Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2050/2025 21.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. İddiaçı ilə cavabdeh xx.xx.2005-ci il tarixdə nikaha daxil olmuşlar və onların birgə nikahlarından üç övladlrı doğulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7474/2014 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuşdur.
2. Tərəflər arasında xx.xx.2024-cü il tarixdə mediasiyada barışıq sazişi bağlanılmışdır. Barışıq sazişinin şərtlərinə əsasən tərəflər öz aralarında nikahın pozulması, birgə nikahdan doğulan uşaqların maraqlı şəxsin himayəsində saxlanılması, uşaqların saxlanılması üçün hər ay 250 manat olmaqla, cəmi 750 manat alimentin maraqlı şəxsdən ərizəçinin xeyrinə tutulması, maraqlı şəxsin uşaqlarla ünsiyyət hüququnun müəyyən edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlaklar üzərində payların müəyyən edilməsi barədə razılığa gəlmişlər.
3. Barışıq sazişinin birinci və ikinci bəndləri (nikahın pozulması üçün məhkəməyə müraciət etmələri və uşaqların anasının himayəsində qalması hissələrində) icra edilmişdir.
Ərizənin və ona etirazın dəlilləri:
a) Ərizənin dəlilləri
4. Ərizəçi Bakı şəhəri 16 saylı Mediasiya təşkilatının iştirakı ilə bağlanılan xx.xx.2024-cü il tarixli MŞB/xx/xx-01153 saylı Barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
5. Ərizəçi ərizəsində qeyd etmişdır ki, Bakı şəhəri, 16 saylı Mediasiya təşkilatının iştirakı ilə bağlanılan xx.xx.2024-cü il tarixli MŞB/xx/xx-01153 saylı barışıq sazişinə əsasən tərəflər arasında xx.xx.2005-ci il tarixdə Salyan rayon Qaraçala qəsəbə inzibati ərazi nümayəndəliyində 19 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın davam etdirilməməsi barədə qarşılıqlı razılığa gəliblər. Sazişin 5-ci şərtinə əsasən, tərəflər birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən mənzilin hər birinə aid ½ hissədə payının olmasını qəbul edir və mənzilin əşyaları ilə birlikdə satılaraq öz aralarında tam olaraq ½ hissədə bölünməsinə razıdırlar. Tərəflər arasında qeyd edilən şərtlə barışıq saşizinin imzalanmasına baxmayaraq, Maraqlı şəxs sözügedən şərtin tələbini yerinə yetirməkdən imtina edərək mənzilin satışına razılıq vermir.
b) Maraqlı şəxsin iddia ərizəsinə etirazının dəlilləri:
6. Maraqlı şəxs məhkəməyə yazılı etirazını təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. Ərizəçi məhkəmə baxışında ərizəyə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
8. Maraqlı şəxs məhkəmə baxışı zamanı Barışıq sazişinin 5-ci bəndi ilə razılaşmayaraq, uşaqlar da nəzərə alınaraq mənzilin 2/3 hissəsnin ona verilməli olduğunu bildirdi.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəllləsi:
9. Maddə 881.1 Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər.
10. Maddə 881.2 Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
11. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
12. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
13. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
14. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
15. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.
16. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.
17. Maddə 355-26.1. Barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda və ya barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişindən və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir.
“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu
18. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.
19. Maddə 34.2 Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur.
İşə baxan məhkəmənin mövqeyi:
20. Məhkəmə tərəflərin izahatlarını, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən əsaslıdır.
21. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, tərəflər arasında mediasiyada bağlanmış birinci və ikinci bəndləri artıq icra olunmuş, yəni tərəflər arasında bağlanmış nika məhkəmə qətnaməsi ilə pozulmuş, sazişin ikinci bəndinə uyğun olaraq uşaqlar maraqlı şəxsin himayəsinə verilmişdir. Sazişin digər 3, 4 və 5-ci bəndləri, yəni uşaqların saxlanılması üçün hər ay 250 manat olmaqla, cəmi 750 manat alimentin ərizəçidən maraqlı şəxsin xeyrinə tutulması, ərizəçinin uşaqlarla ünsiyyət hüququnun təmin edilməsi, xüsusilə də birgə nikah dövründə əldə edilmiş mənzilin satılması ilə bağlı tərəflər arasında narazılıqlar yaranmışdır. Odur ki, məhkəmə hesab edir ki, barışıq sazişinin mübahisəli 3, 4 və 5-ci bəndlərinin təsdiq edilməsinə zərurət vardır.
22. Yuxarıda qeyd edilən müddəlardan göründüyü kimi, barışıq sazişi tərəflər arasında yeni hüquq və vəzifələrin yaranması və icrası məqsədilə bağlanmış bir müqavilədir və tərəflər bu müqavilə (razılaşma) əsasında özləri üçün yeni hüquq və vəzifələr müəyyən edirlər. Barışıq sazişinin digər bir mühüm xüsusiyyəti tərəflər arasında əvvəl yaranmış mübahisəyə son verilməklə, onlar əsasında tələb edilməli olan hüquq və vəzifələrin qüvvədən salınması ilə bağlıdır. Başqa sözlə, tərəflər əvvəl aralarında yaranmış ixtilafları qarşılıqlı güzəştlər yolu ilə həll etməklə, mahiyyətcə yeni mülki hüquqi münasibətlərin subyektlərinə çevrilirlər.
23. İşin faktiki hallarından da göründüyü kimi, ərizəçi ilə maraqlı şəxs aralarında mövcud olmuş mübahisəni həll edərək xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlamaqla, üzərlərinə yeni öhdəliklər götürmüşlər.
24. Şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, 2xx.xx.2024-cü il tarixli barışıq sazişi qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olduğundan və tərəflər sazişin bəndləri ilə üzərlərinə icrası onlar üçün məcburi olan yeni öhdəliklər götürmüşlər. Lakin maraqlı şəxs barışıq sazişinin 3, 4 və 5-ci bəndlərinin şərtlərini icra etməməklə öhdəliyini pozmuşdur. Odur ki, maraqlı şəxs xx.xx.2024-cü il tarixli barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliyini tam yerinə yetirmədiyindən ərizəçi barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur və ərizə barışıq sazişinin 3, 4 və 5ci bəndlərinin təsdiq edilməsi hissəsində təsdiq edilməldir.
25. Lakin məhkəmə hesab edir ki, barışıq sazişinin 1-ci və 2-ci bəndlərinin təsdiqinə lüzum yoxdur. Belə ki, əvvəldə də qeyd edildiyi kimi, barışıq sazişinin 1-ci bəndi tərəflərin nikahın pozulmasına razı olduqları və bunun üçün qaldlracaqları iddiaya etirazlar etmədiklərini bəyan etməklə bağlı olmuş və artıq onlar arasında nikah Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmçinin, barışıq sazişinin ikinci bəndi də icra olunmuş, yəni uşaqlar maraqlı şəxsin himayəsinə verilmişdir. Ona də barışıq sazişinin 1 və 2-ci bəndlərinin təsdiqinə zərurət aradan qalxmışdır.
26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 355-25-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə bağlanmış aşağıdakı məzmunlu Barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
3. Ərizəçi birgə nikahdan anadan olmuş övladları xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına (18) qədər saxlanılması üçün 2024-cü ilin sentyabr ayından etibarən hər ayın 05-10 tarixləri arasında hər uşaq üçün 250 (iki yüz əlli) manat olmaqla ümumilikdə 750 (yeddi yüz əlli) manat məbləğində alimenti Maraqlı şəxs adına açılmış bank hesabına ödəyəcək.
4. Ərizəçi birgə nikahdan anadan olmuş övladları xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 hər həftənin 6-cı günü səhər saat 10:00-da özü ilə apararaq, bazar günü saat 17:00-da geri qaytaracaq.
5. Tərəflər birgə nikah zamanı əldə etdikləri ünvan 1 ünvanında yerləşən mənzilin hər birinə aid % hissədə payının olmasını qəbul edir və mənzilin (əşyalarla birlikdə) satılaraq əldə olunan məbləğin öz aralarında tam olaraq % hissədə bölünməsinə razıdırlar. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı