Məhkəmə qərarları › İş №2(011)-1954/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1954/2024

10.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1954/2024 10.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi ilə. İddiaçı Cavabdeh1 MTK-nın cavabdehlər X12 və Cavabdeh2 MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. Cavabdeh1 (VÖEN **********) xx.xx.2005-ci il tarixdən dövlət qeydiyyatına alınmış, qanuni təmsilçisi Hikmet Yiğitdöldür. MTK Bakı şəhəri, Xətai rayonu ərazisində yüksək mərtəbəli binaların tikintisini həyata keçirmiş, tikilmiş binalarda yaşayış və qeyri-yaşayış sahələrini qanunvericiliyin tələlərinə əsasən payçılara vermişdir. Bir müddət əvvəl onlara məlum olmuşdur ki, Cavabdeh2 (**********) MTK-nın səlahiyyətini qanunsuz şəkildə mənimsəyək MTK-nın adından payçı müqavilələrini ləğv edir, MTK adından qanunsuz olaraq yeni müqavilələr bağlayır. Belə ki, "xxxx" MMC ilə X15 arasında bağlanmış 07 iyun 2022-ci il tarixli müqavilədən açıq-aşkar görünür ki, MMC MTK-nın səlahiyyətlərinin mənimsəyək müqavilə bağlayır. Həmin müqavilədə göstərilmişdir ki, "xxxx" MTK-nın səlahiyyətlərini icra edən İnter MMC-nin direktoru Şahid ilə Felik Məmmədov razılığa gələrək müqaviləni imzalamışlar. Qeyd edirlər ki, 07 iyun 2022-ci il tarixli müqavilə qanunvericiliyin tələblərinə ziddir və etibarsız hesab edilməlidir. Mülki Məcəllənin 109.1-ci maddəsinə əsasən, kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Bu anlayışda kooperativin mahiyyətini xarakterizə edən, onu təşkilati-hüquqi forma olaraq digər hüquqi şəxslərdən fərqləndirən cəhətlər öz əksini tapmışdır. Qanunverici kooperativi hər hansı gəlir əldə etmək niyyəti olmadan, fiziki və ya hüquqi şəxslərin əsasən eyni (oxşar) olan şəxsi tələbat və maraqlarını təmin etmək məqsədi ilə könüllü şəkildə öz imkan və vəsaitlərini birləşdirməklə yaratdıqları xüsusi növ hüquqi şəxs kimi müəyyən etmişdir. Kooperativlərin ən geniş yayılmış növü olan mənzil-tikinti kooperativlərinin anlayışı Mənzil Məcəlləsinin 109.1-ci maddəsində müəyyən edilmişdir. Həmin maddəyə görə, yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir.

İddiaçının tələbi:

2. İddiaçı Cavabdeh2 (**********) ilə X15 arasında bağlanmış 7 iyun 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın Xocalı prospektinə baxan orta hissəsinin 1-ci mərtəbəsində yerləşən 165 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh1nə(VÖEN **********) qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin iddiaya münasibəti:

3. Cavabdeh tərəfindən heç bir yazılı etiraz daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları:

4. İddiaçı Cavabdeh1 MTK-nın direktoru Hikmet Yigitdöl öz izahatında qeyd etmişdir ki, müqavilə qanuna uyğun deyil, belə ki, audit rəyində Məmmədov Felikin 182 kv.m yeri olması qeyd edilir, həmçinin məhkəmə qərarı ilə Məmmədov Felikin 100 kv.m yeri tələb etməyə haqqı vardır. Lakin onlar Məmmədov Feliki 182 kv.m yerə 9 nömrəli ofisə yerləşdirərək 82 kv.m artıq vermişdirlər ki, haqlarından imtina etsin. O hazırda Məmmədov Felikin müqaviləni gizlətdiyini, onların hazırda həmin müqaviləni tapa bilmədiyini qeyd etmişdir. X18 öz izahatında Məmmədov Felikin müqaviləsi olduğunu, verilən ofis ona da sərf etmədiyini, lakin onların Cavabdeh2 MMC ilə razılaşdıqlarını, ancaq Məmmədov Felik ilə Cavabdeh2 MMC arasında bağlanmış müqavilənin qanunsuz olduğunu, çünki qanuni olması üçün hər iki şirkət müqaviləni imzalaması tələb olunduğunu, bu səbəbdən Cavabdeh2 MMCnin verilmiş müqavilənin tamamilə qanunsuz olduğunu qeyd etmişdir. Cavabdeh1 MTK-nın direktoru Hikmet Yigitdöl sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, Cavabdeh1 MTK müqavilə bağlayan zaman digər təsisçilərin razılığı alınması və müqaviləni imzalamalar nəzərdə tutulmamış, təsisçilərin sayı 5 nəfərdən ibarət olmuşdur. Digər təsisçilərdən Novruzov Orduxan və Aslanov Yavərin adlarını qeyd etmişdir.”İnter” MMC ilə Cavabdeh1 MTK arasında barışıq sazişi bağlanmış və yerləşdirmənin hər iki tərəfin köməkliyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. O həmçinin qarşı tərəfin audit rəyində olan müqaviləni deyil, audit rəyində olmayan müqaviləni qüvvəyə mindirmək istədiklərini qeyd etmişdir. Həmin müqavilənin sonradan tərtib edildiyi üçün audit rəyində qeyd edilmədiyini, həmin müqaviləni 2022-ci ildə imzalayaraq verdiyini, həmin mağaza Şahid tərəfindən satıldığından cavabdeh tərəfindən həmin müqavilənin gizlədildiyini, həmin mağazanı alan şəxs tərəfindən çıxarış əldə edildiyini, Məmmədov Felikin sahəsinin satıldığını, onun mağazasının nömrəsinin 9 olduğunu Dilarə xanım 10 nömrəli mağazasının yanında yerləşdiyini qeyd etmişdir. Eyni zamanda Hikmet Yigitdöl öz izahatında audit rəyində olan müqavilənin tərəfindən imzalandığını, həmin müqavilənin gizlədildiyini, hər iki şirkət tərəfindən müqavilə imzalanmadığı zaman bu cür problemlərin yarandığını, bu səbəbdən “vətəndaşların Hikmet Yigitdölün köməkliyi ilə yerləşdirilməli olduğu” qeyd edildiyini bildirmişdir. Bu günə qədər heç kimin Məmmədov Felikin hansı səbəblə artıq sahə əldə etdiyini müəyyənləşdirmədiyini, Məmmədov Felikin qeyd edilən binanın 3-cü mərtəbəsində də haqqı olduğunu qeyd edərək, birinci mərtəbədə ümumilikdə 832 kv.m sahə olduğunu, həmin sahələrin hamısının satıldığını, hazırda vətəndaşlar arasında mübahisə mövcud olduğunu, Elçin Heydərovun hazırda məhkəməyə müraciət etdiyini qeyd etmişdir.

5. Cavabdeh X8 nümayəndəsi (vəkili) Vəkil1 oğlu öz izahında qeyd etmişdir ki, iddiaçının 182 kv.m ilə bağlı müqavilə olduğunu və müqavilənin 2022-ci ildə bağlanmalı olduğunu qeyd etməsinə münasibətdə bildirmişdir ki, əgər müqavilə mövcud olmadığı təqdirdə audit rəyində öz əksini tapmayacağını qeyd etmişdir. O audit rəyinin 2019-cu ilə aid olduğunu, audit rəyində qeyd edilən məsələnin 2017-ci il tarixli icra vərəqəsi əsasında 1-ci mərtəbədə olan 100 kv.m sahə ilə 3-cü mərtəbədə 80 kv.m sahə birləşdirilərək birinci mərtəbədə 182 kv.m sahə verildiyini qeyd etmiş, öz izahatına qeyd edilən məsələnin icra vərəqəsinə görə yarandığı, 2021-ci ilin may ayında barışıq sazişi bağlandığını və bu sazişin 4-cü və 8-ci maddələrinin Məmmədov Felikə aid olduğunu, 4-cü bənddə Məmmədov Felikə 160 kv.m, 8 saylı qeyri-yaşayış sahəsinin Məmmədov Felikə verilməsi və 8-ci bənddə həmin sahə ilə bağlı 3-cü şəxslərin adına hər hansı bir müqavilənin mövcud olmadığını qeyd etmişdir. Qeyd edilən müqavilənin Hikmet Yigitdölün həm öz adından, həm də Cavabdeh1 MTK-nın qanuni təmsilçisi olaraq etdiyini, 2022-ci il tarixli müqavilənin xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən bağlandığını, həmin müqaviləyə 2020-ci il tarixli hökmlə qiymət verildiyini, həmin müqaviləyə əsasən Cavabdeh2 MMC-nin təsisçisinin həm də "xxxx" MTK-nın həmtəsisçisi olduğunu, Cavabdeh2 MMC-nin Cavabdeh1 MTK tərəfindən yaranan problemləri Cavabdeh2 MMC adından tikiləcək yaşayış binası, eyni zamanda qeyri-yaşayış sahəsi hesabına qarşılayacağı barədə öhdəlik götürməsini, Cavabdeh1 MTK-nın müqavilə bağlamaqla bağlı Cavabdeh2 MMC-yə səlahiyyət verdiyini, orda birgə möhür, birgə imza və s. qeyd edilmədiyini bildirmişdir. Həmçinin cavabdeh X8 nümayəndəsi (vəkili) Vəkil1 öz izahatında əlavə olaraq qeyd etmişdir ki, sözügedən müqavilə 2022-ci ildə bağlanmış, bu səbəbdən etibarsızlıqla bağlı kəsici müddətlərlə bağlı məsələnin məhkəməyə aydın olduğunu, həmçinin 2022-ci ildən həmin sahədən mağaza-qeyri-yaşayış sahəsi kimi istifadə olunduğunu, müqavilənin bu gün mübahisələndirilməsinin səbəbinin əvvəl İddiaçı tərəfindən auditor rəyində olmayan köhnə tarixli müqavilə ilə mübahisələndirilməsi, daha sonra barışıq sazişinin ortaya çıxması və orada bu günkü iddiaçı X14 Felikə verilən sahə ilə bağlı hər hansı üçüncü şəxslərlə hər hansı bir müqavilə bağlanmadığını qeyd etməsi, bu iddia ərizəsinin əsassız olmasını göstərdiyini bildirmişdir. Əlavə olaraq o, qeyd etmişdir ki, xx.xx.2018-ci il tarixli Cavabdeh2 MMC ilə Cavabdeh1 MTK arasında bağlanmış səlahiyyətlərin verilməsi barədə müqavilə bağlanan zaman digər təsisçilərin də razılığı olduğunu, digər təsisçilərdən birinin X23, digərinin isə X22 olduğunu digər təsisçilərdən birinin Şahid, digərinin isə Hikmet Yigitdöl olduğunu qeyd etmişdir.

6. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən iddiaçı Cavabdeh1 MTK-nın nümayəndəsi (vəkili) Vəkil4 öz izahında qeyd etmişdir ki, onların tələbi Cavabdeh2 ilə X15 arasında bağlanmış 7 iyun 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbidir. Maddi hüquq norması olaraq Mülki Məcəllənin 109-cu maddəsində istinad edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109-1.1-ci maddəsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 110.1 və 110.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2021-ci il qərarının nəticə hissənin 3-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 111.3.3-cü maddəsinə müvafiq olaraq, kooperativ üzvlərini kooperativə qəbul etmək və çıxarmaq kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. O,Cavabdeh1 MTK–nın mülkiyyətində olan əmlakın Cavabdeh2 MMC tərəfindən müqavilə bağlanaraq Felik Məmmədova verildiyini, həmin müqavilədə Cavabdeh2 MMC-nin Cavabdeh1 MTK-nın səlahiyyətlərini icra etdiyi qeyd edilmiş və əlavə etmişdir ki, qanunvericilikdə hər hansı MMC-nin MTK-nın səlahiyyətlərini icra etməsi kimi bir halın olmadığını bildirmişdir. İddiaçının nümayəndəsi (vəkili) həmçinin bildirmişdir ki, 2018-ci il tarixli barışıq sazişinə istinad olunsa da Cavabdeh2 MMC tərəfindən öhdəliklər icra edilməmişdir, bu səbəbdən Cavabdeh2 MMC ilə Cavabdeh1 MTK arasında məhkəmə prosesləri gedir. O həmçinin barışıq sazişi bağlansa belə həmin barışıq sazişinin təsdiq edilmədiyini belə barışıq müqaviləsi olsa belə bu Cavabdeh1 MTK tərəfindən icra edilməli olduğunu, tərəfindən təqdim edilmiş icra vərəqəsindən də qeyd edilmişdir ki, Cavabdeh1 MTK 100 kv.m sahə verməli olduğunu qeyd etmişdir. 2018-ci il tarixli müqavilə ilə Cavabdeh2 MMC-nin müqavilə bağlamaq səlahiyyətinin olmadığını, belə ki, bu səlahiyyətin həmin müqavilədə qeyd edilmədiliyini, həmçinin həmin müqavilənin etibarsız olduğunu belə ki, həmin müqavilə bağlanan zaman ümumi yığıncağın keçirilmədən qəbul edildiyini qeyd etmişdir. O həmçinin cavabdehin 2018-ci il tarixli və 2021-ci il tarixli müqavilələrin Cavabdeh1 MTK tərəfindən icra edilməməsini mübahisələndirməyərək Cavabdeh2 MMC ilə müqavilə bağladığını qeyd etmişdir. Onların mübahisələndirdiyi müqavilənin əvvəlində Cavabdeh1 MTK-nın səaliyyətlərini icra edən Cavabdeh2 MMC” qeyd edildiyini, lakin səlahiyyətləri etibarnamə əsasında icra etməyin mümkün olduğunu və ya bununla bağlı vergiyə müraciət edilməli olduğunu qeyd etmişdir. O eyni zamanda sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, 49 sot torpaq sahəsindən “Hom-Paş Prestij MTK Cavabdeh2 MMC-nin xeyrinə imtina etmiş, onun qarşılığında həmin sahədə tikiləcək binada zərərçəkmişləri yerləşdirməyi Cavabdeh2 MMC öz öhdəsinə götürmüşdür. Onlar müqavilənin Cavabdeh2 MMC-nin səlahiyyətlərini təsdiq edən sənəd olmadığı üçün qanunvericiliyə zidd olduğunu bildirmişdir. O eyni zamanda Hikmet Yigitdöl barəsində cinayət işinin yekunlaşdığını, lakin Şahid barəsində cinayət işinin davam etdiyini, Cavabdeh2 MMC tərəfindən Cavabdeh1 MTK-nın aktivlərini götürdüyünü, lakin passivlərdən imtina etdiyini bildirmişdir. Həmin müqavilə Cavabdeh1 MTK-nın balansında olan əmlakla bağlı olduğunu görə onların maraqlarına toxunur.

7. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi (vəkili) öz izahında bildirmişdir ki, Cavabdeh2 MMC-nin audit rəyi ilə müəyyən edilimiş zərərçəkmiş şəxsləri evlə təmin etmək səlahiyyəti mövcuddur və Cavabdeh2 MMCnin müqavilədə yazılan öhdəlikləri varislik əsasında həyata keçirmişdir. O həmçinin Şahid barəsində heç bir cinayət işi olmadığını bildirmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

8. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1954/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 İddiaçı iddia ərizəsinin baxılmamış saxlanılması barədə notarial qaydada təsdiq edilmiş ərizəsini məhkəməyə təqdim edərək iddia ərizəsi, ona əlavə edilmiş sənədlərin və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmiş və bu səbəbdən İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı "qeyri-yaşayış sahəsinin təhvil verilməsi" tələbinə dair hissədə iddia ərizəsinin, ona əlavə edilmiş sənədlərin və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasıması qərara alınmışdır.

9. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1954/2024 saylı, xx.xx.2024-cü il tarixli digər qərardadına əsasən məhkəmə hazırlıq iclasında müstəqil tələb irəli sürən X8 nümayəndəsi (vəkili) Vəkil1 oğlu İddiaçı münasibətdə iddia ərizəsi, ona əlavə edilmiş sənədlərin və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmiş və bu səbəbdən iddia ərizəsinin, ona əlavə edilmiş sənədlərin və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasıması qərara alınmışdır.

10. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-4314/2024 saylı qərardadına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 MTK-nın cavabdeh X15 və Cavabdeh2 MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi barədə iddiasına dair 2(011)-4314/2024 saylı mülki iş üzrə icraata xitam verilərək həmin mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Samirə Eyvazovanın icraatında olan İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı "qeyri-yaşayış sahəsinin təhvil verilməsi" barədə iddiası üzrə 2(011)-1954/2024 saylı mülki işə birləşdirildiyindən mülki iş üzrə icraat iddiaçı Cavabdeh1 MTK-nın cavabdehlər X12 və Cavabdeh2 MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair hissədə davam etdirilmişdir.

11. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(011)-200/2017 saylı qətnaməsinə əsasən iddiaçı X8 Cavabdeh1 MTK-ya qarşı yaşayış və qeyri-yaşayış sahələrinin təhvil verilməsi, icarə haqqının əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki iş üzrə iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" Prestij MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa edilmiş yüksək mərtəbəli binanın A2 blokunun 11-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 124.7 kv.m olan 3 otaqlı 39 saylı mənzili, Bakı şəhəri, Xətai rayonu, Xocalı pekti 32 ünvanda inşa edilmiş yüksək mərtəbəli binanın A2 blokunun 11-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 123.4 kv metr olan 3 otaqlı 40 saylı manzili, Bakı şəhəri. Xocalı prospekti 32 ünvanda inşa edilmiş yüksək mərtəbəli binanın “A” blokunda 3-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 80 kv metr olan 153 saylı mağaza tayinatı qeyri-yaşayış sahəsini, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanda inşa edilmiş yüksək mərtəbəli binanın Xocalı spektina baxan orta hissəsinin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 100 kv.m olan mağaza təyinatlı qeyri-yaşayış sahəsini və Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanda inşa edilmiş yüksək mərtəbəli binanın Xocalı prospektində ana yola baxan orta hissəsinin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 100 kv.m olan mağaza təyinatlı qeyri-yaşayış sahəsinin cabadeh Cavabdeh1 MTK-dan alınaraq iddiaçı X12 təhvil verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

12. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-5643/2017 saylı qətnaməsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2 (011)-200/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Azərbaycan Respublikası Auditorlar Palatasının xx.xx.2019-cu il tarixli xx.xx.2019cu il tarixədək tərtib olunmuş cədvəllər üzrə dəqiqləşdirilmiş auditor rəyi.

14. xx.xx.2018-cu il tarixli Müqavilədən görünür ki, həmin Müqavilənin mahiyyəti Bakı Şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən Cavabdeh1 MTK-nın qanuni təmsilçisi Türkiyə vətəndaşı (TCNC ser: Pİİ №211954 T.C.kimlik NO **********8) X1 Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa etdiyi 21 mərtəbəli (2 mərtəbəsi zirzəmi olmaqla) A1, A1 və A2 blokları arasında yerləşən 6 mərtəbəli binadan (2 mərtəbəsi zirzəmi olmaqla) yaşayış, qeyri-yaşayış sahələrinin digər vətəndaşlara təkrar satması nəticəsində, aparılan Auditlə müyyən olunacaq zərər çəkmiş şəxslərin Bakı Şəhər İcra Hakimiyyətinin 443 saylı xx.xx.2015-ci il tarixli Sərəncamına əsasən Cavabdeh2 MMCyə ayrılmış Bakı şəhəri Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə onun təsisçisi və qanuni təmsilçisi Şahid tərəfindən tikilməkdə olan digər bloklardakı sahələrə köçürülməsindən, köçürülmə proseslərinin tələb olunan qaydada sənədləşdirilməsindən, həmin MTK və MMC-nin Auditinin başa çatdığı tarixə Auditlə müəyyən olunacaq debitor və kreditor borclarının X1 şəriki, Cavabdeh2 MMC-nin təsisçisi və qanuni təmsilçisi Şahid qəbul etməsindən və Auditin başa çatdırıldığı tarixədək yaranmış, Audit aktında qeyd ediləcək digər müvafiq problemlərin, şikayətlərin onun tərəfindən həll olunmasından ibarətdir.

15. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(011)-78/2020 saylı hökmündən görünür ki, X9 barəsində ittihamedici hökm çıxarılmışdır və qeyd edilən hökmdə xx.xx.2018-cu il tarixli Müqaviləyə istinad olunmuşdur.

16. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixlii, 2(103)-3264/2021 saylı qərardadına əsasən cavabdeh X2 və həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs X3 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4321/2020 saylı, 27 oktyabr 2020-ci il tarixli qətnaməsindən ayrı-ayrılıqda verdiklərii apellyasiya şikayətlərindən imtinaları qəbul edilmiş və cavabdeh X5, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs X10 münasibətdə apellyasiya icraatına xitam verilmişdir.

17. xx.xx.2021-ci il tarixli Barışıq Sazişindən aydın olur ki, Bakı Apelyasiya Məhkəməsinin icraatında olan 2(103)-3264/2021 saylı mülki iş üzrə iddiaçı X11, iş üzrə cavabdehlər X9 və Cavabdeh1 Mənzil Tikinti Kooperativinin qanuni təmsilçisi Yiğitdöl Hikmət, iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxslər X17, X15 və X7 arasınada bağlanmış razılaşmanın 4-cü bəndinə əsasən “Hom-Paş Prestij" MTK iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X13 Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32, məhəllə 1181 ünvanında "X31" MTK tərəfindən inşa edilmiş yüksək mərtəbəli binanın A1 və A2 arasında 1ci mərtəbədə yerləşən 8 saylı 160 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi ilə təmin edərək, qeyr-yaşayış sahəsini Felik Məmmədovun istifadəsinə, sahibliyinə verir. Həmin Razılaşmanın 8-ci bəndinə əsasən "X31" MTK və X9 barışıq sazişi ilə əldə edilmiş razılığa əsasən qeyriyaşayış sahələrinin başqa fiziki və ya hüquqi şəxslərə məxsus olmaması və gələcəkdə sazişdə qeyd edilən qeyri-yaşayış sahələri ilə bağlı yeni alqı-satqı müqavilələrinin mövcud olmamasına zəmanət verir.

18. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən xx.xx.2018-ci il tarxli müqaviləyə əsasən Cavabdeh1 MTK səlahiyyətlərini icra edən Cavabdeh2 MMC-nin direktoru Şahid ilə X15 arasında Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yerləşən yüksək mərtəbəli binanın Xocalı prospektinə baxan orta hissəsinin 1-ci mərtəbəsində yerləşən 165 kv.m qeyri-yaşayış sahəsi ilə bağlı müqavilə bağlanmışdır.

Tətbiq edilən hüquq:

19. Azərbaycan Respublikasının Konstitusiyası: 13.İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29.İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 60.İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 60.İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. 60.İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsi (MM): 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

349. Hüquqi şəxsin öz nizamnaməsində müəyyənləşdirilmiş fəaliyyət məqsədlərinə zidd olaraq bağladığı əqd, əgər əqddə iştirak edən digər tərəfin onun qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu sübuta yetirilərsə, həmin hüquqi şəxs və ya onun təsisçisi tərəfindən mübahisələndirilə bilər.

350. Əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər. 355.1. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur.

356. Əqdin bağlanmasına verilmiş icazə (qabaqcadan verilmiş icazə), əgər tərəflər ayrı qayda haqqında razılığa gəlməyiblərsə, əqd bağlananadək ləğv edilə bilər. İcazənin (qabaqcadan verilmiş razılığın) ləğv edilməsi barədə hər iki tərəfə məlumat verilməlidir. 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 431.2. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. 431.3. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (AR MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1. Yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.3. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair 12 aprel 2004-cü il tarixli Qərarı.

23. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarı.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354- cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarı.

25. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarı

26. F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03 mart 2023-cü il tarixli Qərarı.

Məhkəmənin mövqeyi:

27. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” (§23)

29. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur.

30. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

31. İddiaçının iddia tələbi Cavabdeh2 (**********) ilə X15 arasında bağlanmış 7 iyun 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın Xocalı prospektinə baxan orta hissəsinin 1ci mərtəbəsində yerləşən 165 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh1nə(VÖEN **********) qaytarılması barədə qətnamə qəbul edilməsidir. İddia tələbindən də göründüyü kimi, tələb əsas və törəmə tələbdən ibarətdir. Məhkəmə hesab edir ki, əsas tələb əsaslı olduğu halda törəmə tələbin də əsaslılığı məhkəmə tərəfindən araşdırılmalıdır.

32. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. (§22)

33. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.

34. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqazidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqazidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir.

35. Göründüyü kimi müqavilə bağlanarkən əqdin subyektiv tərkibinə aid edilən şərt həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı, podrat müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

36. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, mübahisələndirilən müqavilələrdə bu tip əqdlər üçün zəruri olan subyekt tərkibinə dair şərtlərə əməl edilmişdir. Əqdlərin məzmununa və tərəflərin iradə sərbəstliyi, iradə ifadəsinin bildirilməsi şərtlərinə də əməl edilmişdir. Belə ki, əqdin məzmunu mülki qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş, onda hər hansı qeyri-müəyyənlik və tərəflərin iradə ifadələrinə əks hesab edilə biləcək hallar müəyyən edilmir. Eyni zamanda müqavilə tərəflərinin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətlərinin əslində fərqli olmasına dəlalət edən hər hansı bir hal da müəyyən edilmir. Əqdin forması isə bağlandığı dövrdə işgüzar adətlərin, qanunvericiliyin analoji müqavilələrin bağlanması üçün müəyyən etdiyi zəruri şərtlərə uyğundur.

37. İddiaçı tərəf müqavilə bağlanan zaman Cavabdeh2 MMC-nin bu cür müqavilə bağlamaq səlahiyyətinin olmadığını qeyd etsə də, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında xx.xx.2018-ci ildə Müqavilə bağlanmışdır. “Müqavilə”nin 1-ci bəndində qeyd edilmişdir ki: “Həmin Müqavilənin mahiyyəti Bakı Şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən Cavabdeh1 MTKnın qanuni təmsilçisi Türkiyə vətəndaşı (TCNC ser: Pİİ № 211954 T.C. kimlik NO **********8) X4 Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa etdiyi 21 mərtəbəli (2 mərtəbəsi zirzəmi olmaqla) A1, A1 və A2 blokları arasında yerləşən 6 mərtəbəli binadan (2 mərtəbəsi zirzəmi olmaqla) yaşayış, qeyri-yaşayış sahələrinin digər vətəndaşlara təkrar satması nəticəsində, aparılan Auditlə müəyyən olunacaq zərər çəkmiş şəxslərin Bakı Şəhər İcra Hakimiyyətinin 443 saylı 23.10.201-ci il tarixli Sərəncamına əsasən Cavabdeh2 MMC-yə ayrılmış Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə onun təsisçisi və qanuni təmsilçisi Şahid tərəfindən tikilməkdə olan digər bloklardakı sahələrə köçürülməsindən, köçürülmə proseslərinin tələb olunan qaydada sənədləşdirilməsindən, həmin MTK və MMC-nin Auditinin başa çatdığı tarixə Auditlə müəyyən olunacaq debitor və kreditor borclarının X4 şəriki, Cavabdeh2 MMC-nin təsisçisi və qanuni təmsilçisi Şahid qəbul etməsindən və Auditin başa çatdırıldığı tarixədək yaranmış, Audit aktında qeyd ediləcək digər müvafiq problemlərin, şikayətlərin onun tərəfindən həll olunmasından ibarətdir”. (§17) xx.xx.2019-cu il Auditor Rəyinin 3-cü cədvəlində qeyd edilir ki, cavabdeh Məmmədov Felikə xx.xx.2007-ci il tarixli müqavilə ilə 170000 manat qiymətinə 1-ci mərtəbədə 182 kv/m qeyri-yaşayış yeri satılmışdır. (§13) Mülki iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli Barışıq Sazişindən aydın olur ki, Bakı Apelyasiya Məhkəməsinin icraatında olan 2(103)-3264/2021 saylı mülki iş üzrə iddiaçı X11, iş üzrə cavabdehlər X9 və Cavabdeh1 Mənzil Tikinti Kooperativinin qanuni təmsilçisi Yiğitdöl Hikmət, iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxslər X17, X15 və X7 arasınad bağlanmış razılaşmanın 4-cü bəndinə əsasən “Hom-Paş Prestij" MTK iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X13 Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32, məhəllə 1181 ünvanında "X31" MTK tərəfindən inşa edilmiş yüksək mərtəbəli binanın Al və A2 arasında 1-ci mərtəbədə yerləşən 8 saylı 160 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi ilə təmin edərək, qeyr-yaşayış sahəsini Felik Məmmədovun istifadəsinə, sahibliyinə verir. Həmin Razılaşmanın 8-ci bəndinə əsasən "X31" MTK və X9 barışıq sazişi ilə əldə edilmiş razılığa əsasən qeyri-yaşayış sahələrinin başqa fiziki və ya hüquqi şəxslərə məxsus olmaması və gələcəkdə sazişdə qeyd edilən qeyri-yaşayış sahələri ilə bağlı yeni alqı-satqı müqavilələrinin mövcud olmamasına zəmanət verir. (§17) Daha sonra iddiaçı MTK ilə Cavabdeh2 MMC arasında rəsmiləşdirilmiş xx.xx.2018-ci il tarixli Müqaviləyə əsasən (§14) Cavabdeh1 MTK-nın səlahiyyətlərini icra edən Cavabdeh2 MMC ilə cavabdeh X15 arasında xx.xx.2022-ci il tarixində Müqavilə bağlanmış və iddiaçı Cavabdeh1 MTK ilə cavabdeh Məmmədov Felik arasında rəsmiləşdirilmiş xx.xx.2007-ci il tarixli Müqavilənin şərtlərini icra etmiş, həmin müqavilə əsasında cavabdeh Məmmədov Felikə 165 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsini təqdim etməyi öhdəsinə götürmüşdür.

38. İddiaçı tərəf Cavabdeh2 MMC-nin hüquqi çəxslərin varisliyi instituna uyğun olaraq belə bir səlahiyyətinin olmamasını, Mülki Məcəllənin hüquqi şəxslərlə, koorporativlə bağlı müvafiq maddələrinə istinad etsə də, məhkəmə araşdırması zamanı iddiaçı ilə Cavabdeh2 MMC arasında öhdəliklərin icrasının həvalə edilməsi ilə bağlı müqavilə bağlandığı görünür (§14). Həmin müqaviləyə əsasən xx.xx.2019-cu il Auditor Rəyində adları çəkilən zərərçəkmiş şəxslər qarşısında iddiaçının öhdəliklərinin Cavabdeh2 MMC-nin qəbul etmiş və Auditin başa çatdırıldığı tarixədək yaranmış, Audit aktında qeyd ediləcək digər müvafiq problemlərin, şikayətlərin onun tərəfindən həll olunması ilə bağlı tərəflər razılığa gəlmişdir. Tərəflər arasında bağlanmışmüqavilədən də göründüyü kimi hazırkı iş üzrə iddiaçı zərərçəkmiş şəxslər qarşısında o, cümlədən hazırki iş üzrə cavabdeh Məmmədov Felik qarşısında öhdəliklərini Cavabdeh2 MMC-yə həvalə etmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, hətta səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.

39. Məhkəmə qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

40. Göründüyü kimi məhkəmə araşdırması zamanı iddiaçı cavabdeh İnter” MMC-nin cavabdeh Məmmədov Feliklə bu cür müqavilə bağlamaq səlahiyyətinin olmamasın iddia edərək Cavabdeh2 MMC ilə cavabdeh X15 arasında xx.xx.2022-ci il tarixində Müqavilə bağlanmış müqavilənin etibarsız hesab edilməsini məhkəmədən xahiş etsə də bu müqavilənin onun hansı maraqlarına toxunduğunu, hüquqlarını pozduğunu əsaslandıra bilməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı və cavabdeh Məmmədov Felik arasında xx.xx.2007-ci ildə, xx.xx.2021-ci il tarixli Barışıq Sazişində eyni binada, eyni ünvanda fərqli-fərqli ölçüdə (182 kv/m, 160 kv/m) qeyri-yaşayış pbyekti ilə bağlı razılaşma mövcuddur və iddiaçı bu müqavilələri mübahisələndirmədiyni bildirmişdir.

41. Eyni zamanda məhkəmə qeyd edir ki, F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03 mart 2023-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər.

42. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhz bu səbəbdən, məsələn, əqdin hər iki tərəfi aldatma yolu ilə hərəkət etdikdə onlardan heç biri aldadıldığına istinad edərək əqdi mübahisələndirmək hüququna malik deyil (MMin 339.3-cü maddəsi). (§26)

43. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. (§25)

44. MM-nin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. MM-in 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftarazidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır.

45. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Təsadüfi deyil ki, MM-in 351.2-ci maddəsinə əsasən, əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Bu baxımdan əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar.

46. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. (§26)

47. Göründüyü kimi, yuxarıda qeyd olunan Mülki Məcəllənin normaları və Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında formalaşdırılan hüquqi mövqelərə görə əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Çünki, bu vəziyyət mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Belə ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.

48. Qeyd olunduğu kimi iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin hüquqi şəxslərlə bağlı müddəalarına istinad edilmiş, səlahiyyətsiz şəxs tərəfndən bağlanığı üçün etibarsız hesab edilməli olduğu müdafiə edilmişdir. Yəni, həmin maddələrdə nəzərdə tutulan əsaslarla əqd mübahisələndirilmişdir. Lakin məhkəmə qeyd edir ki, iddia tələbinin faktiki əsası (faktiki halları) da həmin maddələrin şərtlərinə uyğun olmalı, yəni dispozisiya əlamətləri ilə uzlaşmalıdır. Hazırki iddia üzrə iddia tələbinin faktiki əsası qanuni əsasının şərtlərinə uyğun gəlmir, başqa sözlə mübahisələndirilən əqd qeyd olunan normaların tələbləri pozulmaqla bağlanmamışdır. Eyni zamanda iddiaçı özü də müxtəlif tarixli müqavilələrlə, məhkəmə qətnaməsi ilə cavabdeh Məmmədov Felik qarşısında öhdəlik daşımış, daha sonra bu öhdəliyin icrasını Cavabdeh2 MMC-yə həvalə etmişdir. Məhkəmə qeyd edir ki, əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunması vicdanlılıq prinsipinə zidd olmamalıdır.

49. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 (**********) ilə X15 arasında bağlanmış 7 iyun 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsində rədd edilməlidir.

50. İddia tələbinin digər hissəsi Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın Xocalı prospektinə baxan orta hissəsinin 1-ci mərtəbəsində yerləşən 165 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh1nə(VÖEN **********) qaytarılması bilavasitə əsas hissədən asılı və törəmə tələb olduğundan onun da təmin edilməməsini labüd edir. Çünki, iddia tələbinin bu hissəsinin təmin edilib-edilməsi sırf əsas hissələrdən asılı idi. Ona görə məhkəmə bu hissə üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına ehtiyac olmadığı qənaətinə gəlir.

Məhkəmə xərcləri:

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

52. Keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 70 manat və 127 manat iddiaçı Cavabdeh1 MTK-dan tutularaq dövlət nəfinə ödənilməlidir.

53. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

1. İddia rədd edilsin.

2. İddia verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.

3. Keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 70 manat və 127 manat iddiaçı Cavabdeh1 MTK-dan tutularaq X6, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün.

4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar