Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1948/2024 06.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi 6 saylı Bakı ASAN Xidmət X8ni maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçinin tələbi və dəlilləri Ərizəçi xx.xx.1993-cü il tarixində Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, Xətai park yaşayış kompleksi, ev 48 A, mənzil 2-də qeydiyyatda olmaqla yaşamış X2 21 noyabr 2023-cü il tarixdə yaşadığı ünvanda öldüyünə dair hüquqi əhəmiyyətli olan faktin müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 2014-cü ilin avqust ayında X5 ilə rəsmi nikaha girərək ailə qurmuşdur. Birgə nikahdan 2015-cü il təvəllüdlü oğulları Müstafayev Hüseynxan dünyaya gəlmişdir. X1 rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Müharibə veteranlarının bərpa mərkəzi”ndə həkim-oftalmoloq işləyirdi. xx.xx.2023-cü il tarixdə X2 doğma qardaşı X13 tərəfindən aşkar olunmuşdur ki, X5 yaşadığı mənzilin uşaq otağında divara bərkidilmiş turniketdən qalstukla özünü asaraq intihar etmişdir. Bu barədə dərhal X18 və hüquq-mühafizə orqanlarına məlumat verilmişdir. 7 saylı Təcili Tibbi yardım stansiyasının tibbi yardım briqadası hadisə yerinə gəlmiş və X2 meyidini aşkar etmişdir. Bu barədə xx.xx.2023-cü il tarixli 119 nömrəli arayış verilmişdir. X2 ölümünün qeydə alınması məqsədi ilə ərizəçi xx.xx.2023-cü il tarixinə 6 saylı Bakı “ASAN Xidmət” X6 müraciət etmişdir. X15 tərəfindən ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsin ərizəyə dair münasibəti Maraqlı şəxs 6 saylı Bakı ASAN Xİdmət X8 məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılsa da, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları İş materiallarında olan AA0122860 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1993-cü il tarixində anadan olmuşdur. İş materiallarında olan AZ-İİİ seriyalı 571207 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X2 nikahları xx.xx.2014-cü il tarixində bağlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Təcili və X9 Stansiyasının 7 saylı Bölməsinin 119 nömrəli xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 14:29da Gəncə 48, m 18 ünvanında X4 adına çağırış yerinə gələn 7 saylı bölmənin həkimi tərəfindən qadın cinsli meyid aşkar edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Prokurorluğunun böyük müstəntiqi Fərid Nuriyevin xx.xx.2023-cu il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” Qərarın surətindən görünür ki, X3 intihar edərək özünü öldürməsi faktı əsasında aparılan araşdırma zamanı cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Qərarda göstərilmişdir ki, X2 xx.xx.2023-cü il tarixində günorta saatlarında yaşadığı mənzilin uşaq otağında divara bərkidilmiş turnikdən əri Orxan Mustayeva məxsus qalstukla özünü asaraq intihar etməsi toplanmış sübutlarla tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı ASAN Xidmət X8nin xx.xx.2023-cü il tarixli 3-16-5/7-15-2294/2023 nömrəli məktubundan görünür ki, şöbə tərəfindən X2 ölümünün qeydiyyata alınması barədə xx.xx.2023-cü il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, ölümün təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 izahatında qeyd etmişdir ki, ərizəçi onun yeznəsidir. Saat günorta vaxtı idi, Ərizəçi ona zəng etmişdir ki, bacısı zənglərə cavab vermir. O, bacısını yoxlamaq üçün evlərinə getmişdir. Qapını döymüş, qapının açmamışdırlar. O, bacısının mobil telefonuna zəng etmiş, telefonun zəngi mənzilin içərisindən gəlmişdir. O, qapını qırmış, mənzilə daxil olmuşdur. Orada bacısı özünü asmış vəziyyətdə görmüşdür. O və onunla olan iş yoldaşları bacısının özünü asdığı qalstuku kəsmişlər, bacısını yatağa uzandırmışdırlar. Bundan sonra o, orada olan qonşular təcili tibbi yardım çağırmışdırlar və hüquq mühafizə orqanlarına məlumat vermişdirlər. Bundan sonra o, yeznəsinə və valideynlərinə hadisə ilə bağlı məlumat vermişdir. və digər şəxslərə də hadisə ilə bağlı məlumat vermişdirlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin mövqeyi Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək üzrə belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəçinin izahatı, şahid ifadəsi və işin digər materialları ilə X2 xx.xx.2023-cü il tarixində ölməsi tam sübuta yetirilmişdir. Digər tərəfdən ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə ölümü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X5 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi ərizəçinin izahatı ilə və işin digər mötəbər sübutlar ilə təsdiq edildiyindən ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1993-cü il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1948/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1948/2024
06.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver