Məhkəmə qərarları › İş №2(011)-1914/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1914/2025

02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1914/2025 02.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC BOKT-nın Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC BOKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 14 325.45 (on dörd min üç yüz iyirmi beş ABŞ dolları, 45 sent) ABŞ dolları, faiz borcu üzrə 2 162.92 (iki min yüz altmış iki ABŞ dolları, 92 sent) ABŞ dolları, cəmi 16 488.37 (on altı min dörd yüz səksən səkkiz ABŞ dolları, 37 sent) ABŞ dolları kredit borcunun, həmçinin ödənilmiş 174.10 (yüz yetmiş dörd manat, 10 qəpik) manat məbləğində dövlət rüsumunun "xxxx" QSC-nin xeyrinə ödənilməsi;2. Tutmanın Cavabdeh mülkiyyətində olan 90-FG- 303 dövlət qeydiyyat nişanlı, "HYUNDAİ İX35” markalı minik (buraxılış ili 2013, Ban- TMAJU81BDDJ4633343, rəngi qara ağ) avtomobilinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin "xxxx" QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub "xxxx" QSC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Anar Ağayev iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Azərbaycan Beynəlxalq Bankı ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Mülki Məcəllənin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 101S saylı Sərəncamın icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-1977 saylı, xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən, İddiaçı QSC-yə verilmişdir, "xxxx" ASCnin Sənaye filialı ilə (bundan sonra “Bank”) Cavabdeh (bundan sonra “Borcalan”) arasında xx.xx.2014-cü il tarixli, 01155 saylı kredit borc müqaviləsi bağlanmışdır, Müqaviləyə əsasən, cavabdehə avtomobil almaq məqsədilə illik 18% tətbiq edilməklə, 60 ay müddətinə 25200 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2013-cü il kassa məxaric orderindən də görünür ki, cavabdeh ona ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-FG-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ İX 35” markalı minik avtomobil xx.xx.2013-cü il tarixində, 01155 saylı İpoteka müqaviləsi ilə yüklü edilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir, belə ki, Cavabdeh banka hazırda olan əsas borc üzrə 14325.45 ABŞ dolları, faiz borcu üzrə 2162.92 ABŞ dolları olmaqla ümumilikdə 16488.37 ABŞ dolları məbləğində təşkil edir, bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan borc müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur, lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Sonda iddiaçının nümayəndəsi Anar Ağayev iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmiş, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin “Sənaye“ filialı ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 01155 nömrəli Kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə avtomobil almaq məqsədi ilə illik 18% tətbiq edilməklə, 60 ay müddətinə 25200 manat məbləğində borc verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, 1155 saylı İpoteka müqaviləsindən görünür ki, Kredit müqaviləsinin təminatı olaraq tərəflər Cavabdeh mülkiyyətində olan **- FG-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ İX 35” markalı minik avtomobilin ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. İş materiallarında olan xx.xx.2013-cü il tarixli 01155 nömrəli Kredit müqaviləsinə Əlavə 1 Ödəniş cədvəlindən görünür ki, kredit alan Cavabdeh 25200 ABŞ dolları məbləğində, gəlir dərəcəsi 18% olmaqla, 60 ay müddətinə, aylıq 639.92 ABŞ dolları məbləğində olmaqla kredit verilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli Məxaric orderindən görünür ki, 25200 ABŞ dolları Cavabdeh təhvil verilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Beynəlxalq Bankı” ASC ilə İddiaçı QSC arasında problemli aktivlər üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqavilə bağlanmışdır. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış problemli aktivlər üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair xx.xx.2017-ci il tarixli müqaviləyə Əlavə S-AVK-1977 saylı, xx.xx.2018-ci il tarixli Akt-dan görünür ki, Cavabdeh dair müvafiq sənədlər İddiaçı QSC tərəfindən təhvil alınmışdır. İş materiallarında olan Maliyyə arayışından görünür ki, 01155 nömrəli müqaviləyə əsasən, kredit üzrə əsas borcun qalığı 14325.45 ABŞ dolları, banka gəlirin qalığı 2162.92 ABŞ dollarıdır. İş materiallarından olan “X2 edilməsi Agentliyi” tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli 5141 saylı bildirişdən görünür ki, Cavabdeh İddiaçı QSC ilə "xxxx" ASC arasında xx.xx.2015-ci il tarixli Müqaviləyə əsasən "xxxx" ASC–nin problemli aktivləri üzrə tələb hüququ İddiaçı QSC–yə keçməsi, İddiaçı QSC ilə “X2 edilməsi Agentliyi” MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli xidməti müqaviləyə əsasən, "xxxx" -nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X2 edilməsi Agentliyi” MMC-nin həyata keçirməsi, həmçinin məlumat üçün xx.xx.2013-cü il tarixli, 01155 saylı kredit müqaviləsinə əsasən gecikmədə olan borcu, əsas borc üzrə 14325.45 ABŞ dolları, faiz borcu üzrə 2162.92 ABŞ dolları olmaqla, ümumilikdə 16488.37 ABŞ dolları təşkil etməsi bildirilmiş, cavabdeh 10 gün müddətində borcunu ödəmədiyi təqdirdə bank tərəfindən məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9\2878 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2013cü il tarixli, 01155 saylı müqaviləyə əsasən, Cavabdeh İddiaçı BOKT QSC-ya olan borcu xx.xx.2023-cü il tarixinə əsas borc üzrə 15255.04 ABŞ dolları,faiz borcu üzrə 22334.56 ABŞ dolları təşkil edir. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair Bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** saylı Qəbzdən görünür ki, İddiaçı QSC BOKT tərəfindən 174.10 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" ASCnın Sənaye “filialı” ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixli 01155 nömrəli Kredit müqaviləsi bağlanmışdır, bank tərəfindən cavabdehə 60 ay müddətinə, illik 18% dərəcəsi ilə 25200 manat məbləğində kredit vəsaiti ayrılmışdır, cavabdeh müqavilədə nəzərdə tutulan kredit məbləğini iddiaçıdan qəbul edərək götürmüşdür. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-FG-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ İX35” markalı minik avtomobil xx.xx.2013-cü il tarixli, 01155 saylı İpoteka müqaviləsi ilə yüklü edilmişdir. "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış “Tələb hüququnun güzəşt edilməsinə dair” xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərini yerinə yetirməmişdir, hazırda cavabdehin banka ödənilməmiş 14325.45 ABŞ dolları məbləğində əsas borc, 2162.92 ABŞ dolları məbləğində faiz borcu olmaqla, ümumilikdə 16488.37 ABŞ dolları məbləğində borcu qalmışdır. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə, əsas və müqavilə müddətinə olan faiz borc məbləğini, ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə deyil, iddia tələbində göstərilən məbləğə uyğun olaraq müəyyən edir. Bu onunla izah olunur ki, ekspert rəyində göstərilən məbləğ iddia tələbində göstərilən məbləğdən çox olmaqla iddia tələbindən kənara çıxır. Belə olan halda məhkəmə hesab edir ki, əsas və faiz borc məbləği iddia tələbində göstərilən həddə (müvafiq olaraq 14325.45 ABŞ dolları və 2162.92 ABŞ dolları) müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardan biridir. Həmin Qanunun 37.3-cü maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 14325.45 ABŞ dolları məbləğində əsas borc, 2162.92 ABŞ dolları məbləğində faiz borcu olmaqla, ümumilikdə 16488.37 ABŞ dolları məbləğində borc alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli, tutma ipoteka predmeti olan “HYUNDAİ İX35” minik markalı **- FG-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, həmin avtomobil açıq hərrac yolu ilə satılmalı, satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməli, ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və dövlət rüsumuna görə ödənilmiş 174.10 manat ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh əsas borc üzrə 14325.45 ABŞ dolları məbləğində, faiz borcu üzrə 2162.92 ABŞ dolları məbləğində borc olmaqla, ümumilikdə 16488 (on altı min dörd yüz səksən səkkiz) ABŞ dolları 37 (otuz yeddi) sent məbləğində pul vəsaiti və dövlət rüsumu qismində ödənilmiş 174 (yüz yetmiş dörd) manat 10 (on) qəpik alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma ipoteka predmeti olan “HYUNDAİ İX35” minik markalı **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin, həmin avtomobil açıq hərrac yolu ilə satılsın, borc satışdan əldə olunan vəsait hesabına İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılsın, ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləği Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar