Məhkəmə qərarları › İş №2(011)-2052/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2052/2021

10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2052/2021 10.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı borcun tutulması və ipoteka predmeti olan əmlaklara tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə məhkəmə iclasından kənar baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı borcun tutulması və ipoteka predmeti olan əmlaklara tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qabaqcadan lazımi məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, iş materiallarından görünür ki, 26.10.2021-ci il tarixində İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə elektron ərizə ilə müraciət edərək, mülki işin baxılmamış saxlanılması, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin əslinin İddiaçıya geri qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31.03.2021-ci il tarixli, 2(011)-2052/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq və məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan 30.04.2021-ci il tarixli 9/2406 saylı rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir. İş materiallarında olan 25.110.2021-ci il tarixli 52 nömrəli rəydən görünür ki, əmlakın qiymətləndirilməsi üzrə tədqiqatın dəyəri 250 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlyır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı ərizənin baxılmamış saxlanması barəsində ərizə verdiyindən, cavabdeh isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı olduğundan, iddiaçının məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq tədqiqatlarının dəyərini təşkil edən 400 manat İddiaçı QSC-yə aid edilməli, ondan 250 manat alınaraq Məhkəmə ekspertizası Mərkəzinə və 250 manat alınaraq Hüquq və Torpaq Məsələləri MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 264-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı borcun tutulması və ipoteka predmeti olan əmlaklara tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 150 (yüz əlli) manat pul məbləği İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə ekspertizası Mərkəzinə (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP XİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilsin. Əmlakın qiymətləndirilməsi barədə ekspertiza tədqiqatının dəyəri kimi 250 (iki yüz əlli) manat məbləğində pul İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Hüquq və Torpaq Məsələləri MMC-yə (Hesab: AZ22AİİB******************** Kod: 200082, Müxbir hesab: AZ37NABZ013501**********1944 (AZN), VÖEN (BANK): **********, SWİFT: A11BAZ 2X) ödənilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar