şəhər Baş Səhiyyə Mərkəzi” X8 4 nömrəli Şəhər Poliklinikası tərəfindən X1 ünvanlanmış 218№-li, 01 noyabr 2022-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olub və yaşamış vətəndaş X4 10 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində vəfat etdiyindən və uzun müddət poliklikaya hər hansı bir xəstəliklə əlaqədar müraciət etmədiyindən tərəflərindən ölüm haqqında şəhadətnamə verilməsi mümkün deyil. İş materiallarında olan 6 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 25 yanvar 2023-cü il tarixli məktubdan görünür ki, X2 ölümün qeydə alınması ilə bağlı şöbəyə ünvanlanmış müraciətinə baxılmış və bildirilmişdir ki, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. Bu səbəbdən də, məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. İş materiallarında olan 10 iyun 2022-ci il tarixli Təcili və X3 Stansiyasının 1 saylı bölməsi tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 10 iyun 2022-ci il tarixdə X4 üçün çağırış edilmiş, eyni gün saat 23:16-da qadın cinsli meyit aşkar olunmuş, “Həkimə qədər ölüm” diaqnozu qoyulmuşdur. İş materiallarında olan AZE seriyalı, 15787267 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X4 xx.xx.1964-cü il tarixdə Naxçıvan MR, Şahbuz rayonu, Tirkeş kəndində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi 116 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 655 №-li 31 oktyabr 2022ci il tarixli arayışdan görünür ki, mərhum X4 08 may 2003-cü il tarixdən – 10 iyun 2022-ci il tarixinə kimi göstərilən ünvanda qeydiyyatda olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, xx.xx.1964-cü il təvəllüdlü X2 10 iyun 2022-ci il tarixdə ünvan 2 ünvanında vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir və X2 vəfat etməsi faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1964-cü il təvəllüdlü X2 10 iyun 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X2 adına ölüm haqqında şəhadətnamənin verilməsi 6 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar