Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2084/2023 11.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:
1. X8 xx.xx.1957-ci il tarixdə Ermənistan Respublikası, Masis rayonu, Dəmirçi kəndində doğulmuşdur. Ərizəçi X5 oğludur.
2. AR TƏBİB “Bakı şəhər Baş Səhiyyə Mərkəzi” PHŞ-nin 38 nömrəli şəhər poliklinikasının xx.xx.2023-cü il tarixdə 39 nömrəli arayış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “Asan xidmət” X3 isə xx.xx.2023-cü il tarixli məktub əsasında ərizəçinin atasının ölümünün qeydə alınmasından imtina etmişdir.
3. Bakı şəhəri Təcili və X4 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsi ilə müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə, saat 17:16 radələrində Əbilov küçəsi, 18/17 ünvanında X8 oğlunun meyidinin (həkimə qədər ölüm) aşkar edilməsi qeyd edilmişdir.
4. 27.04.2023-cü il tarixdə tərtib olunmuş aktdan müəyyən olunur ki, X8 oğlu xx.xx.2023-cü il tarixdə Şəhriyar qəbirstanlığında dəfn olunmuşdur.
5. Ərizənin və ona etirazın dəlilləri:
a) Ərizənin dəlilləri
6. Ərizəçi xx.xx.1957-ci il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixində Bakı şəhərində ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
7. Ərizəçi ərizəsində qeyd etmişdir ki, atası X8 xx.xx.1957-ci il tarixdə anadan olmuşdur. 18 avqust 1957-ci il təvəllüdlü atam xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bu barədə TTYS tərəfindən ölüm haqqında xəbərdarlıq vərəqəsi tərtib olunaraq BŞT və TTYS statistika şöbəsində qeydə alınmışdır. Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində yerləşən Şəhriyar adına qəbirstanlığın aktına əsasən xx.xx.1957-ci il təvəllüdlü X8 xx.xx.2022-ci il tarixdə həmin qəbirstanlıqda dəfn edilmişdir. O, ölümün qeydə alınması barədə Azərbaycan Respublikasının 6 saylı Bakı ASAN xidmət Mərkəzi Qeydiyyat şöbəsinə müraciət etmişdir. Həmin təşkilatdan ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməli olduğundan ölümün qeydiyyata alınmasının mümkün olmadığını və ölüm faktının müəyyən olunması ilə əlaqədar məhkəməyə müraciət etməli olduğunu bildirən imtina məktubunu verdilər. X1 ölüm faktını və Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində yerləşən Şəhriyar adına qəbirstanlıqda dəfn edilməsi faktını təsdiqləyən şahidləri var.
b) Maraqlı şəxsin ərizəyə etirazının dəlilləri:
8. Maraqlı şəxsin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
9. Məhkəmə iclasında verilən izahatlar:
10. Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdi.
11. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “Asan xidmət” X3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
12. Məhkəmə iclasında şahid X7 izahat verərək bildirdi ki, mərhum onun atasıdır. Atası xərçəng xəstəliyindən əziyyət çəkirdi, xx.xx.2022-ci il tarixdə vəfat etdi, xx.xx.2022-ci il tarixdə Razində qəbirstanlıqda dəfn olundu.
13. Məhkəmə iclasında şahid X9 izahat verərək bildirdi ki, mərhum onun əmisi idi. xx.xx.2022-ci il tarixdı halı qəflətən pisləşdiyinə görə həkimə apardılar. Xəstəxanada onun xərçəng olduğunu dedilər. xx.xx.2022-ci il tarixdə vəfat etdi, ayın 20-si dəfn olundu.
14. Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
15. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
16. Maddə 307.2.3. Məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.
17. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”
18. 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.
19. İşə baxan məhkəmənin mövqeyi:
20. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.
21. Belə ki, ərizəçinin X1 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi iş materiallarında olan sübutlarla təsdiq edilir. Bu barədə verilmiş Bakı şəhəri Təcili və X4 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 17:16 radələrində Əbilov küçəsi, 18/17 ünvanında X8 oğlunun meyidinin (həkimə qədər ölüm) müəyyən edilmişdir.
22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “Asan xidmət” X2 xx.xx.2023-cü il tarixli məktubunda isə ölümün qeydə alınmasının mümkün olmaması bildirilmişdir.
23. Beləliklə, ərizəçinin və şahidlərin izahatı və iş materiallarında olan sübutlar əsasında X5 xx.xx.2022-ci il tarixində ölməsi faktı tam sübuta yetirilir.
24. Qeyd edilən müddəalardan göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir (§ 17).
25. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X6 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçinin isə atasının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X5 xx.xx.2022-ci il tarixdə ölməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir.
26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
Ərizə təmin edilsin. xx.xx.1957-ci il tarixdə Ermənistan Respublikası, Masis rayonu, Dəmirçi kəndində doğulmuş X6 xx.xx.2022-ci il tarixində Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı