Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2053/2024 15.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizənin dəlilləri: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 31 iyul 1956-cı ildə anadan olmuş 21 dekabr 2023-cü il tarixdə vəfat etmiş anası X2 ölüm faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin anası 31 iyul 1956-cı ildə anadan olmuş X5 Bakı şəhəri, Xətai rayonu, Həsən Salmanlı küçəsi 5/7 saylı evin 11-ci mənzilində qeydiyyatda olmaqla yaşamışdır. 2023-cü ilin əvvəllərindən ünvan 1 ünvanında olan yeni mənzilə köçüb yaşayıbdır. X1 21 dekabr 2023-cü il tarixdə faktiki olaraq yaşadığı ünvan 2 ünvanında vəfat etmişdir. Onun dəfn mərasimi yuxarıda göstərilən ünvanda aparmaqla Zığ qəsəbəsi Dədə Qorqud qəbiristanlığında dəfn etmişlər. Bu barədə Zığ bələdiyyəsi tərəfindən verilmiş arayış mövcuddur. Anası vəfat edərkən ərizəçi təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına müraciət etmişdir. Təcili yardım tərəfindən onun vəfat etməsi barədə xəbərdarlıq vərəqəsi verilmişdir. Ərizəçi verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsini 28 nömrəli şəhər poliklinikasına təqdim edərək anasına ölüm haqqında tibbi şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin 28 nömrəli şəhər poliklinikası anası X2 28 nömrəli şəhər poliklinikasında qeydiyyatda olmamasını əsas gətirərək onun ölümü haqqında tibbi şəhadətnamə verməkdən imtina etmişdir. Ərizəçi, X2 ölümünü rəsmiləşdirmək üçün Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Maraqlı şəxs 29 dekabr 2023-cü il tarixli 3-16-5/8-15-xx-xx-1839 saylı məktubla ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm faktını qeydə almaqdan imtina etmişdir. Ərizəçinin anasına məxsus olan əmlakın vərəsəlik qaydasında əldə edilməsi üçün müvafiq sənədlər notariat orqanına təqdim edilməlidir. Anasının ölüm haqqında şəhadətnaməsi olmadığından ərizəçi vərəsəliklə bağlı sənədləşdirmə işlərini həyata keçirə bilmir. Həmçinin, yaşayış sahəsindən qeydiyyatdan çıxarılması işlərini apara bilmir. Buna görə də məhkəmə qaydasında anasın ölüm faktının müəyyən edilməsi zəruridir. Tərəflərin izahatları: Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində çıxış edən X7 öz izahatında bildirdi ki, o, ərizəçinin dostudur. Mərhum ağciyər çatışmazlığından vəfat edib. Yas mərasimi mərasim evində keçirilib və mərhum Dədə Qorqud qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində çıxış edən X4 öz izahatında bildirdi ki, ərizəçi onun qaynıdır. Mərhum uzun müddət ağciyər çatışmazlığından əziyyət çəkirmiş. Sonuncu, 21 dekabr 2023-cü il tarixdə vəfat etmiş, yas mərasimi Həzi Aslanovda yerləşən mərasim evində təşkil edilmişdir. İşin faktiki halları: İş materiallarında olan sənədlərdən görünür ki, X5 31 iyul 1956-cı il tarixdə Ermənistan Respublikası, Vardenis rayonu, Daşkənd kəndində anadan olmuşdur. O, ərizəçinin anası olmuşdur. Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X5 21 dekabr 2023-cü il tarixdə vəfat etmişdir. 28 nömrəli şəhər poliklinikasının məktubundan görünür ki, X3 ölüm haqqında şəhadətnamə verilməmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs 29 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq anasının ölümünü təsdiq edən sənəd olmadığına görə ərizəsinin təmin edilməsinin mümkün olmadığı bildirilmiş, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarında olan Suraxanı rayonu Zığ Bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, X5 21 dekabr 2023-cü il tarixdə vəfat etmiş və Dədə Qorqud qəbiristanlığında dəfn edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1-ci maddəsinin tələbinə görə, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı: 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Dövlət rüsumu haqqında” Qanun: 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi anasının ölməsinə dair faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin fakt ona ölüm haqqında şəhadətnamənin alınması üçün zəruridir. Qeyd olunanlara əsasən və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 31 iyul 1956-cı il tarixdə anadan olmuş X2 21 dekabr 2023-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, Ərizəçi 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 31 iyul 1956-cı il tarixdə Ermənistan Respublikası, Vardenis rayonu, Daşkənd kəndində anadan olmuş X2 21 dekabr 2023-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-2053/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2053/2024
15.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver