Məhkəmə qərarları › İş №2(011)-2138/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2138/2020

22.09.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2138/2020 22.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İlyasova Nigar Mürşüd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı mənzildən çıxarılma tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh Ullu oğluna qarşı Cavabdeh Ullu oğlunun ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 36.10 kv/m olan 50 nömrəli mənzildən çıxarılması və iddiaçının ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 36.10 kv/m olan 50 nömrəli mənzilə köçürülməyi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının X2 ünvan 1, mənzil 50 ünvanında yerləşən ümumi sahəsi 36.1 kv.metr olan mənzili qanunvericiliyin tələblərinə əməl etməklə xx.xx.2018-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsi əsasında Cavabdeh almışdır. X2 isə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 36.1 kv.m olan 50 nömrəli mənzili xx xxxxxx 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında iddiaçıya bağışlamışdır. Bundan sonra həmin daşınmaz əmlak üzərində yaranan hüququnu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Dövlət reyestrindən Çıxarışla ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə rəsmiləşdirmişdir. X2 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 36.1 kv.m olan 50 nömrəli mənzili alarkən, Cavabdeh Ullu oğlu ilə bağlanmış alqı-satqı müqaviləsinin 8-ci bəndinə əsasən satıcı üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüş, 11 -ci bəndinə əsasən xx.xx.2018-ci il tarixədək həmin mənzili yardımçı vasitələri ilə birlikdə alıcının bəyənib, qiyməti ilə razılaşdığı vəziyyətdə alıcının faktiki sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Amma alqı-satqı müqaviləsini cavabdeh yerinə yetirməyərək, üzərinə götürdüyü öhdəlikdən boyun qaçırmışdır. Cavabdehə dəfələrlə zəng vurmağına və alqı-satqı müqaviləsində qeyd olunan vaxtdan uzun müddət keçməsini bildirməyinə baxmayaraq, bu günə kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək, qeyri-qanuni olaraq ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 36.1 kv.m olan 50 nömrəli mənzildə yaşayır. Cavabdehin sözügedən mənzildə yaşaması iddiaçının mülkiyyətçi kimi hüquqlarını pozur. Cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə yaşaması bir mülkiyyətçi kimi onun həmin mənzil üzərində dövlət tərəfindən tanınan və qorunun hüquqlarımı kobud şəkildə pozur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərardadı ilə Cavabdeh əsl cavabdeh X6 ilə əvəz edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh X6 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmişdir. Cavabdeh teleqramla müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək iclasın təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında iddianın əsassız olması səbəbilə təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, satıcı Cavabdeh və alıcı X5 arasında AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 12 saylı evin 50 saylı mənzilini alıcı alıcı X1. Müqavilənin 8-ci bəndinə əsasən satıcı üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüş, 11-ci bəndinə əsasən xx.xx.2018-ci il tarixədək həmin mənzili yardımçı vasitələri ilə birlikdə alıcının bəyənib, qiyməti ilə razılaşdığı vəziyyətdə alıcının faktiki sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. X5 və İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Hədiyyə verən X5 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 36 kv.metr olan 50 nömrəli mənzilini “Hədiyyə alanın” mülkiyyətinə verir. Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 12 saylı evin 50 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notarial təsdiq edilmiş surəti). Həmin mənzildə İddiaçı qeydiyyatdadır (Xətai rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 96 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2019-cu il tarixli arayışı). “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərinə riayət edilməklə mübahisəli mənzilin daşınmaz əmlakların dövlət reyesterində qeydə alınması nəticəsində mübahisəli mənzilə dair iddiaçının mübahisəli mənzil üzərində mülkiyyət hüququ yaranmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Yenə Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə isə istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarının 23-6 cı bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Yuxarıda göstərilənlərdən aydın olur ki, hər bir vətəndaşın mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan müstəsna hüquqdur. Şəxsin mülkiyyət hüququ toxunulmazdır və kənar müdaxilələrdən mühafizə edilməlidir. Beləliklə də, cavabdehin mübahisəli mənzildə yaşamağı İddiaçı mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilməlidir. Odur ki, iddia təmin edilərək, cavabdeh X6 iddiaçının mülkiyyətçisi olduğu Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 12 saylı evin 50 saylı mənzildən çıxarılmalı, iddiaçı həmin mənzilə köçürülməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və məhkəmə prosesi zamanı müəyyən edilmiş mülki işin həqiqi hallarına əsaslanaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh X6 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 12 saylı evin 50 saylı mənzilindən çıxarılsın, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 12 saylı evin 50 saylı mənzilə köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar