Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1942/2022 04.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “şəxsin ölüm faktının müəyyən edilməsi’’ barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı X3 ölüm faktını təsdiq edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 82 mən.45 yaşayır. X7 ərizəçinin həyat yoldaşıdır. X7 xx.xx.2021-ci il tarixində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 82 mən. 45 (serroz xəstəliyindən) rəhmətə getmişdir. X1 qəsəbəsində Quşçuluğ qəbirsanlığında dəfn olunmuşdur. Ərizəçi ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı olaraq Bakı şəhəri Xətai Rayon (şəhər) qeydiyyat şöbəsinə müraciət etmiş, lakin Xətai Rayon (şəhər) qeydiyyat şöbəsi ərizəçiyə ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Ərizəçi sonradan məhkəməyə ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, məhkəmədən xx.xx.1968-ci il təvəllüdlü X3 xx.xx.2021-ci ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olunmuş maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı 06565580 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1968-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Bakı şəhər Baş Səhiyyə Mərkəzi X14 38 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli 56 saylı arayışından görünür ki, ünvan 1 ünvanında yaşamış xx.xx.1968-ci il təvəllüdlü X4 ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. İş materillarında olan Bakı şəhəri Təcili və X5 stansiyasının 7 saylı yardımçı stansiyası tərəfindən verilmiş 011116 saylı xx.xx.2021-ci il tarixli arayışından görünür ki, xx.xx.2021-ci il tarixində saat 07:40-da X3 həkimə qədər ölümü baş vermişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 4581-05/15 saylı, xx.xx.2021-ci il tarixli məktubla ona ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Suraxanı rayonu Hövsan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli № 318 saylı arayışdan görünür ki, X7 xx.xx.2021-ci ildə vəfat etmişdir. xx.xx.2021-ci ildə Hövsan qəsəbə, Quşçuluq y/s sahəsi qəbiristanlığında dəfn olunmuşdur. İş üzrə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, Ərizəçi qardaşıdır. X2 onun qayınıdır. X7 xx.xx.2021-ci il tarixində Bakı şəhərində vəfat etmişdir və Hövsan qəsəbəsində yerləşən qəbirstanlığında dəfn edilmişdir İş üzrə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, Ərizəçi qardaşıdır. X2 onun qaynıdır. X7 xx.xx.2021-ci il tarixində Bakı şəhərində vəfat etmişdir. Hövsan qəsəbəsinin Quşçuluq y/s sahəsində yerləşən qəbirstanlığında dəfn edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi həyat yoldaşı xx.xx.1968-ci il təvəllüdlü X3 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı işdə iştirak edən şəxslərin izahatları, şahid ifadələri və iş üzrə təqdim edilən sənədlərlə tam şəkildə sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilən Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd edilən Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1968-ci il təvəllüdlü X3 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizə təmin edilsin. 25 oktyabr 1968-ci il təvəllüdlü X3 03 dekabr 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-1942/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1942/2022
04.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver