Məhkəmə qərarları › İş №2(011)-2132/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2132/2025

15.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2132/2025 15.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-X2 İddiaçı Cavabdeh qarşı avtomobilin geri qaytarılması və ya dəyərinin ödənilməsi tələbinə dair mülki iş materiallarını nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 qarşı avtomobilin geri qaytarılması və ya dəyərinin ödənilməsi tələbinə dai iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-2156/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş baxılması üçün aidiyyəti üzrə Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Səbail Rayon Məhkəməsi tərəfindən göndərilmiş mülki işin ərazi aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, işin aidiyyatı üzrə göndərilməsinə dair Səbail Rayon Məhkəməsi qərardadını belə əsaslandırmışdır ki, məhkəmənin hazırlıq iclasında cavabdeh X3 əsl Cavabdeh ilə əvəz edilmişdir. Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Odur ki, mülki iş aidiyyatı üzrə Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə qeyd edilənlərlə razılaşmır və hesab edir ki, mülki işə Səbail Rayon Məhkəməsində baxılmalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.1. əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; 44.2.3. hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa; 44.2.4. iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa; 44.2.5. hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə; 44.2.6. bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda. 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. İş materialları ilə müəyyən olunur ki, iddia ərizəsi Səbail Rayon Məhkəməsinə daxil olduğu zaman iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyü məhkəmə tərəfindən yoxlanılaraq məhkəmənin 2(009)-2156/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Qeyd edilən normaların tələbləri baxımından iddia ərizəsi ərazi aidiyyəti qaydalarına riayət edilməklə məhkəmənin icraatına qəbul edildiyindən, sonradan cavabdehin əsl cavabdehlə əvəz edilməsi mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə başqa məhkəməyə göndərilməsi üçün əsas ola bilməz. Şərh olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, hazırkı mülki işin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığı olduğundan, yaranmış fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı avtomobilin geri qaytarılması və ya dəyərinin ödənilməsi tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar