Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-214/2022 31.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Cavabdeh X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh2 Xaliqverdi oğluna, Cavabdeh4 və Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı “mənzildən çıxarılma və müqavilənin bağlanması tələbinə dair” iddiası mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Xaliqverdi oğluna, Cavabdeh4 və Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı “mənzildən çıxarılma və müqavilənin bağlanması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, birinci Cavabdeh1 ilə nikahda olduqları dövrdə, 12 fevral 1997-ci ildə Neft şirkətinin Heydər Əliyev adına Azərneftyağ İB-yi tərəfindən onlara ünvan 1 ünvanında 3 otaqdan ibarət mənzil verilmişdir. Həmin mənzil qəzalı vəziyyətdə idi və ərinə üç uşaq, ər və arvad, onlara ayrılmışdır. Onlar həmin mənzildə iki il təmir işləri aparmışlar. Çünki mənzil qəzalı vəziyyətdə olmuşdur. Onlar mənzili təmir etdikdən bir müddət sonra, yəni 2000-ci ildə yay ayında Şirvan şəhərinə istirahətə və valideynlərinə baş çəkməyə getmişlər. Məcburi köçkün Cavabdeh2 Xaliqverdi oğlu və ailə üzvləri qapını qıraraq özbaşına 10-cu binanın 43-cü mənzilinə daxil olmuşlar. O, Şirvan şəhərindən qayıtdıqda məlum olmuşdur ki, qaçqının onun evinə girməsi, onun bütün ev əşyalarını mənimsəməsinin şahidi olduqda paraliç keçirmişdir, yəni bədənin bir hissəsi idarə olunmur. Hazırki vaxta kimi o, boynunda disk yırtığı yarandığı üçün karset gəzdirir. Hazırda biraz yaxşılaşmışdır. Məcburi köçkünlərin qanunsuz yolla məskunlaşdıqları ona, 3 övladına, keçmiş ərinə Neft şirkəti tərəfindən verilmiş 6 Qara şəhər, bina 10, 43 saylı mənzil plana düşərək sökülmüş, yerinə Cavabdeh4 binaları tikilmişdir. Onların 43 saylı mənzillərinin müqaviləsi (arayışı) vardır. Eyni zamanda mənzilin təmirinə 1997-ci ildə 35000 manat xərc çəkmişlər. Hazırda həmin mənzilin əvəzinə Cavabdeh4 binaları tikilmiş və 10 saylı evin 97 saylı mənzili 3 otaqdan ibarət verilmişdir. Həmin mənzil, yəni 97 saylı mənzil cavabdehlərdən məcburi köçkün Cavabdeh2 və ailə üzvləri tərəfindən aldatma yolu ilə zəbt olunmuşdur. Onu və 3 övladını kirayələrdə yaşamağa məcbur etmişlər. O, 1997-ci ildə mənzili alarkən təmirə çəkilmiş 35000 manat pulu sələmə götürmüşdür. Hazırki vaxta kimi qaytara bilməmişdir. O, xəstədir və heç bir yerdə işləmir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, məcburi köçkün Cavabdeh2 Xaliqverdi oğlunun və ailə üzvlərinin Bakı şəhəri, Xətai rayonu, Qara şəhər (Ağ şəhər) İnvest Proje MMC-nin Cavabdeh4 yaşayış massivində 10-cu binanın 97 saylı mənzilindən çıxarılaraq onun və 3 övladının 97 saylı mənzilə köçürülməsi, İnvest Proje MMC və Cavabdeh4 tərəfindən tikilmiş onun mənzilinin yerindəki 10 saylı binanın 97 saylı mənzilindən (3 otaq) çıxarılaraq, onun və 3 övladının 97 saylı mənzilinə dair onunla müqavilənin bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6737/2021 saylı, 24 avqust 2021-ci il tarixli qərardadına əsasən iddianın təmini tədbiri qismində Bakı şəhəri, Xətai rayonu, Qara şəhər (Ağ şəhər) ərazisində İnvest Proje MMC-yə məxsus 10 saylı binanın 2-ci blokunda yerləşən 3 otaqdan ibarət 97 saylı mənzilin üzərinə həbs qoyularaq, özgəninkiləşdirilməsinin qadağan edilməsi qərara alınmışdır. Maraqlarına toxunan şəxs X4 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6737/2021 saylı, 24 avqust 2021-ci il tarixli qərardadından şikayət verərək, şikayət ərizəsində göstərmişdir ki, qeyd olunan mənzil "xxxx" MMC ilə bağlanmış xx.xx.2020-ci il tarixli, 051 A/2020 saylı müqavilə əsasında onun mülkiyyətinə keçmişdir. Lakin qeyd olunan məhkəmə qərardadı qəbul edilərkən məhkəmə tərəfindən ətraflı araşdırma aparılmadan qanunsuz və əsassız olaraq onun mənzilinin üzərinə həbs qoyulmuşdur. O, iş üzrə proses iştirakçısı deyil, məhkəmədə iştirak etməmiş, ona qarşı iddiaçı tərəfindən hər hansı bir iddia verilməmişdir. Lakin göründüyü kimi ona məxsus yaşayış sahəsinin üzərində həbsin olması onun mülkiyyət hüququnu kobud şəkildə pozur. Onun şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6737/2021 saylı, 24 avqust 2021-ci il tarixli qərardadı ləğv edilmişdir. Bundan sonra iddiaçının razılığı ilə X4 cavabdeh qismində cəlb edilmişdir. Məhkəmə iclasında cavabdeh X4 ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, bildirmişdir ki, həmin iddia tələbi əsassızdır. Belə ki, onun atası Cavabdeh2 İsmayıl oğlu “Azərneftyağ” İB-də 24 saylı sexin işçisi olmuş və 2001-ci ildə ağır mənzil şəraiti nəzərə alınaraq, ona 5 nəfər (özü, arvadı, 3 uşağı) ailə tərkibində N.Əliyev küçəsi 10 saylı ünvanda yerləşən binada yaşayış sahəsi 37 kv.m olan iki otaqlı 43 saylı mənzili yaşayış sahəsi kimi ayırmışdır. Həmin vaxtdan həmin mənzildə yaşamışdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli Qərarına əsasən Xətai rayonu ərazisində qəzalı vəziyyətdə olan binaların sökülməsi həyata keçirildikdə mənziln yerləşdiyi ev sökülmüş və söküntünü həyata keçirən "xxxx" MMC ilə onun (X1) arasında bağlanmış 21 yanvar 2020-ci il tarixli, 051A/2020 nömrəli müqaviləə əsasən əlavə vəsait ödəmək şərtilə onların ailəsinə 5-ci mərtəbədə 2 otaqlı və 1-ci girişində (blok) 54.91 kv.metrdən ibarət, 3-cü mərtəbədə 2 otaqlı təmirli mənzillər verilmişdir. Eyni zamanda cavabdeh qeyd etmişdir ki, iddiaçı mülki qanunvericilikdə ümumi iddia üçün nəzərdə tutulmuş iddia müddətini, yəni 10 illik iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı iddia ərizəsi ilə 2021-ci ildə məhkəmədə iddia qaldırmışdır. Göstərilənləri nəzərə alaraq, cavabdeh iddia əsassız olduğu üçün və iddia müddəti ötürüldüyündən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə İddiaçı, Cavabdeh1, Cavabdeh2 Xaliqverdi oğluna, Cavabdeh4 və Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar, hazırki məhkəmə iclasına gəlməmiş və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehlərin və ya onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin çıxışını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “Azərneftyağ” İstehsalat Birliyi tərəfindən 4 saylı MİS-nin rəisi Q.Dəmirova ünvanlanmış 12 fevral 1997-ci il tarixli məktubun kserosurətindən görünür ki, “Azərneftyağ” İB-nin müdiriyyəti zavodun işçisi Cavabdeh1 Kitbala oğlunun ərizəsini, ağır mənzil şəraitini nəzərə alaraq, ona müvəqqəti yaşaması üçün qəza vəziyyətində olan 6-cı Qaraşəhər küçəsi, ev 10, mənzil 43 ayrıldığı, 4-cü MİS-nin rəisi Q.Dəmirova mənzil üçün kommunal xərclərinin tutulmasının təmin edilməsi tapşırılmışdır. İş materiallarında olan AZ-İ seriyalı, 044691 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə Məhərrəmova (Zülfüqarova) Fərqanə Sübhan qızı arasında olan nikaha xx.xx.2005-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərneftyağ” İstehsalat Birliyi tərəfindən 110 saylı MKİS-nin rəisi L.Mustafayevə ünvanlanmış 11 iyun 2001-ci il tarixli məktubdan görünür ki, “Azərneftyağ” İB-nin müdiriyyəti 24 saylı sexin işçisi Cavabdeh2 İsmayıl oğlunun ərizəsini, ağır mənzil şəraitini nəzərə alaraq, ona 5 nəfər (özü, arvadı, 3 uşağı) ailə tərkibində N.Əliyev küçəsi 10 saylı ünvanda yerləşən binada yaşayış sahəsi 37 kv.m olan iki otaqlı 43 saylı mənzili yaşayış sahəsi kimi ayırmış, birliklə işçinin əmək münasibəti kəsildikdə (qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla) mənzilin boşaldılıb birliyə təhvil verilməli olduğu, 110 saylı MKİS-nin rəisi L.Mustafayevə K.İ.Kazımova ayrılmış mənzilin kommunal xərclərinin tutulmasının təmin edilməsi tapşırılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə X4 arasında bağlanmış 21 yanvar 2020-ci il tarixli, 051A/2020 nömrəli müqavilənin surətindən görünür ki, “Cəmiyyət” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarına əsasən “... Xətai rayonu ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə...” Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsi, ev 10 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 2 mərtəbəli, 43 mənzilli yaşayış binasını söküntüsünü, eləcə də həmin ərazidə yeni hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirir və eyni zamanda “Mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulan binada mülkiyyətində olan 62 kv.metr ibarət 2 otaqlı mənzilin Dövlət Reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 33% əlavə etməklə 83 kv.metr yaşayış sahəsini, bundan başqa “Mülkiyyətçi”-nin şəxsi vəsaiti hesabına güzəştli şərtlər daxilində 1 kv.metri 1300 manat olmaqla 50.30 kv.metr əlavə yaşayış sahəsi üçün (50.30 kv.metr x 1300 manat) 65390 manat ödəməklə və həmin məbləğdən 24 ay müddətində, aylıq 400 manat olmaqla müvəqqəti yaşayış məqsədi üçün kirayə haqqı kimi nəzərdə tutulan 9600 manat (24 ay x 400 manat=9600 manat) pul vəsaitini ümumi ödənilməli olan məbləğdən çıxaraq (65390 manat-9600 manat) 55970 manat pul vəsaitini (dörd min səkkiz yüz) manatını bu Müqavilə imzalandığı andan ilkin ödəniş formasında ödənilir, qalan 50990 manat pul vəsaitini 36 ay müddətinə, xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay ödəniş cədvəlinə uyğun olaraq 1100 manat (18 ay x 1100 manat) ümumilikdə 19800 manat, növbəti 18 ay müddətində hər ay 1732 manat, ümumilikdə 31190 manat ödəniş cədvəlinə uyğun ödəniş etməklə tikiləcək binanın 2-ci girişində (blok) 78.34 kv.metrdən ibarət 5-ci mərtəbədə 2 otaqlı və 1-ci girişində (blok) 54.91 kv.metrdən ibarət, 3-cü mərtəbədə 2 otaqlı təmirli mənzilləri “Mülkiyyətçi”-nin sərəncamına verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Hüquq və kadrlar şöbəsinin Hüquq sektorunun müdiri X3 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş qəsəbə və şəhərciklərdə yerləşən mənzillərdə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında məskunlaşdırılması həyata keçirilir. Bildirilmişdir ki, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında Cavabdeh2 ailə üzvləri ilə birlikdə müstəqil şəkildə məskunlaşmış, məcburi köçkün ailəsi kimi həmin mənzildə Komitə tərəfindən yerləşdirilməmişdir. Ümumiyyətlə, Komitə ilə İddiaçı arasında hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı heç bir müqavilə bağlanılmamışdır. İddiaçı tərəfindən iddia ərizəsində qeyd olunmuş iddia tələblərindən heç biri Komitəyə qarşı yönəlməmişdir, ümumiyyətlə iddia tələblərində göstərilmiş hərəkətlərin həyata keçirilməsi, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli, 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməsinə uyğun olaraq Komitənin səlahiyyətlərinə aid deyildir. Bununla yanaşı, məlumat üçün bildirilmişdir ki, Komitədə yaradılmış “məcburi köçkünlər haqqında elektron məlumat bazası”na əsasən, Cavabdeh2 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəsi müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq ərizədə Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin cavabdehlər siyahısından çıxarılması xahiş edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 24 sentyabr 2021-ci il tarixli arayışdan görünür ki, arayış verilir X2 ondan ötrü ki, o, həqiqətən "xxxx" MMC ilə bağlanmış xx.xx.2020-ci il tarixli 051A/2020 nömrəli müqaviləyə əsasən ona verilmiş ünvan 3 ünvanında yaşayır. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. “İnsan Hüquqları üzrə Ümumi Bəyannamə”nin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında Plenum qərara almışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəyə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Mülki Məcəllənin 372.1.-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2.-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. MM-in 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası MM-in 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (MM-in 373.2-373.4-cü maddələri). İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri). Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. (390.1-ci maddə). Beləliklə, iddiaçı iddia tələblərini əsaslandırmaq üçün məhkəməyə iki sənədin kserosurətini təqdim etmişdir: “Azərneftyağ” İstehsalat Birliyi tərəfindən 4 saylı MİS-nin rəisi Q.Dəmirova ünvanlanmış 12 fevral 1997-ci il tarixli məktubun və nikahın pozulması haqqında şəhadətnamənin. “Azərneftyağ” İstehsalat Birliyi tərəfindən 4 saylı MİS-nin rəisi Q.Dəmirova ünvanlanmış 12 fevral 1997-ci il tarixli məktubda “Azərneftyağ” İB-nin müdiriyyəti zavodun işçisi Cavabdeh1 Kitbala oğluna müvəqqəti yaşaması üçün qəza vəziyyətində olan 6-cı Qaraşəhər küçəsi, ev 10, mənzil 43 ayrıldığı qeyd edilmişdir, halbuki nikahın pozulması haqqında şəhadətnamənin kserosurətindən iddiaçının keçmiş ərinin Cavabdeh1 olduğu müəyyən edilir. Bununla yanaşı iddiaçı tələbində mübahisəli mənzildən Cavabdeh2 çıxarılmasını tələb etsə də, mülki işdə olan sübutlarla təsdiq edilir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərneftyağ” İstehsalat Birliyi tərəfindən “Azərneftyağ” İB-nin müdiriyyəti 24 saylı sexin işçisi Cavabdeh2 İsmayıl oğlunun ərizəsini, ağır mənzil şəraitini nəzərə alaraq, ona 5 nəfər (özü, arvadı, 3 uşağı) ailə tərkibində N.Əliyev küçəsi 10 saylı ünvanda yerləşən binada yaşayış sahəsi 37 kv.m olan iki otaqlı 43 saylı mənzili yaşayış sahəsi kimi ayırmışdır. Daha sonra "xxxx" MMC-si tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarına əsasən həmin ev sökülmüş və Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsi, ev 10 ünvanında yerləşən 97 saylı mənzillə bağlı hazırki iş üzrə cavabdeh X4 ilə müqavilə bağlanmışdır və həmin mənzil X1 faktiki sahibliyində və istifadəsindədir. İddiaçının mübahisəli mənzilə onunla müqavilənin bağlanması tələbinə münasibətdə məhkəmə qeyd edir ki, həmin tələb mülki qanunvericiliyin təməl prinsiplərindən olan müqavilə azadlığı prinsipinə zidd olduğuna görə təmin edilə bilməz. İddia müddətinin tətbiqi ilə bağlı məhkəmə hesab edir ki, hazırki mülki işdə iddia müddəti də iddiaçı tərəfindən ötürülmüşdür. Belə ki, mülki iş materiallarına əlavə edilən rəsmi sənədlərlə təsdiq edilir ki, mübahisə predmeti olan daşınmaz əmlakın verilməsinə əsas olan mənzil 11 iyun 2001-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərneftyağ” İstehsalat Birliyi tərəfindən 24 saylı sexin işçisi Cavabdeh2 İsmayıl oğluna ayrılmışdır. İddiaçı iddia tələbi ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq, mülki işin faktiki hallarını və işdə olan sübutları nəzərə alaraq, belə hesab edir ki, iddia müddəti iddiaçı tərəfindən ötürüldüyündən və iddia tələbləri əsassız olduğundan və mötəbər sübutlarla təsdiq edilmədiyindən rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh2 Xaliqverdi oğluna, Cavabdeh4 və Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı “mənzildən çıxarılma və müqavilənin bağlanması tələbinə dair” iddiası təmin edilməsin. İddia təmin edilmədiyi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-214/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-214/2022
31.01.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver