Məhkəmə qərarları › İş №2(011)-2097/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2097/2022

06.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2097/2022 06.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi, Maraqlı şəxs qismində cəlb etdiyi, 04.01.1956-ci il təvəllüdlü X2 08.01.2022ci tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X3 04.01.1956-cı ildə Ermənistan Respublikası, Kalinino rayonunda anadan olmuşdur, ərizəçinin anasıdır. O, 08.01.2022-ci il tarixdə yaşadıqları ünvan 1 ünvanında qəflətən vəfat etmişdir. Onun vəfatından sonra növbəti gün Bakı şəhəri, Ramana qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamə alınması üçün ərazi üzrə Maraqlı şəxs müraciət etmişdir. Lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün mərhum anası X2 adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin maraqlı şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan, AZE № 07628725 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 04.01.1956-cı il tarixdə Ermənistan Respublikası, Kalinino rayonunda anadan olmuşdur. İş materiallarında olan ЗЖ № 893216 saylı, 16.01.1956-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 04.01.1956-cı il tarixdə Ermənistan Respublikası, Kalinino rayonunda anadan olmuşdur, atası X8, anası X4r. İş materiallarında olan Bakı Şəhəri Təcili və X7 Stansiyasının 7 saylı bölməsinin 08.01.2022-ci il tarixli, 04 nömrəli arayışından müəyyən olunmuşdur ki, 08.01.2022-ci il tarixdə saat 05:56-da ünvan 3 ünvanında yaşayan X2 adına çağırış daxil olmuş, briqada verilən ünvana çatdıqda 04.01.1956-ci il təvəllüdlü X2 meyidi aşkar edilmişdir. Bakı Şəhəri 7 nömrəli Şəhər Poliklinikasının 89 saylı, 09.02.2022-ci il tarixli arayışına əsasən X2 ölümü haqqında tibbi şəhadətnamə verilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin 05/Q-21/15 saylı, 13.01.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq şöbə tərəfindən ölümün qeydə alınmasının mümkün olmaması bildirilmişdir. Bakı şəhəri Sabunçu rayonu Ramana Bələdiyyəsinin 13.01.2022-ci il tarixli, 07 nömrəli arayışından görünür ki, 08.01.2022-ci il tarixdə vəfat etmiş X1 qəsəbəsi, Südçülük Sovxozu ərazisində yerləşən qəbristanlıqda dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında qeyd etmişdir ki, o, mərhum X2 qonşusudur, ərizəçini də çoxdandır tanıyır. Bildirmişdir ki, mərhum X3 bir müddətdir ki, xəstə idi. Son 10 gündə qanının çox aşağı düşməsi ilə əlaqədar müalicə alırdı. Lakin sonra anidən 08.01.2022-ci ildə vəfat etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında qeyd etmişdir ki, o, mərhum X2 qonşusudur, 30 ildən çoxdur ki, həmin ünvanda yaşayır. Bildirmişdir ki, mərhum xəstə idi, son 10 gündə ikisi birlikdə iynə-dərman alaraq müalicə olunurdular. Lakin o yenə də halsızlıqdan şikayətlənirdi. 08.01.2022-ci il səhər saat 06:00 radələrində ona zəng vuraraq bildirmişdirlər ki, qonşusu X3 vəfat edib. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X2 08.01.2022ci il tarixdə ölməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə ölümü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X2 08.01.2022-ci il tarixdə ölməsi ərizəçinin izahatı ilə və işin digər mötəbər sübutlar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 04.01.1956-cı il tarixdə Ermənistan Respublikası, Kalinino rayonunda anadan olmuş X2 08.01.2022-ci il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar