Məhkəmə qərarları › İş №2(011)-2090/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2090/2024

09.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2090/2024 09.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi ilə Ərizəçi iştirakı ilə, Ərizəçi valideynləri Məmmədtağıyeva (İsgəndərova) Nərgiz Osman qızı və X5 “ölüm faktlarının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1932-ci il təvəllüdlü Məmmədtağıyeva (İsgəndərova) Nərgiz Osman qızının xx.xx.2003-cü il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə və xx.xx.1929-cu il təvəllüdlü X5 xx.xx.1998-ci il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi daha sonra ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, XX.XX.1932-ci il təvəllüdlü, Ermənistan Respublikasında doğulmuş, Məmmədtağıyeva (İsgəndərova) Nərgiz Osman qızının xx.xx.2003-cü il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə və XX.XX.1929-cu il təvəllüdlü, Ermənistan Respublikasında doğulmuş, X5 xx.xx.1998-ci il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, ev 19, mənzil 43-də yaşayır. Sağlam düşüncəli insandır. Ailəlidir. Ərizəçi bildirir ki, valideyinləri, yəni anası- Məmmədtağıyeva (İsgəndərova) Nərgiz Osman qızı 1932-ci ildə anadan olmuş, xx.xx.2003-cü il tarixində ölmüş, atası, X8 xx.xx.1929-cu idə anadan olmuş və xx.xx.1998-ci il tarixində ölmüşdür. Valideyinlərinin barəsində “ölüm haqqında şəhadətnamələrinin verilib-verilmədiyini bilmirdi, yəni yaşlı olması və yaddaş zəifliyindən unutmuşdur. Hər iki valideyini Bakı şəhəri, Xətai rayonunda ölüblər. Ərizəçi yeganə vərəsədir. Mərhum valideyinlərinin barəsində “Ölüm haqqında şəhadətnamələrinin verilməsi ərizəçiyə miras əmlakın qəbulu və vərəsəlik işi üzrə lazımdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən edilir ki, mərhum valideyinlərinin barəsində “Ölüm haqqında şəhadətnamələrinin verilib-verilməməsi barədə “Vətəndaşlıq vəziyyəti aktları" X1 Sisteminə baxış keçirilərkən valideyinlərinin ölümü haqqında məlumat aşkar edilməyib. Eyni məlumatın olub-olmaması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli vəkil sorğusuna verilmiş cavabla da təsdiq edilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023cü il tarixli arayışları ilə də müəyyən edilir ki, Maraqlı şəxs arxivində valideyinlərinin ölümləri haqqında akt qeydi aşkar olunmayıb. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək və izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-16-5xx-xx-1762 №-li cavab məktubundan görünür ki, xx.xx.2023-cü il tarixli müraciətə cavab olaraq bildirilmişdir ki, 1932-ci il təvəllüdlü Məmmədtağıyeva (İsgəndərova) Nərgiz Osman qızının və xx.xx.1929-cu il təvəllüdlü X5 ölümü haqqında “Vətəndaşlıq vəziyyəti aktları" X2 sistemində məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən verilən xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” X2 Sisteminə baxış keçirilərkən N.Məmmədtağıyevanın və Ə.Məmmədtağıyevin ölümü haqqında məlumat aşkar edilməmişdir. Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, 1932-ci ildə anadan olmuş Məmmədtağıyeva (İsgəndərova) Nərgiz Osman qızının ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları" X2 sisteminə xx.xx.2023-cü il üzrə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış “Vətəndaşlıq vəziyyəti aktları" X2 sistemində və Maraqlı şəxs arxivində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1929-cu ildə anadan olmuş X5 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları" X2 sisteminə xx.xx.2023-cü il üzrə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış “Vətəndaşlıq vəziyyəti aktları" X2 sistemində və Maraqlı şəxs arxivində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Gürcüstan Doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi atası Məmmədtağıyev Əli, anası İsgəndərova Nərgizdir. İş materiallarına əlavə olunmuş fotoşəkillərdən görünür ki, Məmmədtağıyeva (İsgəndərova) Nərgiz Osman qızı və X5 qəbirüstü daşları da vardır. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X4 xx.xx.2003-cü il tarixdə, X8 xx.xx.1998-ci il tarixində vəfat ediblər və hər ikisi Qaraçuxur qəbirstanlıqda dəfn edilmişdir. İş materiallarında olan, ********** nömrəli qəbzdən görünür ki, ərizəçi məhkəməyə ərizə ilə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, mərhumların nəvəsidir, mərhumlar Məmmədtağıyeva (İsgəndərova) Nərgiz Osman qızı xx.xx.2003-cü il tarixində Bakı şəhərində və X8 xx.xx.1998-ci il tarixində Bakı şəhərində ölmüşlər və Qaraçuxur qəbirstanlığında dəfn edilmişlər. Məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, mərhumların gəlini olmuş, mərhumlar Məmmədtağıyeva (İsgəndərova) Nərgiz Osman qızı 27.01,2003-cü il tarixində Bakı şəhərində və X8 xx.xx.1998-ci il tarixində Bakı şəhərində ölmüşlər və Qaraçuxur qəbirstanlığında dəfn olunublar. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinin tələbinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci maddəsinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi: İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə Məmmədtağıyeva (İsgəndərova) Nərgiz Osman qızının 27.01,2003-cü il tarixdə Bakı şəhərində və X5 xx.xx.1998-ci il tarixdə Bakı şəhərində ölmələri tam sübuta yetirildi. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, qət etdi: Ərizə təmin edilsin. XX.XX.1932-ci il təvəllüdlü, Ermənistan Respublikasında doğulmuş Məmmədtağıyeva (İsgəndərova) Nərgiz Osman qızının xx.xx.2003-cü il tarixdə Bakı şəhərində və XX.XX.1929-cu il təvəllüdlü, Ermənistan Respublikasında doğulmuş X5 xx.xx.1998-ci il tarixdə Bakı şəhərində ölmələrinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar