Məhkəmə qərarları › İş №2(011)-1972/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1972/2022

04.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1972/2022 04.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “şəxsin ölüm faktının müəyyən edilməsi’’ barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1991-ci il tarixdə doğulmuş həyat yoldaşı X5 xx.xx.2022-ci il tarixində Bakı şəhəri Xətai rayonunda ölməsinə dair faktın müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X1 xx.xx.1961-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. O, xx.xx.2022-ci il tarixdə qəfildən yaşadıqları ünvan 1 ünvanda vəfat etmişdir. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri Corat qəsəbəsi qəbirstanlığında dəfn edilmişdir. Ərizəçi ölüm haqqında şəhadətnamə almaq üçün ərazi üzrə Xətai rayonu Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizəçinin mərhum həyat yoldaşı X5 adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Ərizəçi sonradan ərizənin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1961-ci il tarixdə doğulmuş həyat yoldaşı X5 xx.xx.2022-ci il tarixində Bakı şəhərində ölməsinə dair faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materillarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X11 və X2 nikahı haqqında xx.xx.1994-cü il tarixdə 678 №li akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Bakı şəhər Baş Səhiyyə Mərkəzi X18 38 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli 43 saylı arayışından görünür ki, Sumqayıt şəhəri, Novxanı bağları 636 ünvanında qeydiyyatda olmuş, Xətai rayonu, İ.Zülfüqarov 3, mənzil 107 ünvanında yaşamış xx.xx.1961-ci il təvəllüdlü X7 ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. İş materillarında olan Bakı şəhəri Təcili və X4 stansiyasının 7 saylı yardımçı stansiyası tərəfindən verilmiş 0639 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, xx.xx.2022-ci il tarixində saat 17:38-də X5 ölümü baş vermişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən X6 ünvanlanmış 278- 05/15 saylı, xx.xx.2022-ci il tarixli məktubla ona ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Sumqayıt şəhəri Corat Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli № 17 saylı arayışdan görünür ki, X11 xx.xx.2022-ci ildə vəfat etmişdir. xx.xx.2022-ci ildə Corat qəbirstanlığında dəfn olunmuşdur. İş üzrə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, ərizəçinin ailə dostudur. X1 onkoloji xəstə idi və xx.xx.2022-ci il tarixdə Bakıda vəfat etmişdir. O, mərhumun dəfinində və yas mərasimlərində iştirak etmişdir. İş üzrə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, ərizəçinin qohumudur. X1 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. O, mərhumun dəfinində və yas mərasimlərində iştirak etmişdir. Mərhum Corat qəbristanlığında dəfn edilmişdir. İş üzrə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, ərizəçinin rəfiqəsi və iş yoldaşıdır. X1 onkoloji xəstə idi, Bakı şəhərində vəfat etmişdir. O, mərhumun yas mərasimlərində iştirak etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi həyat yoldaşı xx.xx.1961-ci il təvəllüdlü X5 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı işdə iştirak edən şəxslərin izahatları, şahid ifadələri və iş üzrə təqdim edilən sənədlərlə tam şəkildə sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilən Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd edilən Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1961-ci il təvəllüdlü X5 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizə təmin edilsin. 31 yanvar 1961-ci il təvəllüdlü X5 21 yanvar 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar