Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1924/2025 15.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölməsi faktının müəyyən edilməsinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı xx.xx.1974-cü il təvəllüdlü X3 1975-ci il tarixdə Xaçmaz rayonu, Alekseyevka (indiki Çaykənarı) kəndində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qardaşı xx.xx.1974-cü il təvəllüdlü X7 Bakı şəhərində doğulmuşdur, o, Xaçmaz rayonu, Alekseyevka (indiki Çaykənarı) kəndində atasına məxsus evdə yaşamışdır, 1975-ci il tarixdə yaşadığı evdə vəfat etmişdir. Vəfatından sonra onu Xaçmaz rayonu, Alekseyevka (indiki Çaykənarı) kəndinin qəbristanlığında dəfn etmişlər. Qardaşının ölüm haqqında şəhadətnaməsinin alınması üçün Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin, mərhumun adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Ölüm faktının təsdiq edilməsi mərhumun ölüm haqqında şəhadətnaməsinin alınması məqsədilə lazımdır. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, X7 13 mart 1974-cü ildə Bakı şəhərində anadan olmuşdur, atası X2, anası X9r, bu barədə xx.xx.1974-cü il tarixdə Xaçmaz rayon Alekseyevka İcra Nümayəndəliyində doğum akt qeydi tərtib olunmuşdur. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X7 barəsində ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Xaçmaz Rayon İcra Hakimiyyətinin Çaykənarı İnzibat Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, xx.xx.1974-cü il tarixində anadan olmuş X7 1975-ci ildə vəfat etmiş və Alekseyevka (indiki Çaykənarı) kənd qəbiristanlığında dəfn edilmişdir. Qəbiristanlıqdan çəkilmiş fotoşəkildən görünür ki, baş daşında Elbrus yazılmış mərhum 1974-cü ildə doğulmuş, 1975-ci ildə vəfat etmişdir. Xaçmaz rayon Çaykənarı Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Arayışdan görünür ki, X1 rayonu, Alekseyevka kəndində 1975-ci ildə kənd qəbiristanlığında dəfn olunmuşdur. AR DİN Baş pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1074-cü il təvəllüdlü X3 qeydiyyatı və sənədləşdirilməsi barədə məlumat aşkar edilməmişdir. Xaçmaz Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1974-cü il təvəllüdlü X3 Xaçmaz rayonu ərazisində yaşaması və ya axtarışda olması barədə hər hansı bir məlumat qeydə alınmamışdır. AR Dövlət Sərhəd Xidmətinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1974-cü il təvəllüdlü X3 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Ərizəçi valideynlərini, Adilov Abdullanı və Adilova Minayəni yaxşı tanımışdır, kənddə onlarla qonşu olmuşdur, onların Elbrus adlı oğlu 1974-cü ildə doğulmuş, 1975-ci ildə yaşadıqları indiki Çaykənarı kəndində vəfat etmiş, həmin kəndin qəbiristanlığında da dəfn edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının;
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”: 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Məhkəmənin mövqeyi: İş materiallarında olan sənədlərlə və şahid ifadəsi ilə xx.xx.1974-cü ildə Bakı şəhərində doğulmuş X3 1975-ci il tarixdə Xaçmaz rayonu Alekseyevka (indiki Çaykənarı) kəndində ölməsi faktı sübut olunur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X5 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə qardaşının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X3 1975-ci il tarixdə Xaçmaz rayonu Alekseyevka (indiki Çaykənarı) kəndində ölməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. xx.xx.1974-cü il təvəllüdlü X3 1975-ci il tarixində Xaçmaz rayonu, Çaykənarı kəndində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Leyla Şövkətli-Mənsimli