Məhkəmə qərarları › İş №2(011)-2017/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2017/2025

07.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2017/2025 07.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla, “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, əri xx.xx.1963-cü il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirdi ki, mərhum həyat yoldaşı X7 xx.xx.1963-cü ildə Tovuz rayonu, Çatax kəndində anadan olmuşdur. Həyat yoldaşı xx.xx.2024- cü il tarixdə Bakı şəhərində vəfat etmiş və Abşeron rayonu, Məmmədli kənd qəbiristanlığında dəfn olunmuşdur. O həyat yoldaşının vərəsəsi kimi tanınıb vərəsəlik şəhadətnaməsini əldə etmək üçün həyat yoldaşının ölüm haqqında şəhadətnaməsini notariat orqanına təqdim etməlidir. Buna görə də, həyat yoldaşının ölüm haqqında şəhadətnaməsinin alınması üçün ərazi üzrə Maraqlı şəxsnə müraciət etmiş. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-5/81xx-xx-1999 nömrəli məktubla ona bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.1-ci bəndinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şexs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyata alınır. 8.5-ci maddəsinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həyat yoldaşı X3 ölüm haqqında şəhadətnaməsi olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizəni təmin edilməsi mümkün olmamışdır. Odur ki, ölüm faktının müəyyən edilməsi üçün yalnız ərazi üzrə məhkəməyə müraciət etmək hüququ var. Bu səbəbdən də "Vətəndaşlıq vəziyyəti aktları" kitabında hər-hansı məlumat aşkar edilmədiyindən, Ölüm haqqında şəhadətnaməni digər qaydada əldə edə bilmirəm. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış. Qeyd edir ki, həyat yoldaşı ölüm haqqında şəhadətnaməsi vərəsə kimi tanınmaq üçün notariat orqanına təqdim etməli olduğu vacib sənəddir. Həmin sənədin də əldə edilməsi üçün həyat yoldaşının ölməsi faktı məhkəmə qaydasında tesdiq edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.Təcili və X4 Stansiyasının xx.xx.2024-cü il tarixli xəbərdarlıq vərəqsində qeyd edilmişdir ki, Xətai rayonu, Aşıq Qurbanov 25/17 X1 həkimə qədər ölməsi faktı aşkar olunmuşdur. Abşeron rayonu Məmmədli Bələdiyyəsinin 238 nömrəli, 25 noyabr 2024-cü il tarixli verdiyi arayışdan da görünür ki, mərhum həyat yoldaşı X7 xx.xx.2024-cü il tarixdə Məmmədli kənd qəbristanlıqda dəfn olunmuşdur. Azərbaycan Respublikası "Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi" X15 "Bakı Baş Səhiyyə Mərkəzi" X15 46 nömrəli Şəhər Polikilinkası tərəfindən verilmiş 19 noyabr 2024-cü il tarixli arayışda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixində 6 saylı Təcili və X4 Stansiyası tərəfindən verilmiş məlumata əsasən ünvan 1 ünvanında qeydiyyatda olmuş, xx.xx.1963-cü il təvəllüdlü X8 vəfat etmişdir. Vəfat etmiş şəxsin 46 saylı Şəhər Polikilinkasında tibbi qeydiyyatı, ambulator kitabçası olmadığına ve ölümünə səbəb olacaq xəstəlik haqqında heç bir tibbi sənəd təqdim edilmədiyinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2028-ci il tarixli 05 nömrəli qərarına müvafiq olaraq polikilinka tərəfindən 106 nömrəli ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Sonda Ərizəçi ərizəsinin təmin edilərək ölüm faktının müəyyən edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məlumat verilmiş, lakin maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakının təmin etməmiş, təmin etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında 1965-ci il təvəllüdlü X5 şahid qismində ifadə verərək bildirmişdir ki, mərhum X7 onun qohumu (qaynı) olmuşdur, xx.xx.2023-cü il tarixdə qəfl rəhmətə getdi. Dəfnində də iştirak etmişdir. Məhkəmə iclasında xx.xx.1995-ci il təvəllüdlü X6 şahid qismində iştirak edərək bildirdi ki, mərhum Abbasov Fikrət onun qaynatası olub, xx.xx.2024-cü il tarixində rəhmətə getdi. Abşeron rayonu, Məmmədəli kənd qəbiristanlığında dəfn olundu. İş materiallarında olan AZE seriyalı 13348400 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə Ərizəçi xx.xx.1989-cu il tarixdə nikah bağlamışlar. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs 3-16-5/8-15-Ə-15-1999 saylı məktubundan görünür ki, X3 ölümünün qeydiyyata alınması barədə xx.xx.2024-cü il tarixli müraciətə cavab olaraq bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Ölüm faktını təsdiq edən tibbi sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. İş materiallarında olan “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X15 “Bakı Baş Səhiyyə Mərkəzi” X14 46 nömrəli Şəhər Poliklinikasının xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü X7 xx.xx.2024-cü il tarixində vəfat etmişdir. X7 46 nömrəli Şəhər Poliklinikasına hər hansı bir ölümə səbəb xəstəliklə bağlı müraciəti olmadığı üçün ölüm haqqında şəhadətnamə (Forma 106) verilməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, ünvan 1 ünvanına çağırışa gələn TTY əməkdaşları tərəfindən X3 “həkimə qədər ölüm faktı” qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Qəbzdən görünür ki, ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, xx.xx.1963-cü il təvəllüdlü vətəndaş X7 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ev şəraitində vəfat etmiş, İmişli şəhər qəbirstanlığında dəfn olunmuşdur, ərizəçi mərhumun qardaşıdır, o ölüm faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri aşqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, xx.xx.1963-cü il təvəllüdlü vətəndaş X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölüm faktı müəyyən edilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun xx.xx.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1963-cü il təvəllüdlü vətəndaş X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölüm faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar