Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2094/2021 18.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı ASC Cavabdeh qarşı - Cavabdeh ilə İddiaçı ASC arasında imzalanmış 26.12.2019-cu il tarixli, İBF/267 saylı kredit müqaviləsi üzrə 43739,62 (qırx üç min yeddi yüz otuz doqquz manat 62 qəpik) manat əsas və 24,86 (iyirmi dörd manat 86 qəpik) manat faiz borcu olmaqla ümumilikdə 43 764,48 (qırx üç min yeddi yüz altmış dörd manat 48 qəpik) manat borcun, iş üzrə iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan və Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2942-ci məhəllə, 43C, korpus 5, mənzil 117 (Yeni qaydalarla; AZ1129, ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 45.10 kv.m olan mənzilə yönəldilməsi və həmin mənzilin açıq hərracda satılaraq satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə edilmiş vəsait qətnamə üzrə qalıq borcun ödənilməsinə kifayət etməzsə qalıq borcun cavabdehin digər əmlakları və gəlirləri hesabına ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra həmin yaşayış sahəsinin cavabdeh və digər şəxslərin istifadə hüququna xitam verilməklə öz əşyaları ilə birlikdə çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 26.12.2019-cu il tarixli, İBF/267 saylı kredit müqaviləsinə əsasən ona 300 ay (25 il) müddətinə, illik 7 faiz ödəmək şərtilə 44600 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, kreditor-bank yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalamn mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh ilə bağlanmış 27.12.2019-cu il tarixli, İBF/267 saylı Alqı-Satqı və İpoteka müqaviləsinə əsasən, onun mülkiyyətində olan, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2942-ci məhəllədə yerləşən, 43C saylı evin, 5-ci korpusunun, 117 saylı mənzili (yeni ünvan: AZ 1129. ünvan 2, 5 saylı mənzili) İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq olunmuş və AR DƏDRX tərəfindən dövlət qeydiyyatına alınmışdır. Lakin cavabdeh (borcalan) müqavilə şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. O, məhkəmə iclasında ipoteka predmeti olan mənzilin ipoteka müqaviləsində nəzərdə tutulmuş ilkin satış qiyməti ilə razı olduqlarını bildirdi. Cavabdeh məhkəmə iclasında izahat verərək borc məbləği ilə razı olduğunu və iporeka predmeti olan mənzilin müqavilə ilə müəyyən edilmiş ilkin satış qiymətini mübahisələndirmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, cavabdeh (borcalan) Cavabdeh ilə İddiaçı ASC arasında bağlanılmış 26.12.2019-cu il tarixli, İBF/267 nömrəli “Kredit müqaviləsi”-nə əsasən bank borcluya Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 43C, korpus 5, mənzil 117-nin alınması üçün 300 ay müddətinə, illik 7% olmaqla 44600 AZN məbləğində ipoteka krediti vermişdir. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanılmış və notarial təsdiq edilmiş 27.12.2019-cu il tarixli İBF/267 saylı “Alqı-satqı və ipoteka müqaviləsi”nə əsasən Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 43C, korpus 5, mənzil 117-ni satıcı X2 alıcıipoteka qoyan Cavabdeh mülkiyyətinə verir. Daşınmaz əmlakın satış qiyməti 69000 manatdır, mənzilin dəyərinin 24400 manatını alıcı-ipoteka qoyan özü tərəfindən, 44600 manat məbləğində olan hissəsini isə kreditor-ipoteka saxlayan tərəfindən 26.12.2019-cu il tarixli İBF/267 saylı kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit hesabına ödənilir. Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 43C, korpus 5, mənzil 117 kredit müqaviləsi üzrə Kreditor-ipoteka saxlayanın tələblərini ödəniş vaxtında mövcud olduğu həcmdə təmin edir. Həmin müqavilənin 1.8-ci bəndinə əsasən Alıcı- İpoteka qoyan və Kreditor-ipoteka saxlayan ipoteka predmetinin 58500 manat dəyərində olan qiymətinin ipoteka predmetinin ilkin satış qiyməti olduğunu qəbul edirlər. Cavabdehin banka ödənilməmiş borcu 44489,58 manat əsas, 2024,93 manat faiz, cəmi 46514,51 təşkil edir. (23.11.2020-ci il tarixli Maliyyə arayışı). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2942-ci məhəllə, 43C, korpus 5, mənzil 117 (Yeni qaydalarla; AZ1129, ünvan 1 Cavabdeh mülkiyyətindədir və Reyestrdən elektron çıxarışa əsasən İddiaçı KB ASC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarından görünür ki, İddiaçı KB ASC cavabdehə kredit borcunun ödənməsi ilə bağlı xəbərdarlıq məktubları göndərmişdir. İş materiallarından görünür ki, İddiaçı KB ASC Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ipoteka predmetinə tutma yönəldilməsi haqqında 23.11.2020-ci il tarixli bildiriş göndərmiş, həmin ərizə 25.11.2020-ci il tarixdə Reyestr Xidmətində qeydə alınmışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli Plenumunun qərarında göstərilir ki, alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehə borcunu ödəməsini xatırlatmasına baxmayaraq cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu Cavabdeh oğluna aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə tələbin ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş sözügedən mənzilə yönəldilməlidir. Məhkəmə, eyni zamanda, tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş sözügedən mənzilə yönəldilməsi ipoteka ilə yüklü edilmiş mənzilin açıq hərracdan satışı yolu ilə realizə edilməli, mənzilin satışından əldə olunan vəsait hesabına Cavabdeh kredit müqaviləsi üzrə 43764,48 manat borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə eyni zamanda ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi barədə belə qənaətə gəlir ki, tərəflər 27.12.2019-cu il tarixli İBF/267 saylı Alqı-satqı və ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2942-ci məhəllə, 43C, korpus 5, mənzil 117-nin ilkin satış qiymətini 58500 manat məbləğində müəyyən edilməsi barədə razılığa gəldiyindən, habelə tərəflər Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2942-ci məhəllə, 43C, korpus 5, mənzil 117-nin ilkin satış qiymətini mübahisələndirmədiyindən ipoteka predmeti olan qeyd edilən əmlakın ilkin satış qiyməti 58500 manat məbləğində müəyyən edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iddianın satışdan əldə edilmiş vəsait qətnamə üzrə qalıq borcun ödənilməsinə kifayət etməzsə qalıq borcun cavabdehin digər əmlakları və gəlirləri hesabına ödənilməsi hissəsini araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə iddianın ipoteka predmeti açıq hərracda satıldıqdan sonra həmin yaşayış sahəsinin cavabdeh və digər şəxslərin istifadə hüququna xitam verilməklə öz əşyaları ilə birlikdə çıxarılması hissəsini araşdıraraq belə nəticəyə gəlir ki, iddia həmin hissədə rədd edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə Sənədi elektron imzalayan şəxsin vəzifəsi, adı və soyadı:. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Göründüyü kimi, mübahisəli əmlak(lar)ı ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərin və digər şəxslərin həmin mənzili tərk etmək öhdəliyi ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqa əmələ gəlir. Bundan sonra mübahisəli əmlak(lar) ipotela qoyanın mülkiyyətindən çıxaraq əmlakı əldə edən şəxin mülkiyyətinə daxil olur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzilin mülkiyyətçisi olmadığı halda həmin mənzildə qeydiyyatda olan və yaşayan şəxslərin mübahisəli mənzildən çıxarılmasını tələb etmək hüququ yoxdur. Odur ki, iddia bu hissədə təmin edilməməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 26.12.2019-cu il tarixli İBF/267 saylı kredit müqaviləsi 43739,62 (qırx üç min yeddi yüz otuz doqquz manat, altmış iki qəpik) manat məbləğində əsas borc, 24,86 (iyirmi dörd manat, səksən altı qəpik) manat məbləğində faiz borcu, cəmi 43764,48 (qırx üç min yeddi yüz altmış dörd manat qırx səkkiz qəpik) manat, ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 (otuz) manat Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilsin. Tələb Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 43C korpus 5, mənzil 117-yə yönəldilsin. Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 43C korpus 5, mənzil 117-nin ilkin satış qiyməti 58.500 (əlli səkkiz min beş yüz) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılsın. Mənzilin satılmasından əldə edilən vəsaitdən İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 26.12.2019-cu il tarixli İBF/267 saylı kredit müqaviləsi 43739,62 (qırx üç min yeddi yüz otuz doqquz manat, altmış iki qəpik) manat məbləğində əsas borc, 24,86 (iyirmi dörd manat, səksən altı qəpik) manat məbləğində faiz borcu, cəmi 43764,48 (qırx üç min yeddi yüz altmış dörd manat qırx səkkiz qəpik) manat, ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 (otuz) manat pul vəsaitinə görə alınaraq İddiaçı ASC-yə ödənilsin. Satışdan əldə olunmuş pul vəsaiti artıq olduqda qalan pul vəsaiti Cavabdeh qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-2094/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2094/2021
18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver