Məhkəmə qərarları › İş №2(011)-1980/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1980/2022

05.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1980/2022 05.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək, anası, 06.02.1946-cı il təvəllüdlü X2 15.01.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, 06.02.1946-cı il təvəllüdlü anası X2 15.01.2022-ci ildə səhər saat 10.50 radələrində nəfəs almadığını bilib, Təcili və X7 Stansiyasına zəng etmiş və gələn həkim anasınıı müayinə edərək, artıq dünyasını dəyişdiyini, onun verəcəyi Xəbərdarlıq Vərəqəsinə əsasən 7 saylı Şəhər Poliklinikası tərəfindən “Ölüm haqqında Tibbi şəhadətnamə” veriləcəyini bildirmişdir. Anasını dəfn etmiş, lakin. 21.01.2022-ci ildə sonuncu təşkilat meyitdən COVİD-19 analizinin götürülmədiyini, buna görə də, ölümün səbəbini müəyyən etməyin mümkün olmadığını bildirərək, tibbi şəhadətnamənin verilməsindən imtina etmişdir Tibbi arayışı əldə edə bilmədiyindən, rayon qeydiyyat şöbəsindən ölüm haqqında şəhadətnamə almaq da mümkün deyil. Anası artıq dəfn olunduğundan, ondan analiz götürülməsi mümkün olmamış və buna görə də, məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, X5 onun qaynanasıdır və 15.01.2022-ci il tarixdə vəfat etmişdir. Mərhum Tovuz rayonunda dəfn olunmuş, özü də dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində ərizəçinin dostu olduğunu, onun anası X2 15.01.2022-ci il tarixdə vəfat etdiyini və Tovuz rayonunda dəfn olunduğunu, özünün də dəfn mərasimində iştirak etdiyini göstərdi Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq da maraqlı şəxs Xətai rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən olunmuş hallar aşağıdakılardan ibarət olmuşdur: Bakı şəhəri Təcili və X1 15.01.2022-ci il tarixli ölüm haqqında Xəbərdarlıq vərəqəsindən göründüyü kimi, 15.01.2022-ci il tarixdə saat 11:15 radələrində X2 adına ünvan 1 ünvanına X11 stansiyasına çağırış verilmiş, xəstənin yanına həkim briqadası gedəndə evdə qadın cinsli meyid aşkar olunmuşdur. Bakı şəhər 7 nömrəli Şəhər poliklinikasının 27.11.2021-ci il tarixli arayışından göründüyü kimi, X5 15.01.2022-ci il tarixdə vəfat etmiş və mərhumdan X11 tərəfindən Covid-19 analizi götürülməmişdir. Covid-19 analizinin cavabı məlum olmadığı üçün mərhum X4 ölüm haqqında tibbi şəhadətnamə (Forma N106) verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8.-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, Ərizəçi anası X2 15.01.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı sübuta yetirilir. Ona görə də, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 307-311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 06.02.1946-cı il təvəllüdlü X2 15.01.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar