Məhkəmə qərarları › İş №2(011)-1930/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1930/2022

04.03.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1930/2022 04.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair” ərizə, daha sonra dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs 03.11.2009-cu il təvəllüdlü X1 üçün 350 manat alimentin onun xeyrinə tutulması üçün Maraqlı şəxs ilə aralarında mediasiya şurasında bağlanmış 07.01.2021-ci il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, cavabdeh Maraqlı şəxs ilə nikahlarını 10.02.2009-cu il tarixdə Xətai rayon qeydiyyat şöbəsində rəsmiləşdirilməklə ailə qurmuşdur. Birgə nikahdan 03.11.2009-cu il təvəllüdlü X6 dünyaya gəlmişdir. Maraqlı şəxs övladı ilə maraqlanmır, özü tək ailənin və uşağın maddi ehtiyaclarını, qayğısını çətinliklə ödəyir. Halbuki, valideynlər uşaqlarını birlikdə saxlamağa borcludurlar. Maraqlı şəxs aliment tutulması ilə bağlı olaraq tərəfindən ilkin olaraq mediasiya şurasına müraciət olunmuş, Maraqlı şəxs 03.11.2009-cu il təvəllüdlü X6 üçün hər ay 350 manat alimenti ödəməyə razılığını bildirmiş və bununla bağlı olaraq Mediasiya şurasında 07.12.2021-ci il tarixdə Barışıq sazişi imzalanmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah və doğum haqqında şəhadətnamələrdən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında nikah 10.02.2009-cu il tarixdə Bakı şəhəri Xətai rayon i Qeydiyyat şöbəsində bağlanmış və 92 nömrə ilə qeydə alınmışdır. Tərəflərin birgə nikahlarından 03.11.2009-cu il təvəllüdlü X6 anadan olmuşdur. Maraqlı şəxs ("Birinci tərəf") və Ərizəçi ("İkinci tərəf") arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X5 tərəfindən tərtib olunmuş 07.12.2021-ci il tarixli Barışıq sazişinin surətindən görünür ki, tərəflər birgə nikahdan 03.11.2009-cu il tarixində doğulmuş X2 üçün ana Ərizəçi xeyirinə 350 (üç yüz əlli) AZN aliment verilməsinə razılaşmışdırlar. Sazişin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə büər. Ərizəçi tərəfindən Maraqlı şəxs ünvanlanmış 16.01.2022-ci il tarixli məktubdan görünür ki, ərizəçi maraqlı şəxsə müraciət edərək, 07.12.2021-ci il tarixli Banşıq sazişinin imzalandığı tarixdən bir aydan çox vaxtın keçməsinə baxmayaraq bu günə kimi heç bir aliment ödənilmədiyini bildirərək, sazişə əsasən üzərinə götürdüyü öhdəliyi, yəni 03.11.2009-cu il təvəllüdlü X1 üçün 350 manat alimenti bu məktubu aldığı vaxtdan dərhal sonra ödəməyi tələb etmişdir. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 27.01.2022-ci il tarixli məktubdan görünür ki, maraqlı şəxs 16.01.2021-ci tarixli məktuba cavab olaraq, barışıq sazişin könüllü icra edilməsindən, yəni 03.11.2009-cu il təvəllüdlü X1 üçün 350 manat alimenti ödəməkdən imtina etməsini bildirmişdir. Bakı şəhəri Xətai rayon 66 saylı MKİS-nin 09.08.2021-ci il tarixli arayışındaan görünür ki, Ərizəçi Bakı şəhəri, Xətai rayonu, İlham Əliyev küçəsi, 58 saylı evdə yaşayır. Maraqlı şəxs və Ərizəçi arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X5 tərəfindən tərtib olunmuş 07.12.2021-ci il tarixli Barışıq sazişinin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə büər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqmda məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasmdan imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, işin araşdırılmış halları ilə Maraqlı şəxs tərəfindən Ərizəçi ilə aralarında mediasiya prosesi nəticəsində bağlanmış 07.12.2021-ci il tarixli Barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Həmçinin, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsinə səbəb ola biləcək, MPM-nin 355-26-cı maddəsində sadalanmış halların olmadığı müəyyən edilmişdir Ona görə də, ərizə təmin olunmalıdır Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs Ərizəçi xeyrinə 03.11.2009-cu il təvəllüdlü X1 üçün 350 (üç yüz əlli) manat alimentin tutulması barədə Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış 07.01.2021-ci il tarixli Barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar