Məhkəmə qərarları › İş №2(011)-2150/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2150/2025

07.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2150/2025 07.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri X8maqla, “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Anam xx.xx.1931-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş X2 22 oktyabr 2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirdi ki, mərhum anası X3 30 noyabr 1931-ci ildə anadan olmuşdur. Anam 22 oktyabr 2024-cü il tarixdə yaşadığı ünvanda vəfat etmişdir. Bu barədə Təcili və Təxirə salınmaz X7 22 oktyabr 2024cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsi təqdim edilmişdir. Anası Qaraçuxur qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Anasının ölüm haqqında şəhadətnamə alınması üçün 6 nömrəli şəhər poliklinikasına müraciət etmiş, lakin mərhumun həmin poliklinikaya hər hansı xəstəliklə bağlı müraciət etməməsi səbəbindən 6 nömrəli şəhər poliklinikası tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilə bilməməsi ilə bağlı 24 oktyabr 2024-cü il tarixli cavab məktubu təqdim edilmişdir. Qeyd edilən faktla bağlı o Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişdi. Lakin qeydiyyat şöbəsi anasının ölümünü təsdiq edən sənəd olmadığından ölüm haqqında şəhadətnaminin verilməsinin mümkün olmadığını, bununla bağlı məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, bu faktı təsdiq edən sənədi almaqda məqsədi anasından qalmış əmlaka dair onun vərəsəlik hüququnun yaranması ilə bağlıdır. Lakin ölüm haqqında şəhadətnamə olmadığından miras əmlak üzərində hər hansı hərəkət edə bilmir. Məhz bu səbəbdən hazırda məhkəməyə müraciət edir. Sonda Ərizəçi ərizəsinin təmin edilərək ölüm faktının müəyyən edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məlumat verilmiş, lakin maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakının təmin etməmiş, təmin etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında xx.xx.1965-ci il təvəllüdlü X4 şahid qismində ifadə verərək bildirmişdir ki, Ərizəçi onun baldızıdı. X1 qaynanasıdır. 35 ildi biryerdə yaşayırdıq qocalıqdan öldü 93 yaşı var idi. xx.xx.2024-cü il tarixində dəfn olunub. Məhkəmə iclasında xx.xx.1962-ci il təvəllüdlü X6 şahid qismində iştirak edərək bildirdi ki, X12 onun qohumumdu bacımın qaynanasıdı, Ərizəçi bacımın baldızıdı. Vəfatı elə yaşadığı evdə olub, Günəşli qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan AZE seriyalı 03687835 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1931-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1964-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X3 Ərizəçi anasıdır. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs 3-16-5/8-15-A-15-1827 saylı və 4 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat Şöbəsinin 3-16/5-15-1143/2024 saylı məktubundan görünür ki, X2 ölümünün qeydiyyata alınması barədə xx.xx.2024-cü il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Ölüm faktını təsdiq edən tibbi sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. İş materiallarında olan “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X15 “Bakı Baş Səhiyyə Mərkəzi” X14 6 nömrəli Şəhər Poliklinikasının xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.1931-ci il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixində vəfat etmişdir. X3 6 nömrəli Şəhər Poliklinikasında tibbi qeydiyyatı, ambulator kitabçası olmadığına və ölümünə səbəb olacaq xəstəlik haqqında heç bir tibbi sənəd təqdim edilmədiyinə görə ölüm haqqında şəhadətnamə (Forma 106) verilməmişdir. İş materiallarında olan “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X15 “Respublika Təcili və X5 Mərkəzi” X15 xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.1931-cı il təvəllüdlü X3 xx.xx.2024-cü il saat 21.00-da “Respublika Təcili və X5 Mərkəzi” X14n Mərkəzi Çağrı Xidmətinə (103) ünvan 1 ünvanından Rəfiqə Aslanova (92 yaş) adına çağırışa gələn TTY əməkdaşları tərəfindən X2 “həkimə qədər ölüm faktı” qeyd edilmişdir. İş materiallarında olan Suraxanı rayonu, Qaraçuxur Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X3 xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında vəfat etmiş və “Qaraçuxur qəsəbə qəbrstanlığında” dəfn edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Qəbzdən görünür ki, ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, xx.xx.1931-ci il təvəllüdlü vətəndaş X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ev şəraitində vəfat etmiş, Suraxanı rayonu ərazisində yerləşən “Qaraçuxur qəbrstanlığında” dəfn olunmuşdur, ərizəçi mərhumun qızıdır, o ölüm faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri aşqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, xx.xx.1931-ci il təvəllüdlü vətəndaş X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölüm faktı müəyyən edilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun xx.xx.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1931-ci il təvəllüdlü vətəndaş X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ev şəraitində ölüm faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar